Məhkəmə qərarları › İş №e-2-2(1-8)-546/2026

Ali Məhkəmə Qərardad — İş №e-2-2(1-8)-546/2026

29.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(1-8)-546/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçının cavabdehə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Baxışova Vüsalə Ələkbər qızı və Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, iddiaçının cavabdehə qarşı “müqavilənin ləğvi və ödənişin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDI: Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırkı iş üzrə verilmiş şikayətdən görünür ki, şikayət yalnız vəkil vəkil2 tərəfindən imzalanmışdır. Lakin iş materiallarında olan etibarnamədən (i/v 83) görünür ki, iddiaçı tərəfindən vəkilə məhkəmə aktlarından şikayət vermək səlahiyyəti etibarnamədə nəzərdə tutulmamışdır. Beləliklə, şikayət iddiaçının adından bu prosessual hərəkəti həyata keçirmək səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən elektron qaydada imzalanmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, MPM-in 408.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar