Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-239/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, qərardaddan şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh qarşı “hüquqdan sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı “hüquqdan sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya vurulmuş 1.271.292,32 ABŞ dolları məbləğində zərərin və 1870 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 fevral tarixli e-2-2(113)-1474/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir.
3. Qərardad onunla əsaslandırılmışdır ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat görə, Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keç irən fiziki şəxs deyil (VÖEN yoxdur), cavabdehin qeydiyyat ünvanı isə ünvan 2 aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, hazırkı ərizənin verilməsinin səbəbi Rusiya Federasiyasının “BM-Bankı” SC-nin “Tropicano Finance B.V.” şirkətinə kredit verməsi və X1 həmin kredit üzrə zamin kimi çıxış etməsi olmuş, Cavabdeh isə həmin müqavilə çərçivəsində tərəf kimi çıxış etməmişdir (kredit götürən, zamin və digər öhdəlik götürən şəxs deyil), yəni Rusiya Federasiyasının “BM-Bankı” SC ilə Cavabdeh arasında sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir münasibət yaranmamış, sadəcə olaraq sonuncu zamin X1 bacısı qızıdır (ərizəçinin istinad etdiyi kimi). Göründüyü kimi Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olmamaqla y anaşı, sonuncunun iddiaçı Rusiya Federasiyasının “BM-Bankı” SC ilə sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir münasibəti yaranmamışdır. Qeyd olunanlara əsasən, iddiaçı “БМ-Банк” Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır.
4. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 35.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 12-ci bəndinə istinad etməklə əsaslandırılmışdır.
5. İddiaçı həmin qərardaddan şikayət verə rək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi arasında iddiaçının iddia tələbi üzrə aidiyyət məsələsi ilə bağlı fikir ayrılığı yarandığından müvafiq ərizənin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi təqdim olunmamışdan qabaq iddiaçının vəkili tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə eyni qaydada iddia ərizəsi ilə müəraciət olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1472/2024 nömrəli 2024-cü il 23 yanvar tarixli qərardadı ilə məhkəmə belə qənaətə gəlmişdir ki, “iddiaçının ümumi qaydada müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır” və müvafiq qərardadla iddia ərizəsi də geri qaytarılmışdır. Nəticədə iddiaçının hüquqlarının məhkəmə müdafiəsində qeyri-müəyyənlik yaranmışdır. Belə ki, iddia ərizəsi ilkin olaraq Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyət səbəbindən geri qaytarılmış və kommersiya məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Sonradan kommersiya məhkəməsində qaldırılmış eyniməzmunlu iddia da geri qaytarılaraq Nəsimi Rayon Məhkəməsinə müraciət olunması tövsiyə olunmuşdur. Odur ki, hazırda məhkəmələr arasında aidiyyət məsələsi ilə bağlı yaranmış qeyrimüəyyənlik müvafiq hüquqi müdafiə vasitələrindən istifadəni mümkünsüz etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli e-2-2(113)-1474/2024 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQU Q.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...”
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində kö klü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq mü nasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarş ı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
9. Qarışıq məhkəmə tərkibi iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 fevral tarixli e-2-2(113)-1474/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr həm iş də iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
11. Hazırkı iş üzrə Cavabdeh sahibkarlıq subyekti olmamaqla, cavabdehin qeydiyyat ünvanı ünvan 3əməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsi Rusiya Federasiyasının “BM-Bankı” SC-nin “Tropicano Finance B.V.” şirkətinə kredit verməsi və X1 həmin kredit üzrə zamin kimi çıxış etməsi ilə əlaqədar verilmiş, Cavabdeh həmin müqavilə üzrə tərəf kimi çıxış etməmişdir, yəni iddiaçı ilə Cavabdeh arasında sahibkarlıq fəal iyyəti ilə bağlı heç bir münasibət yaranmamışdır.
12. İddiaçının şikayətinin, iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən də geri qaytarılması, hazırda məhkəmələr arasında aidiyyət məsələsi ilə bağlı yaranmış qeyri-müəyyənliyin müvafiq hüquqi müdafiə vasitələrindən istifadəni mümkünsüz etməsinə dair dəlili ilə bağlı isə qeyd edilməlidir ki, Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə razılaşmadığı təqdirdə, iddiaçının həmin qərardadı mübahisələndirmək hüququ olsa da, iddiaçı həmin qərardaddan şikayət verməmişdir.
13. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş üzrə cavabdeh sahibkarlıq subyekti olmadığından, eləcə də iddiaçı və cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibət yaranmadığından, kommersiya məhkəməsinin iddia ərizə sinin geri qaytarılması və cavabdehin qeydiyyat yeri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsinə dair mövqeyi əsaslı olmuşdur.
14. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 fevral tarixli e-2-2(113)-1474/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.