Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-423/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi və sayğacın dəyişdirilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli e-2-2(113)-1819/2024 saylı qərardadından verilmiş şikayət ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı borcun silinməsi və sayğacın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli, e-2-2(113)-1819/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim – L.Əliyeva).
3. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə (EMİS və İnternet Vergi İdarəsinin çıxarışından) əsasən, iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusuna malik deyildir (VÖEN-i yoxdur).
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 152.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
5. İddiaçı şikayət və şikayətin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin qərardadının ləğv olunaraq, işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında iddia ərizəsinin geri qaytarılma səbəbinin əsası kimi iddiaçının fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusuna malik olmadığını qeyd etmişdir. Lakin o nəzərə almamışdır ki, bir qədər əvvəl eyni məzmunlu iddia ərizəsi ilə tərəfindən əvvəlcə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət edilmişdir. Lakin Nəsimi rayon məhkəməsinin hakimi İ.Qaralovun 2024-cü il 22 iyun tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilərək ərizə əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmışdır. Hazırda qərardad qüvvəyə minmişdir. Nəsimi rayon məhk əməsinin hakimi İ.Qaralov iddia ərizəsinin qəbulundan imtinanın əsası kimi "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2022-ci il tarixli 10N2-i qərarının 24-cü bəndini göstərərək qeyd etmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müda fiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. Ona məxsus isə ünvan 1 ünvanındakı həyətdə yerləşən fərdi qarajda (abonent kodu 078110) sahibkarlıq subyekti fəaliyyət göstərir. Ona görə də həmin təsərrüfat subyektində sudan istifadə edilməsi şəxsi tələbatı ödəmək məqsədi daşımadığından hazırkı münasibətlər istehlak münasibətləri hesab edilmədiyi üçün cavabdehə qarşı borcun silinməsi və sayğacların cavabdehin hesabına dəyişdirilməsi tələbinə dair iddia ərizəsinə cavabdehin yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyun tarixli, e-2-2(113)-1819/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, baxılması üçün Azərbay can Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – L.Əliyeva). Tətbiq edilən hüquq 8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 4.İddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dai r birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir....”
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir...” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyy əti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti[49] 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
152. İddia ərizəsinin qaytarılması... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;...” Ali Məhkəmənin mövqeyi
10. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli e-2-2(113)-1819/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
12. MPM-in 25.2 və 26.2-ci maddələrinin və Plenum Qərarının 12-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilə n sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Qarışıq məhkəmə tərkibi hazırkı iş üzrə belə qənaətə gəlir ki, məhkəmə aidiyyəti ilə bağlı iddiaçının şikayətdə göstərdiyi dəlillər Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli e-2-2(113)-1819/2024 saylı qərardadının ləğv edilməsi üçün məqbul sayıla bilməz.
14. Məhkəmə qeyd edir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs deyildir (VÖEN yoxdur).
15. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
16. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyy ətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
17. X1 27-ci bəndindəki nizamlamaya görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəal iyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.Beləliklə, qarışıq məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki işə kommersiya məhk əməsi baxmaqda səlahiyyətli deyildir.
18. Qarışıq məhkəmə tərkibi vurğulayır ki, yuxarıda göstərilənlərə münasibətdə əks yanaşma isə MPM-də məhkəmə aidiyyəti ilə əlaqədar nəzərdə tutulmuş imperativ nizamlama qaydalarını inkar etməklə mübahisə tərəflərinin statusunda fərqliliyə əhəmiyyət vermədən bu kateqoriyadan olan mübahisələrə yalnız kommersiya məhkəməsində baxılmasına gətirib çıxarardı.
19. Ona görə də iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli e-2-2(113)-1819/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Şərh olunanlara və MPM-in 14, 24, 25, 26, 31 və 403-1.8.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü i l 21 fevral tarixli e-2-2(113)-1819/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.