Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-346/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı cavabdehlər Bakı şəhəri Dövlət Notariat Kontoru və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ 10.05.2024 Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Dövlət Notariat Kontoru və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 aprel tarixli e-2-2(113)-1836/2024 nömrəli qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Bakı şəhəri Yasamal Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Bakı şəhəri Dövlət Notariat Kontoru və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “Notariat” və “ASC”) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 30 saylı Notariat ofisi tərəfində n verilmiş 2023-cü il 24 oktyabr tarixli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 18 yanvar tarixli 2(004)766/2024 nömrəli qərardadına əsasən, iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – G.Əkbərli).
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə ASC arasında bağlanmış 2022-ci il 20 may tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən, iddiaçıya bank tərəfindən illik faiz dərəcəsi 15% olmaqla 36 ay müddətinə 500.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndindən müəyyən edilir ki, iddiaçıya kredit onun dövriyyə vəsaitinin artırılması məqsədilə verilmişdir. Həmçinin müqavilədən görünür ki, borcalan qismin də iddiaçı VÖEN hesabı qeyd edilməklə fərdi sahibkar olaraq müqaviləni imzalamışdır. Göstərilənlərə əsasən, tərəflər arasında yaranan mübahisə kommersiya xarakterli olduğundan, hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 aprel tarixli e-2-2(113)-1836/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – K.Hüseynov).
5. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin məhkəmə aidiyyatı müəyyənləşdirilərkən təkcə bir tərəfin deyil, həmçinin mövcud olan məhkəmə mübahisəsi üzrə qarşı tərəfin (indiki halda Notariat) də statusu diqqətdən kənarda q almamalıdır.
6. Notariat kontorları və notariuslar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi subyektlərinə aid deyildir və onların göstərmiş olduğu xidmətlərə görə alınan məbləğ də dövlət rüsumudur. Həmçinin o da qeyd edilməlidir ki, notariusların vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) olması onun kommersiya hüququnun subyekti olması anlamına gəlməməlidir. Belə ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin tələbləri baxmından büdcə və qeyri-kommersiya təşkilatları və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri də, ayrıca uçota alına və onlara VÖEN verilə bilər. Bundan başqa, Vergi Məcəlləsinin tələbləri baxımından notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan götürülən gəlir də qeyri-sahibkarlıq fəal iyyətindən əldə edilən gəlirə aiddir. Ona görə də hazırkı halda, yəni Notariat tərəfindən verilmiş olan icra qeydinin ləğvi ilə bağlı mübahisə ilk növbədə tərəflərin subyektiv tərkibi baxımından kommersiya mübahisəsi hesab edilə bilməz.
7. Notariat tərəfindən 2023-cü il 24 oktyabr tarixli icra qeydi iddiaçı ilə ASC arasında olan kredit müqaviləsi üzrə verilmiş olsa da, iddiaçı ilə Notariat arasında heç bir kommersiya hüquq münasibəti olmamışdır. Yəni, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də hazırkı mübahisənin kommersiya mübahisəsi olması nəticəsinə gəlmək üçün əsas vermir. Belə ki, iddiaçı bir növ notarisun hərəkətindən, yəni vermiş olduğu icra qeydinin əsassız olmasından narazıdır, hazırkı mübahisə ancaq icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsinin yoxlanmasından ibarətdir və bu da kommersiya mübahisəsi hesab oluna bilməz. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmə lərinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) müəyyən edilmişdir ki: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstə rilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılm ası üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyat a keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....
15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir....
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər....” Ali Məhkəmənin mövqeyi
10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş araşdırılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
11. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 8) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasına əsas vermir.
13. Belə ki, hazırkı iş üzrə cavabdeh Notariat sahibkarlıq subyekti olmadığından, onun tərəfindən verilmiş icra qeydinin ləğvi ilə bağlı mübahisəyə ilk növbədə tərəflərin subyektiv tərkibi baxımından kommersiya mübahisəsi kimi baxılması istisna olunur.
14. Həmçinin qarışıq məhkəmə tərkibi Bakı Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilə Notariat arasında heç bir kommersiya hüquq münasibəti olmamışdır. İddiaçı notarisun icra qeydini mübahis ələndirdiyindən, hazırkı mübahisə icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilibedilməməsinin yoxlanması ilə bağlıdır ki, bu da heç bir halda kommersiya mübahisəsi kimi qəbul edilə bilməz.
15. Eyni zamanda Plenum Qərarının 11, 12, 15 və 20-ci bəndlərində (bax § 9) formalaşdırılmış hüquqi mövqelər baxımından da hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
16. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Notariat sahibkarlıq fəaliyyətinin subyekti olmadığından, eyni zamanda tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri baxımından icra qeydinin ləğvi ilə bağlı mübahisə kommersiya mübahisəsi hesab olunmadığından, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması hər bir halda istisna olunur. Odur ki, hazırkı mübahis əyə ümumi məhkəmədə, yəni iddianın verildiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır.
17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri Dövlət Notariat Kontoru və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın.