Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-370/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə (ləğv prosesindədir) və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Şamayev Elşad Yaquboviç, Həsənov Vüqar Təvəkgül oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə (ləğv prosesindədir) və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “ipotekaya xitam verilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İşin halları
1. Cavabdeh2 ASC ilə "xxxx" MMC (direktor İddiaçı) arasında bağlanmış 2009-cu il 17 avqust tarixli “02SF” nömrəli kredit müqaviləsinə görə, borcverən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına soyuducu anbar kompleksinin tikintisi məqsədilə 1.980.000 AZN məbləğində kreditin Borcalana mərhələlərlə verməsini öhd əsinə götürür. Borcalan kreditləşmə obyektinin qiymət dəyəri məbləğinin tam sığortalanmasını öz üzərinə götürür. Kredit vəsaitindən istifadə müddəti 2014-cü il 17 avqust tarixində bitir. Kredit üzrə faizlər illik 7%-lə hesablanır.
2. Cavabdeh2 ASC ilə ipoteka qoyan İddiaçı və borcalan "xxxx" MMC arasında bağlanmış 2012-ci il 25 iyul tarixli “02/4” nömrəli ipoteka müqaviləsinə görə, ipoteka saxlayanla borcalan arasında bağlanmış 2009-cu il 17 avqust tarixli “02SF” nömrəli kredit müqaviləsinə əsasən 1.980.000 AZN məbləğində 5 il müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Quba rayonu, Aşağı Xuc kəndində İddiaçı mülkiyyətində olan 4.0 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784.2 kv.m olan əmlak kompleksi kimi müəssisənin girov qoyulması b arədə razılığa gəlmişlər. İpoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borcalan arasında bağlanmış 2009-cu il 17 avqust tarixli “02SF” nömrəli kredit müqaviləsinə əsasən kredit faizlərinin qaytarılmasından ibarətdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 25 iyul tarixli 2(006)-20/2014 nömrəli qətnaməsinə görə, Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında bağlanmış 2009-cu il 17 avqust tarixli “02SF” saylı kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən Cavabdeh2 ASC-nin xeyrinə cəmi 1.558,414 manat kredit borcunun, həmçinin 20 manat dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş... İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, torpaq sahəsi 4,0 ha olan əmlak kompleksi kimi müəssisəyə yö nəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 3.900.000 manat dəyərində qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması... və s. qət olunmuşdur. 4. "xxxx" MMC-nin hərracın baş tutmaması barədə 2014-cü il 24 noyabr tarixli, 1124 nömrəli protokoluna görə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracda iştirakçı olmadığına görə İddiaçı mülkiyyətində olan Quba rayonu, Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən ü/s 3784,2 kv.m olan əmlak kompleksi həmin Qanunun 43.7-ci maddəsinə uyğun olaraq 2.486.250 manata ipoteka saxlayana təklif edilmişdir. 5. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə, İddiaçı (VÖEN: **********2) 2004-cü il 2 iyun tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət istiqaməti “saxlama və anbarlara yığma”, fəaliyyət obyekti isə Aşağı Xuc kəndində yerləşən soyuducu anbar kompleksidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindəki icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə (ləğv prosesindədir) və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784.2 kv.metr olan əmlak kompleksi üzərində qeydə alınmış ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 22 fevral tarixli, e-2(006)1113/2024 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim G.Ç.Abidova).
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı (VÖEN: **********2) və cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, iddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC isə kommersiya hüquqi şəxsidir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və Ləğv prosesində olan Cavabdeh2 ASC sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilmişdir ki, iş materiallarına əsasən, Cavabdeh2 ASC ilə iddiaçı direktor olduğu "xxxx" MMC şirkəti arasında bağlanmış 2009-cu il 17 avqust tarixli kredit müqaviləsinə müvafiq olaraq, "xxxx" MMC-yə məhz Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına soyuducu anbar kompleksinin tikintisi məqsədilə verilmiş ******* manat məbləğində kreditin təminatı kimi Quba rayonu, Aşağı Xuc kəndində öz mülkiyyətində olan 4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784,2 kv.m olan əmlak kompleksini ipoteka ilə yüklü etmişdir. Mübahisəsiz haldır ki, kredit müqaviləsinin tərəfləri olan kommersiya hüquqi şəxsləri (Cavabdeh2 ASC və "xxxx" MMC) bu müqaviləni məhz gəlir əldə etmək niyyəti ilə bağlamış, ipoteka müqaviləsi isə həmin müqavilədən törəmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsi əsas öhdəlikdən (soyuducu anbar kompleksinin tikintisi məqsədilə kommersiya hüquq şəxsləri arasında bağlanmış kredit müqaviləsindən) törədiyi və əsas öhdəliyin təminat üsulu olduğu üçün hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlər kommersiya münasibətləri, bu münasibətlərdən yaranan mübahisələr isə kommersiya mübahisələri hesab olunur. O da nəzərə alınmalıdır ki, ipoteka predmeti olan əmlakın özü də sahibkarlıq fəaliyyətinin obyektidir. Kredit müqaviləsinin tərəfləri kommersiya hüquqi şəxslər olsa da, ipotekaya xitam verilməsi barədə mülkiyyətçinin ipoteka saxlayana qarşı qaldırdığı iddia onun “İpoteka haqqınd a” Qanunun 43-cü maddəsindən irəli gələn mülkiyyət hüquqları olmaqla, kreditor və borclu arasındakı kredit müqaviləsindən ayrıca müstəqil iddia predmeti və məhkəmə çəkişməsi obyektidir. Belə ki, hazırkı mübahisənin predmetini kreditor və borclu arasındakı kredit münasibətləri təşkil etmir, yalnız ipoteka qoyan və ipoteka saxlayan arasındakı mülkiyyət münasibətləri təşkil edir ki, bu münasibətlər aksessor öhdəliklərdən irəli gəlsə də, müstəqil prosessual çəkişmə predmeti olan və kommersiya xarakterli olduğu müəyyən edilən mübahisədir.
10. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə xitam verilməsi tələb edilən ipoteka yüklülüyü kommersiya hüquq şəxsləri arasında soyuducu anbar kompleksinin tikintisi məqsədilə bağlanmış kredit müqaviləsindən - əsas öhdəlikdən törədiyi və həmin öhdəliyin təmin at üsulu olduğu üçün, hazırki mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1 və 269.5ci; “İpoteka haqqında” Qanunun 43-cü; Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 24.2, 26.1, 31.1, 32.3, 32.4 və 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə b ağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 11, 12 və 13-cü bəndlərinə istinad etməklə əsaslandırılmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli, e-2-2(113)-2702/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim K.Z.Hüseynov).
13. Kommersiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə xitam verilməsi tələb edilən ipoteka yüklülüyünün kommersiya hüquqi şəxsləri arasında soyuducu anbar kompleksinin tikintisi məqsədilə bağlanmış kredit müqaviləsindən törəmə tələb və həmin öhdəliyin təminat üsulu qism ində qəbul edilərək mübahisə predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması kimi qiymətləndirilməsi düzgün deyildir. Çünki iddiaçı mülkiyyətində olan şəxsi əmlakını hüquqi şəxsin kredit öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü etmiş və bu zaman öz sahibkarlıq fəaliyyətindən irəli gələn hər hansı hərəkət etməmişdir. İddiaçı hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh2 ASC (ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsini hüquqi şəxsin adından direktor olaraq, ipoteka müqaviləsini isə əmlakın mülkiyyətçisi olaraq imzalamışdır. Buna görə də mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməmişdir. Belə ki, iddiaçının hazırkı tələbi onun əşya hüquq münasibətlərindən irəli gələn mülkiyyətin müdafiəsi ilə bağlıdır. Hazırkı iş üzrə t ərəflərin subyektiv tərkibi mübahisə yaratmasa da, mübahisə predmeti iddiaçının sahibklarlıq fəaliyyətindən irəli gəlmədiyi üçün kommersiya mübahisəsi deyildir. Məhkəmə hazırkı mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiyini nəzərə alıb hesab etmişdir ki, yalnız tərəflərin subyektiv tərkibi nəzərə alınaraq işə kommersiya məhkəməsində baxılması mümkün deyildir.
14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 11, 12, 13 və 14-cü bəndlərinə; MPM-in 24.2, 25. 1, 31.1, 32.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata k eçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...”
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərl ə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11.... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12.... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı- ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərində n yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kən ar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Ali Məhkəmənin Mövqeyi
17. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
18. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərinə və Plenum Qərarının 10 və 11-ci bəndləri ilə formalaşmış hüquqi mövqeyə görə mübahi səyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
19. Başqa sözlə, mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən üç meyar – işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur.
20. Məhkəmə işdə iştirak edən şəxslərin subyektiv tərkibini müəyyən etmək üçün işdə olan materiallara (bax §6) münasibət bildirərək qeyd edir ki, iddiaçı müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyicisidir və o fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Həmçinin cavabdeh dövlət qeydiyyatına alınmış vergi ödəyicisidir və k ommersiya hüquqi şəxsidir ki, iş üzrə mübahisənin subyektiv tərkibi olan tərəflər sahibkarlıq fəaliyyəti subyektləridir.
21. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri ilə bağlı məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 2009-cu il 17 avqust tarixli kredit müqaviləsində iddiaçının direktor olduğu "xxxx" MMC-yə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına soyuducu anbar kompleksinin tikintisi məqsədilə verilmiş 1.980.000 manat məbləğində kreditin təminatı kimi əmlak kompleksini ipoteka ilə yüklü etməsi göstərilmişdir ki, həmin müqavilənin tərəfləri bu müqaviləni məhz gəlir əldə etmək niyyəti ilə bağlamış, ipoteka müqaviləsi isə həmin müqavilədən törəmişdir.
22. Həmçinin mubahisənin predmeti ilə bağlı qeyd edilməlidir ki, iş üzrə ipoteka predmeti olan əmlak sahibka rlıq fəaliyyətinin obyektidir və mübahisənin predmetini kreditor və borclu arasındakı kredit münasibətləri təşkil etmir, yalnız ipoteka qoyan və ipoteka saxlayan arasındakı mülkiyyət münasibətləri təşkil edir ki, bu münasibətlər aksessor öhdəliklərdən irəli gəlsə də, müstəqil prosessual çəkişmə predmeti olan və kommersiya xarakterli olduğu müəyyən edilən mübahisədir.
23. Beləliklə, hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından hazırkı mübahisənin kommersiya mübahisəsi olmaması ona MPM-in normalarında və Ali Məhkəmənin Plenumunun müvafiq Qərarında formalaşmış hüquqi mövqeyə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını istisna edir.
24. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisə hesab olunmalı, bu səbəbdən də ona kommersiya məhkəməsində baxılmalıdır.
25. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə (ləğv prosesindədir) və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.