Məhkəmə qərarları › İş №e-2-2(1-8)-672/2026

Ali Məhkəmə Qərardad — İş №e-2-2(1-8)-672/2026

22.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(1-8)-672/2026 22.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qızına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, maddi və prosessual əsaslandırmanın şikayət olunan məhkəmə aktına aid olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDI: Iddiaçı cavabdehdən 26.720 manat pulun və 171 manat dövlət rüsumunun, cəmi 26.891 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 19.720 manat borc və 149,16 manat dövlət rüsumu olmaqla, ümumilikdə 19.869,16 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının # #### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - T.Mahmudova, hakimlər - L.Əliyeva və Z.Şirinov). Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) ## ###### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının # #### 2026-cı il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadı ilə həmin kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin və Məcəlləyə * nömrəli Əlavədə müəyyən edilmiş formanın tələblərinə cavab vermədiyinə görə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək şikayətinin təmin edilməsini və işə mahiyyəti üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəlləyə * nömrəli Əlavədə müəyyən olunmuş formaya əməl edilməklə verilməlidir. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləyə * nömrəli Əlavə onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir hüquq norması sıralanmaqla göstərilməli və hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırkı kassasiya şikayəti isə qeyd olunan formaya uyğun hesab edilə bilməz. Belə ki, kassasiya şikayətinin predmeti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı olsa da, şikayətin maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillər hissəsində göstərilən əsaslandırmalar həmin qərardada deyil, mübahisənin mahiyyəti üzrə qəbul edilmiş # #### 2026-cı il tarixli qətnaməyə aiddir. Çünki şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə, Mülki Məcəllənin 375.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinad edilməklə cavabdehin müdafiə hüququnun təmin edilmədiyi, iddia müddətinin tətbiq olunmadığı və iş üzrə sübutlara qiymət verilmədiyi bildirilmişdir. “Digər məsələlər” bölməsində də birinci və apellyasiya instansiyası məhkəmələrinin mübahisənin mahiyyəti üzrə gəldikləri nəticələr mübahisələndirilmişdir. Eyni zamanda, kassasiya şikayətində ## ###### 2026-cı il tarixli qərardad qəbul edilərkən hansı maddi və ya prosessual hüquq normasının pozulduğu, kassasiya şikayətinin geri qaytarılması barədə nəticənin hüquqa ziddliyinin nədən ibarət olduğu göstərilməmişdir. Beləliklə, şikayətdə göstərilən maddi və prosessual əsaslandırmalar şikayət olunan qərardada aid olmadığından və həmin qərardadın qanuniliyini mübahisələndirən hüquqi mövqe ifadə edilmədiyindən kassasiya şikayəti müəyyən edilmiş formanın tələblərinə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1 və 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermədikdə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə qaytarılır. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404-1.2, 407 və 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli e-*-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar