Məhkəmə qərarları › İş №e-2-2(102)-321/2022

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-321/2022

15.04.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-321/2022 15.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası “Karxana” X8 Sahəsinin Cavabdeh X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Hüseynov İlqar Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət qarışıq tərkibdə “Karxana” X8 Sahəsinin Cavabdeh X1 qarşı, (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə da ir iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi

1. X12 2019-cu il 26 iyul tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Karxana” X8 Sahəsinə məxsus, Qaradağ rayonu, Güzdək qəsəbəsinin cənubunda mişar daşı istehsalı üzrə daş karxanasından və karxananın yerləşdiyi torpaq sahəsindən X5 çıxarılması, karxananın qaytarılması və torpaq sahəsindən istifadəyə maneələrin yaradılmasının qadağan olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 1989-cu il 22 dekabr tarixli, 14/520 nömrəli Qərarı ilə “Azərbmebelsənaye” Dövlət Konserninin Bakı X9 (hal-hazırda Bakı Ağac Emalı Zavodu) Qaradağ rayonunun Güzdək qəsəbəsinin cənubunda mişar daşı istehsalı üzrə daş karxanası təsərrüfatının təşkil inə icazə verilmişdir. “Azərbmebelsənaye” Dövlət Konserninin direktoru N.Paşayevin 1992-ci il 19 noyabr tarixli 135/KŞ nömrəli Əmri ilə qeyd olunan karxananın ərazisində olan maşınların, elektrik avadanlıqları və sair vasitələrlə birlikdə Bakı Təmir-Tikinti İdarəsinin balansına keçirilmişdir. “Azərbmebelsənaye” Dövlət Konserninin Bakı Təmir-Tikinti İdarəsinin rəisi C.Əliyevin 1994-cü il 19 yanvar tarixli 14 nömrəli Əmri ilə Təmir-Tikinti İdarəsinin nəzdində “Karxana” X8 Sahəsi yaradılmış və həmin təşkilat hüquqi şəxs kimi 1994-cü il 31 yanvar tarixində dövlət qeydyyatından keçirilmişdir. Bakı Təmir Tikinti İdarəsi ilə “Karxana” X8 Sahəsi arasında bağlanılmış 1994-cü il 27 yanvar tarixli müqavilə əsasında Bakı Təmir-Tikinti İdarəsinin sərəncamında olan Güzdək qəsəbəsində yerləşən daş karxan ası, karxananın ərazisində olan maşınlar, elektrik avadanlıqları sonuncunun icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən 2006-cı il 18 may tarixində “daş karxanasının dağmədən işlərinin inkişaf Planı” təsdiqlənmişdir. Lakin, sonradan iqtisadi sıxıntılar səbəbindən tərəfimizdən karxananın işlədilməsi bir müddət müvəqqəti olaraq dayandırılmışdır. Bundan istifadə edən cavabdeh X10 qanunsuz olaraq müəssisənin icazəsi olmadan karxanadan özbaşına olaraq istifadə etməyə başlamışdır. Cavabdehin zəbt etdiyi torpaq sahəsindən və karxanadan istifadə etməsinə əsas verən hər-hansı hüquq müəyyənedici sənədi yoxdur.

3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 mart tarixli məhkəmə iclasında iddiaçı X12 əsl iddiaçı “Karxana” X8 Sahəsi (bundan sonra – iddiaçı), cavabdeh X10 əsl Cavabdeh Kooperativi–X11 (bundan sonra – cavabdeh) ilə əvəz olunmuş və iş üzrə icraat təzələnərək işə əvvəldən baxılmağa başlanılmışdır.

4. Daha sonra, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işin baxılması üçün cavabdehin olduğu yer üzrə ümumi məhəməyə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

5. Ərizə bununla əsaslandırılmışdır ki, ““Karxana” təsərrüfat hesablı “İcarə Sahəsi”nin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməməsi, yəni bu adda qurumun kommersiya hüquqi şəxsi qismində mövcud olmamasını təsdiq edən sənədlər təqdim edilmişdir. Əlavə olaraq Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 may tarixli, 22(119)-182/2021 nömrəli qərardadı ilə müəyyən edilmişdir ki, məhkəmə sorğularına Azərbaycan Respublika sının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən cavablarda ““Karxana” təsərrüfat hesablı “İcarə Sahəsinin” Hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması, yəni bu adda qurumun mövcudluğu təsdiq edilməmişdir. Yuxarıda göstərilən əsaslarla ““Karxana” təsərrüfat hesablı “İcarə Sahəsi” adlı qurumun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməməsi və bu adda qurumun hazırda mövcud olmaması onun sahibkarlıq subyekti hesab edilməməsini şərtləndirsə də bu barədə qəti və birmənalı mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentya br tarixli 10 nömrəli qərarına edilmiş işlərin məhkəmə aidiyyətinin (ümumi və yaxud kommersiya) müəyyən edilməsinə dair yeni qaydalarda (bəndlərdə) əksini tapmışdır. Həmin Qərarda göstərilir ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Bu mövqeyə əsasən müəyyən olunur ki, ««Karxana» təsərrüfat hesablı «İcarə Sahəsi» sahibkarlıq subyekti hesab edilməsi üçün qanunvericiliklə məcburi hesab edilən kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınmadığına görə fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qəbul edilə bilməz və buna görə də onun iştirakı ilə baxılan mübahisələrə kommersiya məhkəmələrində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ««Karxana» təsərrüfat hesablı «İcarə Sahəsi»nin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməməsi, yəni bu adda qurumun kommersiya hüquqi şəxsi qismində mövcud olmaması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş cavablara və qanuni qüvvəsini almış məhkəmə aktına əsasən müəyyən edilmiş işin mübahisəsiz halıdır. Fə rdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iş aidiyyəti üzrə cavabdehin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə göndərilməlidir.

6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 fevral tarixli, e-2-2(113)-684/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə cavabdehin ərizəsi təmin edilməmişdir (hakim- F.Qasımov).

7. Məhkəmə bildirmişdir ki, cavabdeh ərizəsində Sumqayıt Kommersiya Mə hkəməsinin 2021ci il 17 may tarixli, 2-2(119)-182/2021 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanıldığına istinad edilmişdir. Lakin, həmin qərardadı nəzərdən keçirərkən məlum olur ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Həmin maddənin tələbinə görə ərizə həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

8. Bundan başqa iş materiallarında olan Azərbaycan Res publikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2020-ci il 19 iyun tarixli **********133600 saylı məktubunda dövlət reyestrində “Karxana” X8 Sahəsinin 1998-ci il 23 dekabr tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olduğu və ««Karxana» təsərrüfat hesablı «İcarə Sahəsi» 2004-cü ildən hazırkı dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etmədiyi qeyd olunmuşdur. Qeyd olunan məktubun məzmununa görə “Karxana” X8 Sahəsi 1998-ci il 23 dekabr tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş, lakin 2004-cü ildən sonra yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Hüquqi şəxsin qeydiyyatdan keçməsi, yenidən VÖEN almaq üçün vergi orqanına müraciət etməməsi onun sahibkarlıq fəaliyyətinin su byekti hesab edilməməmsi üçün əsas ola bilməz.

9. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən 2019-cu ildə ««Karxana» təsərrüfat hesablı «İcarə Sahəsi»nin istifadəsində olan torpaq sahəsi ilə bağlı yerquruluşu planı verilmişdir. Məhkəmə hesab etmişdir ki, həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından işə məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

10. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Şikayət bununla əsaslandırılmışd ır ki, qanunvericiliyin tələbələrinə görə hüquqi şəxs dövlət qeydiyyatına alınmalı, dövlət reyestrinə daxil edilməli və bu barədə dövlət reyestrindən çıxarış alınmalıdır. Məhkəmə isə iddiaçının kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınmamasına, dövlət reyestrinə daxil edilmədiyinə və bunu təsdiq edən sənədlərin mövcud olmamasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı dövlət müəssisəsi olan "Azərmebelsənaye" Dövlət Konserni tərəfindən təsis edilmiş, təşkilat-hüquqi forması "dövlət müəssisəsi" kimi, mülkiyyət növü isə "dövlət mülkiyyəti" kimi müəyyən edilmişdir. "Karxana X8 sahəsinin yeganə təsisçisi olan "X3” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 5 iyun tarixi, 573 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Məhkəmə həmçinin "Karxana" X8 s ahəsinin dövlət müəssisəsi və dövlət mülkiyyətində olan bir qurum kimi yaradıldığına, yeganə təsisçisinin dövlət müəssisəsi olduğuna və həmin müəssisənin ləğv edildiyinə görə kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına, vergi uçotuna alına bilməməsinə və bunun mümkün olmamasına düzgün hüquqi qiymət verməmişdir. Kommersiya qurumlarının dövlət resyestrində qeydiyyatının olmamasına baxmayaraq, məhkəmə iddiaçını sahibkarlıq subyekti kimi qəbul etməklə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinin tələblərini pozmuşdur.

