Məhkəmə qərarları › İş №e-2-2(102)-431/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-431/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-431/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-431/2023 Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsinin ləğv ed ilməsi və borcun tutulması" tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 aprel tarixli e-2-2(119)-537/2023 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra –“iddiaçı”) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 2023-cü il 14 aprel tarixində “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 aprel tarixli e-2-2(119)537/2023 saylı qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim – H.Alıyeva).

3. Məhkəmənin mövqeyinə görə, iddia ərizəsinə əlavə edilmiş və iddia tələbinin əsaslandırıldığı 2021-ci il 24 avqust tarixli 1542/F-21 nömrəli kredit müqaviləsinin 1.2-ci bəndi ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh3 kredit şəxsi istehlak məqsədi ilə verilmişdir. Fərdi sahibkar statusuna malik olan fiziki şəxs olsa belə, Cavabdeh3 hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu ona sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “şəxsi istehlak” məqsədi ilə verilən kreditə görə yaranan borcdur. Hazırkı iddia ərizəsinə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalıdır.

4. Sumqayıt Kommersiya Məhkəm əsi mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 152.1.3, 152.4-cü maddələrinə istinad etmişdir.

5. İddiaçı 2023-cü il 27 aprel tarixində şikayət ərizəsi ilə həmin məhkəməyə müraciət edərək sözügedən qərardadın ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 28 aprel tarixli e-2-2(119)537/2023 saylı qərardadı ilə şikayət MPM-in 407.3-cü maddəsinin tələblərinə riayət edilmədiyindən geri qaytarılmışdır (hakim – H.Alıyeva).

7. İddiaçı 2023-cü il 19 may tarixində buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və şikayət ilə həmin məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 aprel tarixli e-2-2(119)-537/2023 saylı qə rardadını ləğv edərək kommersiya mübahisəsi üzrə işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 30 may tarixli e-2-2(119)-537/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 aprel tarixli e-2-2(119)-537/2023 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir (hakim – H.Alıyeva).

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 13 iyun tarixli e-2-2(119)-537/2023 saylı qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 aprel tarixli e-22(119)-537/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət kommersiya işi ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – H.Alıyeva).

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işlərin kommersiya məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisələr olmalıdır. Lakin Cavabdeh3 kredit almaq üçün banka ünvanladığı 2021-ci il 18 avqust tarixli ərizəsinə əsasən, o, bankdan ona şəxsi istehlak məqsədi üçün kredit verilməsini xahiş etmişdir. İddiaçının “Xaçmaz” filialının Kredit Komitəsinin 425 nömrəli protokolunda kreditin təyinatı “şəxsi istehlak məqsədi üçün” göstərilmişdir. 2021-ci il 24 avqust tarixli 1542/F-21 nömrəli kredit müqaviləsinin 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi-şəxsi istehlak məq sədi üçün götürülür. Göründüyü kimi, fərdi sahibkar statusuna malik olan fiziki şəxs olsa belə, Cavabdeh3 ərizəsində həmin kreditin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün deyil, şəxsi istehlak məqsədi ilə verilməsini xahiş etmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsi mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11-ci bəndinə; MPM-in 24.2, 25.1, 26.1, 269-cu maddələrinə istinad etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır...” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilm əsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələbləri nə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fə rdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 13 iyun tarixli e-2-2(119)-537/2023 saylı qərardadı ləğv edilərək, iş məhkəmə aidiyyəti məsələsinin yenidən müəyyən edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

15. Hazırkı iddianın predmetini “kredit müqaviləsinin l əğv edilməsi və borcun tutulması” təşkil edir. İş materiallarlndan məlum olur ki, iddiaçı kommersiya hüquqi şəxsidir, cavabdeh isə vergi uçotuna alınmış fərdi sahibkardır.

16. Plenum Qərarının 11-ci bəndinə (bax yuxarıda § ) uyğun olaraq, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

17. Deməli, baxılan işin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin dəqiq müəyyən edilməsi üçün həlledici meyar kimi, mübahisəli kreditin m əhz hansı məqsədlə (şəxsi istehlak və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə) verildiyinin düzgün müəyyən olunmasıdır.

18. İş materiallarında olan cavabdehin banka ünvanlandığı ərizədə ona şəxsi istehlak məqsədilə kredit verilməsi xahiş olunmuşdur (i/v 13).

19. İş materiallarında olan iddiaçının “Xaçmaz” filialının kredit komitəsinin 2021-ci il 20 avqust tarixli 425 nömrəli protokolunda kreditin növü “MKOS krediti”, kreditin təyinatı isə “şəxsi istehlak məqsədi üçün” kimi göstərilmişdir (i/v 14).

20. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinə ünvanlandığı ərizədən belə aydın olur ki, sözügedən protokolda işlədilmiş “MKOS” abreviaturası bank təcrübəsində “mikro, kiçik və orta sahibkarlıq” kreditini ehtiva edir (i/v 20-21).

21. Eyni zamanda, iddiaçı tərəfindən “Elektron Məhkəmə” informasiya sisteminə yüklənmiş mübahisəli 2021-ci il 24 avqust tarixli 1542/F-21 nömrəli kredit müqaviləsinin 1.2ci bəndində qeyd edilmişdir ki: “kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi - şəxsi istehlak məqsədi üçün götürülür”, müqavilənin 7-ci bəndində isə (“tərəflərin rekvizitləri”) cavabdehin VÖEN-i (**********), eyni zamanda həmin VÖEN-in hansı vergi orqanı tərəfindən və hansı tarixdə verildiyi də göstərilmişdir.

22. Qarışıq məhkəmə tərkibinin qənaətinə görə, qeyd olunan xüsusatların bir-birini təkzib etməsi mübahisəli kreditin təyinatının, nəticə etibarilə isə MPM-in 24.2, 25.1 və 26.1ci maddələrinin (bax yuxarıda § 25) tələbləri baxımından, bütövlükdə mübahisənin aidiyyətinin birmənalı müəyyənləşdirilm əsinə imkan vermir.

23. İddia ərizəsinin verildiyi Sumqayıt Kommersiya Məhkəməsi isə hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün qeyd olunan məsələlərin həlledici əhəmiyyət kəsb etməsinə baxmayaraq zəruri araşdırma aparmamış, məsələyə formal yanaşmış, nəticədə müvafiq əsaslandırma və hüquqi qiymətləndirmə həyata keçirmədən iddia ərizəsinin iddiaçıya qaytarılması barədə əsassız qərardad qəbul etmişdir.

24. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 aprel tarixli e-2-2(119)-537/2023 saylı qərardadı ləğv edilərək, iş məhkəmə aidiyyəti məsələsinin yenidən müəyyən edilməsi üçün həmin məhkəməyə qaytarılmalı, Sumqayıt Kommersiya Məhkəməsi isə sözügedən hallara tərəflərin iştirakı ilə aydınlıq gətirdikdən sonra müvafiq prosessual hərəkətləri yerinə yetirməlidir.

25. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi MPM-in 32.7, 403-1.6, 403-1.8 və 403-1.8.3-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 18 aprel tarixli e-2-2(119)-537/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar