Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-323/2024 06.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 ASC, Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu (Ali Məhkəmənin Mülki Kollegiyası) və Kərimov Səyyad Əli oğlundan (Ali Məhkəmənin İnzibati Kollegiyası) ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 ASC, Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi və s. tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 aprel tarixli e-2-2(113)-3083/2024 nömrəli qərardadınından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) "xxxx" MMC, Cavabdeh2 ASC, Bakı şəhəri 36 saylı Dövlət Notariat Ofisinə (bundan sonra birlikdə - “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “MMC”, “ASC” və “Notariat Ofisi”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 2023-cü il 26 iyul tarixli 8İ-2365 nömrəli “İcra qeydi” ləğv edilməklə, həmin icra qeydi əsasında iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Qaraba ğ küçəsi, ev 22 ünvanında yerləşən, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə tutmanın yönəldilməsi nəticəsində MMC tərəfindən keçirilmiş hərracın və MMC ilə ASC arasında bağlanmış 2023-cü il 20 dekabr tarixli 279/23 nömrəli protokolun etibarsız hesab edilməsi; iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə dair ASC-nin adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 aprel tarixli e-2-2(113)-3083/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır (hakim – Ü.Həsənova).
3. Məhkəmə göstərmişdir ki, iddia ərizəsinə əsasən iddia tələblərindən biri Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş icr a qeydinin ləğv edilməsi tələbindən ibarətdir.
4. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə xüsusi notarius tərəfindən verilmiş icra qeydinin ləğv olunması ilə bağlı olduğu üçün işə kommersiya məhkəməsində baxıla bilməz.
5. Ona görə də məhkəmə o qənaətə gəlmişdir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 31.1, 32.7, 114.1.3, 114.2, 152.1.3-cü maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyə tinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına (bundan sonra – “Plenum Qərarı”) istinad edərək əsaslandırmışdır.
7. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv olunması və iddia ərizəsinin məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə hərracın və protokolun etibarsız hesab edilməsi tələbinə dair hissədə MPM-in 30-cu maddəsinin tələbinə və Plenum Qərarının 13 və 15-17-ci bəndlərinin izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakt erizə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 36 saylı notariat ofisi, "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı iş üzrə 2024-cü il 2 aprel tarixli e-2(102)-1581/2024 nömrəli qərarı ilə qiymət verildiyi və həmin qərar da iddia ərizəsinə əlavə olunduğu üçün, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 aprel tarixli e-2-2(113)-3083/2024 nömrəli qərardadı qanuni olmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 aprel tarixli e-2-2(113)-3083/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – Ü.Həsənova). Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir...” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işd ə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər....” “Maddə
152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;...” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sə nədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır; Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən:... 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər....” Ali Məhkəmənin mövqeyi
11. İlk olaraq, vurğulanmalıdır ki, qüvvədə olan qanunvericiliyə (MPM-in 32 və 403-1ci maddələri) əsasən məhkəmə aidiyyəti ilə bağlı yaranmış mübahisələrin və məhkəmələr arasında fikir ayrılıqlarının həll edilməsi kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir.
12. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılsa da, qərardad işin ümumi məhkəməyə aid olması ilə əsaslandırılmışdır. Bu baxımdan, hakimlərin qarışıq tərkibi hesab edir ki, əsaslandırılmasından asılı olmayaraq, qərardadın qəbul edilməsi məhkəmə aidiyyəti məsələsi ilə bağlı olduğundan, hazırkı şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 403-1-ci maddəsində nəzərdə tutulan qaydada baxılmalıdır.
13. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 aprel tarixl i e-2-2(113)-3083/2024 saylı qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
14. Belə ki, işdəki sənədlərdən belə aydın olur ki, iddiaçı daha əvvəl də eyni tələblərlə cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 2023-cü il 26 iyul tarixli 8İ-2365 nömrəli icra qeydi ləğv edilməklə, həmin icra qeydi əsasında iddiaçının mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə tutmanın yönəldilməsi nəticəsində MMC tərəfindən keçirilmiş hərracın və MMC ilə ASC arasında bağlanmış 2023-cü il 20 dekabr tarixli 279/23 nömrəli protokolun etibarsız hesab edilməsi, mənzilə dair “ASC-nin adına rəsmiləşdirilmiş ********* * qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2024-cü il 28 fevral e-2(011)-3357/2024 nömrəli tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya iddia ərizəsini müvafiq kommersiya məhkəməsinə vermək hüququ izah olunmuşdur.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2024-cü il 2 aprel tarixli e-2(102)1581/2024 nömrəli qərarı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3357/2024 nömrəli iş üzrə 2024-cü il 28 fevral tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Həmin Qərarda qeyd olunmuşdur ki, hazırkı iddianın tələblərində n biri icra qeydinin ləğv edilməsi ilə bağlıdır və Ali Məhkəmə Plenumunun 2015-ci il 10 aprel tarixli Qərarının 8-ci bəndi ilə notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması tələb edilmişdir, digər iki tələbdən biri (hərracın və protokolun etibarsız hesab edilməsi tələbi) kommersiya məhkəməsinə aid olduğu üçün, MPM-in bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti məsələsini tənzimləyən 30-cu maddəsinin imperativ göstərişinə əsasən, bütövlükdə iddiaya, yəni hər üç tələbə kommersiya məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi eyni tərəflər arasında, eyni tələblər üzrə, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işin məhkəmə aidiyyati məsələsinə artıq bir dəfə A zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2024-cü il 2 aprel tarixli e-2(102)-1581/2024 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş və yekun olaraq hazırki tələblərə kommersiya məhkəməsində baxılması qərara alınmışdır.
19. Bu baxımdan qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə məhkəmə aidiyyati məsələsinə təkrarən mahiyyəti üzrə hüquqi qiymət verilməsinə və qeyd olunan qərarda göstərilənlərin təkrarlanmasına lüzum yoxdur.
20. Odur ki, qarışıq məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 aprel tarixli e-2-2(113)-3083/2024 saylı qərardadı ləğv olunmalı və iş mahiyyəti üzrə baxıl ması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
21. Şərh olunanlara və MPM-in 14, 24, 25, 26, 31 və 403-1.8.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 aprel tarixli e-2-2(113)-3083/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 ASC, Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi və s. tələblərinə dair iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.