12. Hazırki iş üzrə tərəflər arasında mübahisənin predmeti torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, yəni əşya-hüquqi münasibətdən irəli gələn mübahisədir və belə mübahisəyə kommersiya məhkəməsində baxılması üçün mübahisə t ərəflərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması zəruri şərtdir. Məhkəmə iddiaçının öz fəaliyyətini qanunvericiliyə uyğun həyata keçirmədiyinə, müvafiq icazə olmadan yerin təkindən istifadə etməsinə və məhz bu istifadəyə cavabdeh tərəfindən maneənin yaradılmasını iddia edən tələb irəli sürməsinə baxmayaraq, bu xüsusatları araşdıramamış, iddiaçının fəaliyyətinin qanuni və ya qanunsuz sahibkarlıq fəaliyyəti olubolmadığında da hüquqi qiymət verməmişdir.

13. Bundan başqa, eyni tərəflər arasında olan iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 may tarixli, 2-2(119)-182/2021 nömrəli qərardadında məhkəmə sorğularına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən cavablarda iddiaçının hüquqi şəxslərin dövlət reyest rinə daxil edilməsi, yəni bu adda qurumun mövcudluğunun təsdiq edilmədiyinin müəyyən olunmadığı öz əksini tapmış, həmin qurumun mövcudluğun dair sübutlar olmadığından və poçt ünvanına dair sənədlər təqdim edilmədiyindən iddia baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddianın baxılmamış saxlanılmasına əsas məhz iddiaçının (həmin iş üzrə isə cavabeh olmuşdur) mövcudluğunun təsdiq edilməməsi olmuşdur. Lakin, məhkəmə qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş halı təhrif edərək qanunsuz nəticəyə gəlmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 mart tarixli, e-2-2(113)-684/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin təmin olunmaması və işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. İş materiallarını araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdehin şikayəti təmin olunmamalı və iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

16. Aidiyyat mübahisəsinin iş üzrə subyektiv tərkib amilinə qiymət verilməsi üçün isə hüquqi şəxslərə aid münasibətləri tənzimləyən qanunvericilik normalarının təhlili zərurəti yaranmışdır. 17. 1992-ci il 15 dekabr tarixdən qüvvədə olan “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 18. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquq i tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında 2002-ci il 23 aprel tarixli Azərbaycan Respublikası Qanununun XXVİİİ hissəsinin 5-ci bəndinə uyğun olaraq həmin tarixədək qüvvədə olmuş “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci abzasına əsasən, Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat Azərbaycan Respublikasının uçot vahidlərinin dövlət reyestrinə daxil edilmək üçün qeydiyyat orqanı tərəfindən on gün müddətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respubli kası Dövlət Statistika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin dövlət vergi müfəttişliyi orqanına verilir. Həmin maddənin üçüncü abzasına əsasən, qeydə alınmayan müəssisənin fəaliyyəti qadağandır.

19. Eyni zamanda, həmin Qanunun 19-cu maddəsinin ikinci abzasının a-q yarımbəndlərində müəssisələrin ləğv olunduğu hallar nəzərdə tutulmuş, həmin maddənin üçüncü abzasında qeyd olunmuşdur ki, müəssisə Azərbaycan Respublikasının dövlət qeydiyyat reyestrindən çıxarıldığı andan ləğv edilmiş sayılır və ya yenidən təşkil edilmiş sayılır. 20. 2003-cü il 12 dekabr tarixədək qüvvədə olmuş 1996-cı il 6 fevral tarixli "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Qanunun 4-cü maddəsində göstərilirdi ki, Azərbaycan Respublikasında hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəlik lərinin vahid dövlət qeydiyyatını bu Qanunla müəyyən edilmiş qaydada ədliyyə orqanları həyata keçirirlər. Həmin Qanunun 22-ci maddəsində isə göstərilmişdir ki, bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması nəzərdə tutulurdu.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsində də (bundan sonra – Mülki Məcəllə) müəyyənləşdirilmişdir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, (...) qurumdur (...) (Məcəllənin 43.1-ci maddəsi).

22. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki v əzifələr daşıyır.

23. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 2020-ci il 5 iyun və 2020-ci il 19 iyun tarixli məktublarından görünür ki, ««Karxana» təsərrüfat hesablı «İcarə Sahəsi» Abşeron rayon İcra Hakimiyyətinin 1994-cü il 31 yanvar tarixli, 42 nömrəli sərəncamına əsasən dövlət qeydiyyatına alınmış, 1998-ci il 23 dekabr tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş, həmin tarixdə Abşeron rayonu üzrə Dövlət Vergi müfəttişliyi tərəfindən ********* saylı, 9 rəqəmli şəhadətnamə (VÖEN) ilə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanunun tətbiq edilməsi haqqında” Azərbayca n Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 30 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” 2005-ci il 17 may tarixli, 91 nömrəli qərarına əsasən 9 rəqəmli VÖEN şəhadətnaməsi ilə aparılan bütün əməliyyatlar 2005-ci il 1 iyul tarixdən dayandırılmışdır. “Karxana” X8 Sahəsi 2004-cü ildən inventarlaşmadan keçməyərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir.

24. Göründüyü kimi Vergi Xidmətinin istinad olunan məktublarından aydın olur ki, “Karxana” X8 Sahəsi Abşeron rayon İcra Hakimiyyətinin 1994-cü il 31 yanvar tarixli, 42 nömrəli sərəncamına əsasən dövlət qeydiyyatına alınmış, 2003-cü il 12 dek abr tarixədək qüvvədə olmuş 1996-cı il 6 fevral tarixli "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi və vergi ödəyicisi kimi qeydiyyata alınaraq 9 rəqəmli VÖEN əldə etmişdir. Belə olan halda, sonradan hüquqi şəxsin VÖEN almaq üçün vergi orqanına müraciət etməməsi onun sahibkarlıq fəaliyyətinin subyekti kimi qəbul olunmaması və ya hüquqi şəxs statusunun ləğv edilməsi anlamı kimi qəbul oluna bilməz. Belə ki, VÖEN-in əldə olunması onun vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş vergi öhdəliklərinin icrası ilə əlaqədar zəruri amildir.

25. Bundan başqa, hazırda qüvvədə olan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsində "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməsi, həmçinin bu sənədlərin həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilməsi nəzərdə nəzərdə tutulub.

26. Göründüyü kimi, bu Qanun əvvəllər qeydiyyatdan keçmiş hüquqi şəxslərin yenidən qeydiyyata alınması ilə bağlı hər-hansı şərt nəzərdə tutulmamışdır. Əvvəllər qeydiyyata alınmış hüquqi şəxsin sonradan yenidən qeydiyyata alınmaması isə hüquqi şəxsin ləğvi və ya hüquq qabiliyyətinə xitam verilməsi üçün əsas olaraq müəyyən olunmamışdır.

27. Məhkəmə tərkibi cavabdehin şikayətinin “"Karxana” təsərrüfat hesablı “İcarə Sahəsi”nin yeganə təsisçisi olan "X3”nin ləğv olunmasına dair dəlilinə münasibətdə qeyd edir ki, müəssisənin təsisçisinin ləğv olunması həmin müəssisənin özünün də ləğv olunması anlamına gələ bilməz. Belə ki, hüquqi şəxsin ləğv olunması halları Mülki Məcəllənin 59-cu maddəsində sadalanmış, yuxarıda sadalananlar isə qanunvericiliyin hüquqi şəxsin ləğv edilməsi halları sırasında öz əksini tapmamışdır.

28. MPM-in tələblərinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin həyat a keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (MPM-in 24.2, 25.1, 26.1, 26.2-ci maddələri).

29. Sadalanmış normaların məzmunundan müəyyən olunur ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdi r. Bu mübahisələr həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

30. Aparılan hüquqi qiymətləndirmənin nəticəsində belə qənaətə gəlmək mümkündür ki, iş üzrə həm iddiaçı, həm də cavabdeh hüquqi şəxslərdir. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən 2019-cu ildə “Karxana” X8 Sahəsinin istifadəsində olan torpaq sahəsi ilə bağlı yerquruluşu planı verilmişdir.

31. Bununla da, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin mövcud olması üçün subyektiv tərkib, mübahisənin predmet inin və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu müəyyən edilmişdir.

32. Azərbaycan Respublikası MPM-in 403-1.8.1-ci maddəsinə əsasən, kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

33. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 fevral tarixli, e-2-2(113)-684/2022 saylı qərardadı dəyişdirilmədən saxla nılsın. İddiaçı “Karxana” X8 Sahəsinin Cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar