Məhkəmə qərarları › İş №e-2-2(1-8)-545/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-545/2026

29.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-545/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati Kollegiyalarının Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Baxışova Vüsalə Ələkbər qızı və Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Iş üzrə məhkəmə icraatı a) Kəlbəcər Rayon Məhkəməsindəki icraat

1. Iddiaçı ASC 2026-cı il ## ### tarixində cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 25.199 manat əsas borcun, 1.086,19 manat cərimə borcunun və dövlət rüsumu qismində ödənilmiş 170 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddia onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış 2023-cü il ## ###### tarixli kredit sazişinə əsasən, bank borcluya 36 ay müddətinə, illik 24 faiz olmaqla 30.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

3. Kəlbəcər Rayon Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Qəniyev).

4. Məhkəmə araşdırılması zamanı məyyən edilmişdir ki, iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) hüquqi şəxs olaraq, cavabdeh cavabdeh1 (VÖEN: **********) fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar, həmçinin cavabdehə verilmiş kredit sahibkarlıq fəaliyyəti ilə bağlı verilmişdir.

5. Həmçinin, cavabdeh cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, krediti sahibkarlıq fəaliyyəti ilə bağlı almışdır və mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etirazı yoxdur. 6.

b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

7. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Qələndərzadə).

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan cavabdeh cavabdeh1 ilə Iddiaçı ASC arasında bağlanmış 2023-cü il ## ###### tarixli Kredit sazişindən görünür ki, həmin sazişə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir. Həmin sazişdən kreditin məqsədi hissəsindən görünür ki, kredit cavabdehə istehlak məqsədləri ilə bağlı verilmişdir.

9. Belə olan halda tərəflər arasında olan mübahisə hüquq münasibətlərinin xarakteri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından işin kommersiya məhkəməsində baxılması istisna edilir.

10. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər hər ikisi VÖEN-ə malik olsa da, aralarında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Tərəflər arasında bağlanılmış kredit sazişindən də görünür ki, kredit cavabdehə istehlak məqsədi ilə verilmişdir və bu halın mövcudluğu işin kommersiya məhkəməsində baxılmalı olmadığına əsas verir.

11. Ali Məhkəmənin Plenum Qərarından da göründüyü kimi verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü; Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 26.1, 32.7-ci maddələrinə; “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11, 12-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 24.2. “Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” Maddə 25.1. “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” Maddə 26.1. “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” Maddə 26.2. “Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” Maddə 31.1. “Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” Maddə 403-1.7. “Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” Maddə 403-1.9. “Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: Maddə 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; Maddə 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.”

Ali Məhkəmənin mövqeyi

14. Qarışıq məhkəmə tərkibi iş materiallarında olan sübutları və tətbiq edilməli prosessual hüquq normalarını qiymətləndirərək belə qənaətə gəlir ki, işə baxılması aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir.

15. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. MPM-in 25 və 26-cı maddələri isə müvafiq olaraq mübahisələrin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətini müəyyən edir.

16. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11-ci bəndində müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətini yeni qaydada müəyyən edilməsi zamanı, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

17. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinə əsasən,...subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

18. Məhkəmə tərkibi kommersiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisədə iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış fiziki şəxs olsa da, iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi istehlak məqsədləri ilə bağlanmışdır.

19. Belə olan halda tərəflər arasında olan mübahisə hüquq münasibətlərinin xarakteri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından işin kommersiya məhkəməsində baxılması istisna edilir.

20. Eləcə də iş materiallarında mübahisə predmeti olan hüquq münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığını təsdiq edəcək digər hər hansı sübut təqdim edilməmişdir.

21. Bu nöqteyi nəzərdən, hüquq münasibətlərinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması şərti müəyyən edilmədiyindən, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz.

22. Qarışıq məhkəmə tərkibi qeyd olunanları nəzərə alaraq Mülki Prosessual Məcəllənin 403-1.9.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Iddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar