Məhkəmə qərarları › İş №e-2-2(102)-524/2021

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-524/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-524/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı ASC-nin Cavabdeh3 MMC-nə, Cavabdeh2, «X1 Stansiyası» MMC-nə və Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı ASC-nin Cavabdeh3 MMC-nə, Cavabdeh2, «X1 Stansiyası» MMC-nə və Cavabdeh1 MMC-yə qarşı «kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 sentyabr tarixli, e-22(113)-3067/2021 saylı qərardadından cavabdeh «X1 Stansiyası» MMC-nin şikayətinə əsasən işə baxaraq Müəyyən etdi:

1. İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 30.09.2020-ci il tarixli 108034-1- 1089/1/5 saylı, “kredit müqaviləsi”nə əsasən 5.270.784,14 (beş milyon iki yüz yetmiş min yeddi yüz səksən dörd manat on dörd qəpik) manat məbləğində əsas borc, 162.700,24 (yüz altmış iki min yeddi yüz manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 5.433.484,38 (beş milyon dörd yüz otuz üç min dörd yüz səksən dörd manat otuz səkkiz qəpik) manat məbləğində və Bank VTB (Azərbaycan) ASC ilə “X1 Stansiyası” MMC arasında bağlanmış 30.09.2020-ci il tarixli 106544-1- 13167/1/5 saylı, “kredit müqaviləsi”nə əsasən 1.045.067,94 (bir milyon qırx beş min altmış yeddi manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 48.787,46 (qırx səkkiz min yeddi yüz səksən yeddi manat qırx altı) manat məbləğində faiz borcu, ümumilikdə isə 1.093.855,40 (bir milyon doxsan üç min səkkiz yüz əlli beş manat qırx qəpik) manat məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün dövlət rüsumunun müştərək qaydada Cavabdeh3 MMCdən, Cavabdeh2 və “X1 Stansiyası” MMC-dən “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, 30.09.2020-ci il tarixli 108034-1-1089/1/5 saylı, “kredit müqaviləsi”nə əsasən tutulmalı olan ümumilikdə 5.433.484,38 (beş milyon dörd yüz otuz ü ç min dörd yüz səksən dörd otuz səkkiz qəpik) manat məbləğində pulun Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, "X" prospekti ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 560.000 (beş yüz altmış min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, "X" prospekti ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 470.000 (dörd yüz yetmiş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, "xxx" qəsəbəsi ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.800.000 (iki milyon səkkiz yüz) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, "X" ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2.762.000 (iki milyon yeddi yüz altmış iki min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, Tərəflər arasında bağlanmış 30.09.2020-ci il tarixli 106544-1-13167/1/5 saylı, “kredit müqaviləsi”nə əsasən tutulmalı olan ümumilikdə 1.093.855,40 (bir milyon doxsa n üç min səkkiz yüz əlli beş, 40) manat məbləğində pulun; Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, "X" prospekti ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 560.000 (beş yüz altmış min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nəsimi rayonu, "X" prospekti ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 470.000 (dörd yüz yetmiş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Bakı şəhəri, Nərimanov rayonu, "xxx" qəsəbəsi ünvanında istifadədə olan 0.5809 ha torpaq sahəsində yerləşən, ümumi sahə si 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.800.000 (iki milyon səkkiz yüz) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin əmlaka yönəldilməsi; Daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, "x" ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Nəsimi rayonu, "X"ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 224.5 kv.m olan qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Nəsimi rayonu, "X" ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsini və Cavabdeh1 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, "xxx" qəsəbəsi ünvanında istifadədə olan 0.5809 ha torpaq s ahəsində yerləşən, ümumi sahəsi 5847.8 kv.m olan əmlak kompleksi kimi müəssisəni ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmaları və əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh «X1 Stansiyası» MMC-nin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulduğu üçün hazırkı işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 08 sentyabr tarixli, e-2-2(113)-3067/2021 saylı qərardadı ilə cavabdeh «X1 Stansiyası» MMC-nin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir.

4. Cavabdeh «X1 Stansiyası» MMC məhkəməyə şikayətlə müraciət edərə k, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 08 sentyabr tarixli, e-2-2(113)-3067/2021 saylı qərardadının ləğv edilərək, işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 sentyabr tarixli, e-2-2(113)-3067/2021 qərardadı ilə məhkəmənin 2021-ci il 08 sentyabr tarixli, e-2-2(113)-3067/2021 saylı qərardadından cavabdeh «X1 Stansiyası» MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – S.Nuriyeva).

6. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, 29.04.2014-cu il tarixli, 108034-11089/1 nömrəli kredit müqaviləsinin 1.3-cü bəndində kreditin "xxxx" QSC-də olan kreditin yenidən maliyyələşdirilməsi və əsas vəsaitlərin artırılması məqsədi ilə verildiyi göstərilmiş, kredit müqaviləsinin tərəflərin hüquqi ünvanı və rekvizitləri bəndində Borcalan kimi hüquqi şəxs Cavabdeh3 MMC-nin adı və VÖEN-i (**********) qeyd olunmuşdur.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (yeni redaksiyada) 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin maddənin əvvəlki redaksiyasında deyilirdi: İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir.

8. İş üzrə tərəflərin subyektiv tərkibi, habelə iddia predmetinin müəyyən edilməsi məhkəmə araşdırmasının əsas amili olduğundan, qanunverici ilk növbədə qeyd olunan halların nəzərə alınması və yoxlanılması halını irəli çəkmişdir.

9. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 sentyabr tarixli, e-2-2(113)-3067/2021 qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh «X1 Stansiyası» MMC-nin şikayəti təmin olunmamalıdır.

10. Az ərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

11. Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

12. Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

13. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 405 -ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

14. Cavabdeh «X1 Stansiyası» MMC-nin şikayətində Cavabdeh3 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu olduğundan, hazırkı mübahisəyə məhz sonuncunun yerləşdiyi ərazi üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsində baxılmalı olduğu qeyd edilmişdir.

15. Bu dəlillərlə razılaşmayan qarışıq məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC, cavabdehlər Cavabdeh3 MMC, «X1 Stansiyası» MMC və Cavabdeh1 MMC hüquqi şəxslər olmaqla, tərəflər arasında yaranmış münasibətlər onların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmişdir. Kredit "xxxx" QSC-də olan kreditin yenidən maliyyələşdirilməsi və əsas vəsaitlərin artırılması məqsədi ilə verildiyinə görə də hazırki işə Cavabdeh3 MMC-nin yerləşdiyi ərazi üzrə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsində baxılması barədə cavabdehin müraciəti mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri, həmçinin iş üzrə tərəflərin subyektiv tərkibi nəzərə alınmaqla qanunaziddir.

16. Beləliklə, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından, işə məhkəmə aidiyyəti üzrə məhz Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

17. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommers iya məhkəməsində baxılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 19. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 20. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə ai diyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.

21. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 sentyabr tarixli, e-2-2(113)-3067/2021 qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh «X1 Stansiyası» MMC-nin şikayəti təmin olunmamalıdır.

22. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24 - 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Qərara aldı:

23. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 sentyabr tarixli, e-2-2(113)3067/2021 qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh «X1 Stansiyası» MMC-nin şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar