Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-254/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının cavabdehə qarşı “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 18 fevral tarixli e-2-2(113)-2 571/2025 nömrəli qərardadına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Bakı şəhəri Nizami Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 14 oktyabr tarixində X3 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə “Neon” şadlıq sarayında mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olaraq 38.700 manat, kompensasiya olaraq 90.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə q əbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 2004-cü il 31 mart tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 2008-ci il 30 dekabr tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. İddiaçı Ümumdünya Bəstəkar və X1 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar iddiaçı xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Mü əlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri iddiaçı ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə “Neon” restoran, şadlıq sarayı rəhbərliyinə rəsmi olaraq 2023-cü il 25 may tarixli məktubla müraciət təqdim olunmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrində isə qonorar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 43 ay ərzində toy şənliklərində istifadə olunan musiqilər üçün 25.800 manat, restoran fəaliyyətində isə 12.900 manat ziyan dəymişdir. Yuxarıda göstərilənlərə əlavə olaraq, iddiaçı əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorar ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və so sial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2025-ci il 8 yanvar tarixli e-2(007)-413/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Əhmədov).
4. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddia ərizəsindən görünür ki, tərəflər arasındakı mübahisə, iddiaçının nizamnaməsi üzrə qeyri-kommersiya təşkilati olaraq müəlliflər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi zamanı yaranmışdır. Göründüyü kimi, iddiaçı təşkilatın yaradılması zamanı ixtisaslaşmış hüquq norması tətbiq edilmişdir. Həmçinin iddiaçının nizamnaməsinin 2.4-cü bəndinə əsasən birliyə əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflər könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilata üzv olmaqla verirlər. Belə olan halda təşkilatın səlahiyyətlərinin əhatəsinin nizamnamədə göstərilmiş digər xüsusi formada müəlliflərlə könüllü müqavilələrin bağlanması üzrə müəyyən edilməsi tələbin predmetinin kommersiya mübahisəsi olmasını təsdiq edir. Hazırda irəli sürülmüş tələb üç hissədən “musiqi əsərlərinin istif adəsinə qadağan qoyulması”, “ödənilməmiş qonorarların ödənilməsi” və “kompensasiya ödənilməsi”ndən ibarət olmuşdur ki, qeyd olunan tələbin ikisi “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması” və “kompensasiya ödənilməsi” fərdi sahibkar olan cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. İddiaçı cavabdehə məxsus “Neon” şadlıq sarayı (sahibkar kimi qeydiyyata alınmışdır) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman iddiaçının nizamnaməsi üzrə fəaliyyətinə mane olmuş hərəkət və hərəkətsizlik göstərməsini iddia edir. Göründüyü kimi, iş üzrə tərəflərin subyektiv tərkibi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də ixtisaslaşmış məhkəmənin aidiyyətini özündə birləşdirir. Belə olan halda hazırkı iddia tələbinə ümumi məhkəmədə baxılmamalıdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 18 fevral tarixli e-2-2(113)-2571/2025 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – N.Əhmədova).
6. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə nə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, nə də sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə aiddir. Başqa sözlə, iddiaçının tələbi qeyri-əmlak hüququnun realizəsi ilə bağlı olmadığından birinci kateqoriyaya aid tələb kimi ümumi məhkəməyə, sənaye mülkiyyəti obyekt inin istifadəsi və müdafiəsi ilə bağlı olmadığından ikinci kateqoriyaya aid tələb kimi kommersiya məhkəməsinə aid deyildir. Bu isə hazırkı işin aidiyyətinin müstəsna məhkəmə aidiyyəti qaydasında deyil, ümumi məhkəmə aidiyyəti qaydasında müəyyən edilməli olduğunu göstərir.
7. İş materiallarında olan iddiaçının nizamnaməsindən (2-ci redaksiya) görünür ki, Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir (1.1). Birliyin əsas məqsədi X2 əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsidir (2.1). Birlik məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir (2.2): yığılmış qonorarı müəlliflik hüququnun sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək (bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflərin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır); yığılan qonorarı bu bəndin l-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək; Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müəyyən etdiyi məbləğdə onun hesabına illik haqq ödəmək. Birliyin kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdən həmin məqsədlə istifadə etmək hüququ yoxdur (2.6).
8. Məhkəmə qeyd etmişdir ki, qanunverici əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara münasibətdə xüsusi nizamasalma aparmış, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarını məhdudlaşdırmışdır.
9. Göründüyü kimi, iddiaçının ictimai birlik kimi fəaliyyəti müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyinin həyata keçirilməsidir və Birliyin qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Hazırkı iddia isə bilavasitə ictimai birliyin nizamnamə məqsədinin realizəsi ilə bağlıdır. Belə olan halda, ümumi aidiyyət qaydalarının tətbiqi zamanı hazırkı mü bahisəyə subyektiv tərkib meyarına əsasən kommersiya məhkəmələrində baxılması istisna edilir.
10. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab etmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından və aidiyyəti müstəsna aidiyyət qaydasında müəyyənləşdirilən işlərə daxil edilmədiyindən hazırkı işə kommersiya məhkəməsində baxılmasını istisna edilir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən e dilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” 12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının müvafiq müd dəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını təl əb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhk əməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....
15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir....
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər....” Ali Məhkəmənin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə g öndərilməlidir.
14. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 10, 11, 12, 15 və 20-ci bəndlərinin (bax §§ 11-12 ) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Bununla belə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
15. Qarışıq məhkəmə tərkibi baxılan işdə tərəflərin subyektiv tərkibinin, mübahisənin predmeti və tərəflər arasındakı hüquq münasibətlərinin xarakterinin hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasına əsas vermədiyini hesab edərək, bununla əlaqədar Bakı Kommersiya Məhkəməsinin apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşdığından təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.
16. Odur ki, hazırkı mübahisəyə ümumi məhkəmədə, yəni iddianın verildiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır.
17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı nın cavabdehə qarşı “musiqi əsərlərinin istifadəsinə qadağan qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın.