Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-365/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "xxxx" X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə iddiaçı "xxxx" X1 Cavabdeh qarşı vurulmuş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Nəsimi Rayon Məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" X2 (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyanda n ödənilməmiş 1.388,24 manat məbləğində pul vəsaitinin Cavabdeh (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2025-ci il 3 fevral tarixli e-2(006)-1012/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim: H.Miriyeva).
3. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyicisi, iddiaçı isə hüquqi şəxsdir, iddiaçı ilə cavabdeh arasında deliktdən irəli gələn mübahisənin yaranmasına səbəb olmuş hadisə zamanı cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün icarəyə götürdüyü avtomobillə iddiaçıya məxsus işıq dir əyinə ziyan yetirmişdir. Bu baxımdan cavabdeh həmin avtomobildən müvafiq olaraq həyata keçirdiyi sahibkarlıq və kommersiya fəaliyyəti çərçivəsində gəlir əldə etmək məqsədi ilə istifadə edir. Hüquqi nəticə etibarı ilə iddiaçının cavabdehə qarşı tələbi delikt mahiyyətli olmaqla, məhz onların hər ikisinin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir.
4. Belə ki, deliktdən irəli gələn hazırkı mübahisə tərəflərin, o cümlədən bilavasitə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır və hüquqi şəxsin ona qarşı irəli sürdüyü tələb kommersiya məhkəməsinə aiddir. Bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək işə məhkəmə aidiyyəti baxımından ümumi məhkəmədə baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25 və 26-cı maddələrinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununun 1-ci maddəsinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 14-cü bəndinə (bundan sonra – “Qərar”) istinadla əsaslandırmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 18 aprel tarixli e-2-2(113)-3106/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim: K.Hüseynov).
7. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iş üzrə iddiaçı hüquqi şəxs, cavabdeh isə VÖEN sahibi olan fiziki şəxs olsa da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, heç bir yerdə X3 markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi kimi hər hansı bir qeyd yoxdur.
8. Göründüyü kimi tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.
9. Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 25.1, 26.1, 26.2, 31.1, 32.7-ci maddələrinə və Qərarın 11, 13, 14-cü bənd lərinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10.2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndiri ci meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meya rdır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə müt ləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....”
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə t utulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
14. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibk arlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
15. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata ke çirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.
16. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırkı işin halları ondan ibarətdir ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyicisi, iddiaçı isə hüquqi şəxsdir, iddiaçı ilə cavabdeh arasında deliktdən irəli gələn mübahisə yaranmışdır.
17. Hazırda məhkəmələr arasında olan fikir ayrılığının əsas səbəbi mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması ilə bağlı olmuşdur.
18. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2025-ci il 3 fevral tarixli hazırlıq iclasının protokolundan görünür ki, cavabdeh ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, adı çəkilən maşını icarəyə götürmüş və restoranlara şok olad paylamaqla məşğuldur. Hadisə də restoranlardan birinə şokolad verib çıxanda olmuşdur.
19. Göründüyü kimi cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən zaman delikti törətmişdir.
20. Yuxarıdakı Qərarın müvafiq bəndlərindən, eləcə də MPM-in uyğun normalarının tələblərindən də aydın olur ki, tərəflərdən birinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi işin kommersiya məhkəməsində baxılması üçün əsas deyildir. Hazırkı işdə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı deliktin yaranması aydındır. Məhkəmə aidiyyətinin həll edilməsi üçün isə iddiaçının da bu fəaliyyətlə məşğul olub-olmadığını müəyyən etmək lazımdır.
21. Belə ki, iddiaçı hüquqi şəxs olsa da, onun sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə bağlı hər hansı məlumat (Nizamnaməsi və s.) iş materialla rında mövcud deyildir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 18 aprel tarixində keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının təmsilçisi iddiaçının küçələrin işıqlanmasına xidmət göstərməsini qeyd etmişdir.
22. Göründüyü kimi işdə olan məlumatlardan iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsini müəyyənləşdirmək mümkün deyil.
23. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxa bilər. Eyni zamanda, yuxarıda qeyd olunan qanunvericilik normalarında sahibkarlıq fəaliyyətinin mahiyyəti də aydınlaşdırılmışdır. Hazırkı vəziyyətdə mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini hazırkı iş materialları ilə müəyyən etmək olmur.
24. Göstərilənləri ümumiləşdirərək qarışıq məhk əmə tərkibi belə qənaətə gəlir ki, mübahisənin hər iki tərəfin qarşılıqlı və ya ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlib-gəlməsi tam və ətraflı araşdırılmaqla yenidən məhkəmə aidiyyəti müəyyən edilməlidir.
25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" X1 Cavabdeh qarşı vurulmuş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş əlavə araşdırma aparılmaqla məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.