Məhkəmə qərarları › İş №e-2-2(102)-432/2024

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-432/2024

12.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-432/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Elşad Şamayev Yaquboviç (Ali Məhkəmənin Mülki Kollegiyası) və Kərimov Səyyad Əli oğlundan (Ali Məhkəmənin İnzibati Kollegiyası) ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 (iddia ərizəsinin mətnində cavabdeh qismində Şirvan şəhər 1 saylı Notariat Ofisi qeyd olunmuşdur) və Cavabdeh1 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələ binə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli e-2-2(121)-1882/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Şirvan Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) (iddia ərizəsinin mətnində cavabdeh qismində Şirvan şəhər 1 saylı Notariat Ofisi (bundan sonra – “Notariat Ofisi”) qeyd olunmuşdur) və Cavabdeh1 MMC-yə ((bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı notariat ofisinin “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” 2023-cü il 11 sentyabr tarixli 8İ7414 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 7 iyun tarixli e-2-2(121)-1882/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

4. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli e-2-2(121)-1882/2024 nömrəli qərardadı ilə iddiaçının şikayətinin qismən təmin edilməsi; iddia ərizəsinin geri qaytarılmasına dair Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 7 iyun tarixli e-2-2(121)1882/2024 nömrəli qərardadının Cavabdeh2 aid hissədə ləğv edilməsi; iddia ərizəsinin Cavabdeh2 aid hissədə “məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması” əsası ilə geri qaytarılması; şikayətin cavabdeh MMC-yə aid hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Məhkəmə qeyd etmişdir ki, şikayətin məzmunundan da aydın olur ki, iddianın Cavabdeh2 qarşı deyil, Notariat Ofisinə qarşı irəli sürülməsi, o cümlədən, müqavilənin MMC ilə bağlandığı üçün həmin cəmiyyətin cavabdeh qismində göstərilməsi (yəni, formal olaraq cavabdeh qismində göstərilməsi) iddiaçının (nümayəndəsi və vəkilinin) özü tərəfindən də inkar edilmir.

6. Belə olan halda, cavabdeh MMC-yə qarşı hər hansı bir tələb irəli sürülməməsinə dair məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə ki, MMC iddia ərizəsinin elektron hissəsinə aid olan "xxxx" hissəsində iş üzrə “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs” kimi göstərilə bilər. Odur ki, şikayətin dəlilləri cavabdeh MMC-yə aid hissədə əsassızdır.

7. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yara dılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsinin elektron hissəsinə aid olan "xxxx" hissəsində iş üzrə cavabdeh qismində Cavabdeh2 ilə bərabər MMC-ni göstərdiyi halda, ona qarşı hər hansı bir tələb irəli sürməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, göstərilən cavabdehə qarşı hər hansı bir tələb irəli sürülmədiyindən, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir.

9. Məhkəmə, iddianın Cavabdeh2 (yəni, Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2) aid hissəsini araşdıraraq hesab etmişdir ki, hazırki iddia tələbinə bu hissədə ümumiyyətlə kommersiya məhkəməsində baxıla bilməz. Belə ki, ərizəyə əlavə edilən sənədlərdən və portaldan çıxarışdan görünür ki, Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona 2016-cı il 5 iy un tarixdə ********** nömrəli VÖEN verilmişdir. Fəaliyyət istiqaməti (əsas fəaliyyət istiqaməti) kimi “xüsusi notariusların fəaliyyəti”, fəaliyyət obyekti kimi isə “Notariat Kontoru” olması göstərilmişdir. Göründüyü kimi Cavabdeh2 özü vergi ödəyicisi olmaqla, xüsusi notarius (yəni, Notariat Ofisinin xüsusi notariusu) kimi fəaliyyət göstərir. Yəni, Cavabdeh2 fərdi sahibkar kimi deyil, xüsusi notarius kimi vergi orqanında qeydiyyata alınmışdır.

10. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərdən birinin fərdi sahibkar, digərinin notariat ofisi (xüsusi notarius) olmasına baxmayaraq hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz.

11. Məhkəmə həmçinin göstərmişdi ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı m übahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının (bundan sonra – “Plenum Qərarı”) və qanunvericiliyin normalarının tələbləri baxımından, iddia tələbi gələcəkdə notariat ofisinə qarşı sürülmüş olarsa hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılmamalıdır.

12. Belə ki, Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən də aydın olur ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisə lərə ümumi məhkəmələr baxır.

13. Məhkəmə hazırkı iddiaya Cavabdeh2 aid hissədə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsinin “forma və məzmununa riayət edilməməsi” əsası ilə geri qaytarılmasına dair qərardad Cavabdeh2 aid hissədə ləğv edilməli, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi kimi iddia ərizəsi “məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması” əsası ilə Cavabdeh2 aid hissədə yenidən geri qaytarılmalı, iddiaçıya həmin hissədə aidiyyəti məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir.

14. Həmin məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 50.1, 50.3, 149.2.3, 152.1.1, 152.1.3, 269.2, 403-1.3, 407.1, 407.2, 407.3, 407.4-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 12-ci və Plenum Qərarının 4, 10, 11, 12-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.

15. İddiaçı şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, iddia Cavabdeh2 qarşı deyil, Notariat Ofisinə qarşı irəli sürülmüşdür. MMC-nin cavabdeh kimi göstərildiyi halda, ona qarşı hər hansı bir tələb irəli sürülmədiyinə gəldikdə isə müqavilə onunla bağlandığı üçün həmin cəmiyyət cavabdeh qismində göstərilmişdir. Əvvəla, məhkəmə işə yaxud iddia ərizəsinin icraata qəbulu məsələsinə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir. Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları icraata qəbul etməkdən imtinası isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən MPM-in 50.1, 50.3, 1492.3, 152.1.1 və 152.4-cü maddələrinə əsaslansa da, həmin normaları məqsədindən xaric tətbiq etmişdir. Başqa sözlə, iddia ərizəsi formal əsaslarla geri qaytarılıb, bu da ədalət mühakiməsinin məqsədlərinə xidmət etmir. Çünki, iddia ərizəsinin geri qaytarılması yalnız onun nəticə hissəsində iddia verən şəxsin tələbinin necə göstərilməsindən asılı edilməməlidir. Yəni, iddia ərizəsinin məzmununda iddia verən şəxsin istəyi və tələbi aydın görünürsə, hansı ki, hazırki iddia ərizəsində bu belədir, nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq formal əlamətlərə istinad etməklə iddia ərizəsi geri qaytarılmamalıdır. Baxmayaraq ki, iddia verən şəxs iddia ərizəsində tələbini dəqiq və aydın ifadə etmişdir. Bu cür vəziyyətdə məhkəmənin məhz MPM-in qeyd olunan normalarına istinad edib iddia ərizəsini geri qaytarması açıq-aşkar formal ol muşdur. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən Plenum Qərarının müvafiq bəndlərinə əsaslansa da, həmin normaları düzgün şərh etməmişdir. Başqa sözlə, iddia ərizəsi yenə də formal əsaslarla geri qaytarılıb, bu da ədalət mühakiməsinin məqsədlərinə xidmət etmir. Çünki, iddiaçı fərdi sahibkar olmaqla sahibkarlıqla məşğul olur, eləcə də cavabdeh MMC də sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Göründüyü kimi, qanunverici də məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bundan əlavə, iddia ərizəsinin geri qaytarılması yalnız onun nəticə hissəsində iddia verən şəxsin tələbinin necə göstərilməsindən asılı edilməməlidir. Yəni, iddia ə rizəsinin məzmununda iddia verən şəxsin istəyi və tələbi aydın görünürsə, hansı ki, hazırki iddia ərizəsində bu belədir, nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq formal əlamətlərə istinad etməklə iddia ərzəsi geri qaytarılmamalıdır. Baxmayaraq ki, iddia verən şəxs iddia ərizəsində tələbini dəqiq və aydın ifadə etmişdir. Bu cür vəziyyətdə məhkəmənin məhz MPM-in qeyd olunan normalarına istinad edib iddia ərizəsini geri qaytarması açıq-aşkar formal olmuşdur.

17. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 27 iyun tarixli e-2-2(121)1882/2024 nömrəli qərardadı ilə iddiaçının şikayətinin məhkəmə aidiyyətinə dair hissədə baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi, qeyd edilən qərardaddan şikayətə kassasiya instansiyası məhkəməsi tərəfind ən baxıldıqdan sonra iddiaçının şikayətinin digər (“forma və məzmununa riayət edilməməsi” əsası ilə geri qaytarılmasına dair) hissədə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” 19. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanun verici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar....” 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Bənd

8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkə tlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparma qdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin....”

21. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir....” 22. “Notariat haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

3. Notarius... Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır....” Ali Məhkəmənin mövqeyi

23. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı məhkəmə aidiyyətinə dai r hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı məhkəmə aidiyyətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

26. MPM-in 24.2, və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

27. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini müəyyən etməklə yanaşı, tərəflərin subyektiv tərkibini araşdırmaq da, diqqətdən kənarda qalmamalıdır. 28. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarl ıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

29. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflər dən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

30. İddia ərizəsindən görünür ki, tələb xüsusi notariusun icra qeydinin ləğv edilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə də iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, cavabdehlərdən Cavabdeh2 (xüsusi notarius) sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs deyildir (VÖEN-ə sahib olsa belə).

31. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə görə notariusa sahibkarlıq fəaliyyəti ilə məşğ ul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır.

32. Bu baxımdan qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisə subyektiv tərkib baxımından kommersiya mübahisələrinin şərtlərinə uyğun gəlmir.

33. Bundan başqa kollegiya vurğulamağı zəruri hesab edir ki, cavabdehin Cavabdeh2 və ya Şirvan şəhər 1 saylı Notariat Ofisi olmasından asılı olmayaraq mübahisə mahiyyət baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığa malik deyildir.

34. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının 8-ci bəndi ilə notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması müəyyənləşdirilmişdir.

35. Bu isə ona dəlalət edir ki, mübahisə mahiyyət baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığa malik deyildir.

36. Digər tərəfdən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq - Xüsusi notarius və vəkillərin pe şə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır.

37. Odur ki, qarışıq məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli e-2-2(121)-1882/2024 nömrəli qərardadı məhkəmə aidiyyətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara və MPM-in 14, 24, 25, 26, 31 və 403-1.8.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli e-2-2(121)-1882/2024 nömrəli qərardadı məhkəmə aidiyyətinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar