Məhkəmə qərarları › İş №e-2-2(1-8)-589/2026

Ali Məhkəmə Qərardad — İş №e-2-2(1-8)-589/2026

13.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(1-8)-589/2026 13.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (müəyyən edilmiş formaya uyğun olmadıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsi ilə kassasiya şikayətinin Məcəlləyə * nömrəli Əlavədə müəyyən olunmuş formaya əməl edilməklə verilməsi müəyyən olunmuşdur. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməli, eyni zamanda göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, * nömrəli Əlavədə kassasiya şikayəti verən şəxsin tələbinə münasibətdə nəzərdə tutulur ki, kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin hazırkı kassasiya şikayəti Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş (maddi və prosessual hüquq normalarının pozulmasına münasibətdə) forma tələblərinə uyğun tərtib olunmamış, kassasiya şikayəti verən şəxsin tələblərinin nədən ibarət olması isə ümumiyyətlə qeyd edilməmişdir. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki işdə qeyd edilən nöqsanların olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən şikayətin Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlanılmadan kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlər edilməsi üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404-1.2ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş müvafiq prosessual hərəkətlər edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar