Məhkəmə qərarları › İş №e-2-2(1-8)-690/2026

Ali Məhkəmə Qərardad — İş №e-2-2(1-8)-690/2026

23.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(1-8)-690/2026 23.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati kollegiyalarının İddiaçının cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətinə onu tərtib etmiş vəkilin orderi əlavə olunmadıqda, kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi X1 və Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)- ****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDI:

1. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdeh3, cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə– “cavabdehlər”) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Cavabdeh cavabdeh1 məhkəməyə yazılı vəsatət ünvanlayaraq, işin aidiyyət qaydalarının pozulmaqla verildiyindən baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh1 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir.

4. Həmin qərardaddan cavabdeh cavabdeh1 şikayət verərək, onun ləğv edilməklə, vəsatətin təmin olunmasını xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmiş, cavabdeh cavabdeh1 tərəfindən imzalanmış, şikayətə vəkil orderi əlavə edilməmişdir.

7. Cavabdeh cavabdeh1 həmin qərardaddan da şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ######## tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin şikayətin işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 Bakı Kommersiya Məhkəməsinin 2026cı il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından verilmiş şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən qeyri-mümkün hesab edilməlidir. 10.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1- 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 11.Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 12.Hazırkı şikayət isə yalnız cavabdeh cavabdeh1 tərəfindən imzalanmış və şikayətə vəkil orderi əlavə edilməmişdir. 13.Bundan başqa, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması əsaslandırılmalıdır.

14. Şikayətdə onun geri qaytarılmasına səbəb olan hal üzrə hüquq normalarının düzgün tətbiq edilməməsinin nədə ifadə olunması dəqiq göstərilməmiş və bununla bağlı dəlillər konkret olaraq bildirilməmişdir. 15.Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsində kassasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməsi təsbit edilmişdir. Lakin cavabdeh cavabdeh1 şikayətindən isə görünür ki, o həmin şikayəti apellyasiya şikayəti olaraq məhkəmə ünvanlamışdır. 16.Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 408-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 17.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 403-1 və 408-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət müvafiq prosessual hərəkətlər edilməsi üçün işlə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar