Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-449/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh 1 və Cavabdeh2nə qarşı pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 19 may t arixli e-2-2(113)3516/2025 nömrəli qərardadından cavabdeh 1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı 1. "xxxx" ASC (bundan sonra – "xxxx") cavabdeh1 və Cavabdeh2 MMC-yə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “ARDNŞ” və “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qanuni istifadəsində və sahibliyində olan Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2012-ci il 19 iyun tarixli 12/68 saylı ayrıc aktında göstərilən döngə nöqtələri və cizgi hüdudlarında 65 hektar torpaq sahəsi üzrə sahibliyə cavabdehlər tərəfindən törədilən maneələrin qadağan edilməsi, müdaxilələrin qanunsuz hesab olunması və vurulmuş z iyanın əvəzi olaraq 168.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh tərəf vəsatət verərək, iddiaçının iddiasına aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmamalı olduğunu nəzərə alaraq, işin aidiyyəti üzrə göndərilməsinə dair qərardad qəbul olunmasını xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, mübahisənin subyektiv tərkibinə görə SOCAR dövlət müəssisəsidir, mübahisənin predmeti tərəflər arasında bağlanmış hər hansı müqavilə deyil, sadəcə olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin tərəflərə verdiyi fərqli məlumat səbəbindən, sözügedən mübahisə yaranmışdır. İşin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən olunması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüq uq münasibətlərinin xarakteri nəzərə alınmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aidiyyət qaydalarını pozmuş, iddia ərizəsini ümumi məhkəməyə verməli olduğu halda, kommersiya məhkəməsinə göndərmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 19 may tarixli e-2-2(113)3516/2025 nömrəli qərardadı ilə cavabdehin tərəfindən verilmiş məhkəmə aidiyyəti barədə vəsatət təmin edilməmişdir (hakim – Ü.Həsənova).
4. Məhkəmə qeyd etmişdir ki, ARDNŞ-nın Nizamnaməsinə əsasən, onun fəaliyyəti neft, neft-kimya və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir (1.1-ci bənd). Şirkət kommersiya fəaliyyətini həyata keçirir. Şirkət hasil edilmiş bütün kar bohidrogenlərə və onların emalından alınan neft, neft-kimya və qaz məhsullarına münasibətdə sahibliyi həyata keçirir (1.2-ci bənd). Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən, iddiaçı və digər cavabdeh də kommersiya hüquqi şəxsləridir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, hazırkı mübahisə iddiaçı və cavabdehlərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla hazırkı mübahisə kommersiya mübahisəsidir.
5. Həmin qərardaddan cavabdeh ARDNŞ şikayət verərək onun ləğv olunmasını, işin baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 21 may tarixli e-2-2(113)3516/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ü.Həsənova). Şikayətin dəlilləri
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı (bundan sonra – “Plenum Qərarı”) üzrə - İddia verilərkən aidiyyət qaydaları pozulmuşdur. İşin kommersiya məhkəməsinə aidiyyəti mö vcud deyil, Plenum Qərarına əsasən işə ümumi məhkəmədə baxılmalıdır. Subyektiv tərkibinə görə SOCAR dövlət müəssisəsidir, mübahisə Bakı Şəhər İcra Hakimiyyətinin tərəflərə verdiyi fərqli məlumat səbəbindən yaranmışdır. Hüquq münasibətinin xarakteri də sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İşin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aidiyyət qaydalarını pozmuş, iddia ərizəsini ümumi məhkəməyə verməli olduğu halda, kommersiya məhkəməsinə göndərmişdir.
8. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyil. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində k ommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəf lərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahi sələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onl arın sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....”
10. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisəni n predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
12. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax §10) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
13. Qarışıq məhkəmə tərkibi həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından hesab edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması üçün hər hansı hüquqi maneə mövcud deyildir.
14. Belə ki, iş materialları ilə müəyyən edilənlərə əsasən, iddiaçı və cavabdeh MMC kommersiya hüquqi şəxsi, digər cavabdeh ARDNŞ da əsas istiqaməti kommersiya fəaliyyəti olan dövlət şirkətidir. Belə olan halda şikayətdə qeyd edil ən “ARDNŞ-nın dövlət müəssisəsi olması səbəbindən işin kommersiya məhkəməsində baxılmasının qeyri-mümkünlüyü” barədə dəlillər əsassızdır və iş üzrə subyekt tərkibi işə məhz kommersiya məhkəməsində baxılmasına imkan verir.
15. Qarışıq məhkəmə tərkibinin qənaətinə görə, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də, mübahisəyə kommersiya məhkəməsində baxılmasını şərtləndirir.
16. Belə ki, iş materialları ilə müəyyən edilənlərə əsasən, iddiaçı tərəfindən cavabdehlərin müdaxilələrinin qanunsuz hesab olunmasına dair tələbi ümumi sahəsi 65 hektar olan torpaq sahəsi ilə bağlıdır. Əvvəla, kifayət qədər böyük olan həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyətindən başqa hər hansı digər fəaliyyətlə məşğul olmaq üçün istifadə edilməsi ağlabatan görünmür. Eyni zamanda, iş mater iallarında sözügedən sahədən digər məqsədlər üçün istifadə olunmasını təsdiq edən məlumatlar, sənədlər də mövcud deyil. Əksinə, iddiaçı özü də həmin sahədə təsərrüfat fəaliyyəti ilə məşğul olduğunu bildirir. Belə olan təqdirdə isə qeyd olunan xüsusatlar işə məhz kommersiya məhkəməsində baxılmasının davam etdirilməsini zəruri edir.
17. Şikayətdə göstərilən “mübahisənin müqavilədən deyil, əşya hüquq münasibətlərindən irəli gəlməsi, həmçinin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətilə bağlı olması səbəbindən işə ümumi məhkəmədə baxılmalı olması” ilə bağlı dəlillərə gəldikdə qarışıq məhkəmə tərkibi qeyd edir ki, qanunvericilikdə əşya hüquq münasibətlərinin kommersiya mübahisəsinin predmeti olma imkanı istisna edilməmiş, əksinə, Plenum Qərarında əşya hüququnun müdafiəsi ilə bağlı tələbl ərə tərəflərin həm birgə və ya həm də ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda baxılmasının mümkünlüyü vurğulanmışdır (Plenum Qərarının 13-14-cü bəndləri - bax § 9). Hazırki halda da yuxarıda qeyd olunduğu kimi, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər olmaqla, mübahisə də onların ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirərkən yaranan əşya hüquq münasibətlərindən irəli gəlmişdir.
18. Qeyd olunanları nəzərə alan qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı halda tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Bu isə işin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır (Plenum Qərarının 11-ci bəndi - bax § 9).
19. Yuxarıd a göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin aidiyyətlə bağlı gəldiyi nəticə mahiyyətcə düzgündür, odur ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 4031.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh 1-in şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 19 may tarixli e-2-2(113)-3516/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.