Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-249/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ 2-2(102)-249/2025 Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdeh X2 qarşı “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Nizami Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi i lə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X2 (bundan sonra – “cavabdeh”) qarşı “Planet Palace” şadlıq sarayında mətinli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, müəllif qonorarı kimi ödənilməmiş 25.800 manat və 45.000 manat kompensasiyanın iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2025-ci il 8 yanvar tarixli e-2(007)410/2025 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Əhmədov).
3. Hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan məhkəmə hesab etmişdir ki, mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddia əriz əsinə əsasən tərəflər arasındakı mübahisə, iddiaçının nizamnaməsi üzrə qeyri-kommersiya təşkilatı olaraq müəlliflər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi zamanı yaranmışdır.
4. Göründüyü kimi iddiaçı təşkilatın yaradılması zamanı ixtisaslaşmış hüquq norması tətbiq edilmişdir. Həmçinin iddiaçının nizamnaməsinin 2.4-cü bəndinə əsasən birliyə əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflər könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilata üzv olmaqla verirlər. Belə olan halda təşkilatın səlahiyyətlərinin əhatəsinin Nizamnamədə göstərilmiş digər xüsusi formada müəlliflərlə könüllü müqavilələrin bağlanması üzrə müəyyən edilməsi tələbin predmetinin kommersiya mübahisəsi olmasını təsdiq edir.
5. Hazırda irəli sürülmüş tələb üç hissədən musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya ödənilməsindən ibarət olmuşdur ki, qeyd olunan tələbin ikisi “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması” və “kompensasiya ödənilməsi” cavabdeh fərdi sahibkarın sahibkarlıq fəaliyyəti ilə bağlıdır.
6. İddiaçı cavabdehə məxsus “Planet Palace” şadlıq sarayı (sahibkar kimi qeydiyyata alınmışdır) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman iddaçının nizamnaməsi üzrə fəaliyyətinə mane olmuş hərəkət və hərəkətsizlik göstərməsini iddia edir. Göründüyü kimi iş üzrə tərəflərin subyektiv tərkibi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də ixtisaslaşmış məhkəmənin aiddiyyətini özündə birləşdirir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə baxılmamalıdır.
7. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 12, 13, 21, 22-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 30, 32.1, 32.2, 32.4, 32.5, 32.6, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 18 fevral tarixli, 2-2(113)-2570/2025 nömrəli qərarda dı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – G.Namazova).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyri-kommersiya təşkilatıdır və “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatın kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ olmadığından, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilməməlidir. Qeyri-kommersiya hüquqi şəxsləri yalnız, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə kommersiya mübahisəsinin subyekti ola bilərlər. Belə olan halda isə mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə nəzərə alınmalıdır.
10. Həmçinin m əhkəmə hesab etmişdir ki, hazırkı işdə mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
11. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 10, 11, 12, 18-ci bəndlərinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə, “X1 Əmlak Hüquqlarının İdarəçiliyi” ictimai birliyinin Nizamnaməsinin 1.1-ci bəndinə, MPM-in 24.2, 25.1, 26.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10.2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11.O da nəzərə alınmalıdır ki, MPM-i n 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin p redmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tə ləb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.... 18.Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud k ommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir....” 13. “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
41. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların yaradılması
1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir.
2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrıayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onl arın hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər....”
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq f əaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi
15. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş Nizami Rayon Məhkəməsinə göndərilməlidir.
16. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
17. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fə aliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
18. Adı çəkilən Məcəllənin 54.6-cı maddəsinə görə qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəa liyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
19. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh fərdi sahibkar, iddiaçı isə qeyrikommersiya qurumu olan ictimai birlikdir.
20. Belə olan halda isə iddiaçının kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onun qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır.
21. Lakin hazırkı mübahisənin predmeti onun sahibkarlıq fəaliyyətindən irəli gəlmir.
22. Belə ki, “X1 Əmlak Hüquqlarının İdarəçiliyi” ictimai birliyinin ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvl ərinin hüquq bərabərliyi, prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökümət təşkilatıdır və fəaliyyəti ölkə ərazisini əhatə edir. Birliyin kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdən həmin məqsədlə istifadə etmək hüququ yoxdur (Nizamnamənin 1.1 və 2.6-cı bəndləri).
23. Göründüyü kimi ictimai birliyin əsas məqsədi əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsidir. Yəni nizamnamədə qeyd edildiyi kimi ictimai birlik kommersiya fəaliyyəti ilə məşğul olmur, sadəcə öz üzvlərinin əqli mülkiyyət hüquqlarını müdafi ə edir.
24. Həmçinin xüsusilə qeyd edilməlidir ki, iddiaçı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan məqsədlər, yəni müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edilməsi üçün yaradılan ictimai birlikdir.
25. Həmin Qanunun 41-ci maddəsinin 2-ci bəndində isə müəyyən edilmişdir ki, əmlak hüquqların kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur.
26. Göründüyü kimi iddiaçının kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti mövcud deyil. Belə olan halda isə, o, kommersiya mübahisəsinin subyekti ola bilməz.
27. Digər tərəfdən qeyd edilməlidir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 18-ci bəndində nəzərdə tutulmuşdur ki, müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
28. Həmçinin MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxa bilər. Eyni zamanda, yuxarıda qeyd olunan qanunv ericilik normalarında sahibkarlıq fəaliyyətinin mahiyyəti də aydınlaşdırılmışdır. Hazırkı vəziyyətdə mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi müəyyən edilmir.
29. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən hazırkı işə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır.
30. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair mülki iş baxılması üçün Niza mi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.