Məhkəmə qərarları › İş №e-2-2(102)-526/2021

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-526/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-526/2021 08.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı MMC-nin nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı “pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 sentyabr tarixli e-2-2(113)-486/2021 nömrəli iş üzrə qərardadından Cavabdeh2-nin verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1. “İddiaçı MMC 2020-ci il 13 noyabr tarixində Cavabdeh1-ə və Cavabdeh2-yə qarşı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il 4 yanvar tarixli, 129 №-li müqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 2019-cu il 1 mart tarixli üçtərəfli Razılaşma üzrə 2019-cu il 8 may tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 20.350 AZN məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun və 0.40 AZN məbləğində bank komissi yası haqqının, cəmi ƏDV daxil 20.380,40 AZN məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 fevral tarixli 2-2(113)-486/2021 saylı qiyabi qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2-yə qarşı pul tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 və Cavabdeh2-dən 20.350 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

3. Sonradan Cavabdeh2-nin nümayəndəsi və vəkili ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 avqust tarixli q ərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 fevral tarixli qiyabi qətnaməsi ləğv edilmiş, kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh 2-nin nümayəndəsi və vəkili məhkəməyə yazılı ərizə təqdim edərək, hazırkı iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 2 yalnız icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair 2019-cu il 1 mart tarixli icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında müqaviləyə zamin kimi imza etmişdir. Cavabdeh 2 sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs deyildir və ümumiyyətlə onun dövlət tərəfindən qeydə alın mış sahibkarlıq statusu yoxdur.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 sentyabr tarixli e-2-2(113)-486/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh 1-ə və Cavabdeh2-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatət rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddiaçının icra edilməsini tələb etdiyi əsas öhdəliyin yaranması üçün əsas olmuş icarə müqaviləsi iki hüquqi şəxs - İddiaçı MMC və Cavabdeh 1 arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlanmışdır. Yəni həmin müqavilə üzrə yaranmış mübahisə həm subyektiv tərkibi, həm də mübahisənin predmeti və hüquq münasibətlə rinin xarakteri baxımından kommersiya mübahisəsidir. Zaminlik əsas öhdəliyin icra edilməməsindən irəli gələn, həmin öhdəlikdən asılı olan və əsas öhdəliyinin icra edilməsini təmin etmək məqsədilə məqsədi daşıyan əlavə (aksessor) öhdəlikdir. Belə olan halda, hazırkı işdə əsas tələb (icarə müqaviləsi üzrə borcun ödənilməsi) tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən əlavə tələblər üzrə tərəflərinin subyektiv tərkibindən asılı olmayaraq hazırkı mübahisə kommersiya mübahisəsi olmaqla məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 460.1, 470.1, 472.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 30, 31.1, 32.1, 32.2, 32.4-cü mad dələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh2 -nin nümayəndəsi və vəkili 2021-ci il 13 sentyabr tarixində qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 08.09.2021-ci il tarixli e-22(113)-486/2021 saylı qərardadının ləğv edilərək işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 yalnız icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair 2019-cu il 1 mart tarixli icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında müqaviləyə zamin kimi imza etmişdir. Yəni Cavabdeh2 sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs deyildir və ümumiyyətlə onun dövlət tərəfindən qeydə alınmış sahibkarlıq statusu yoxdur.

12. Bakı Kommersiya Məhkəməsini n 2021-ci il 14 sentyabr tarixli 2-2(113)-486/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 sentyabr tarixli e-2-2(113)486/2021 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

13. Məhkəmə öz qərardadında əvvəlki mövqeyində qalmış, eyni hüquq normalarına, habelə əlavə olaraq MM-in 269-cu maddəsinə istinad etmişdir (bax yuxarıda §§ 8-9). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

14. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....”

15. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində ba xılmalıdır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.... 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır...” “Maddə

269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

16. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassızdır, məhkəmə məsələ ilə bağlı düzgün nəticəyə gəlmişdir, bununla əlaqədar Bakı Ko mmersiya Məhkəməsinin 2021-ci il 8 sentyabr tarixli e-2-2(113)486/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin məzmunundan görünür ki, iddiaçının cavabdehlərdən tələb etdiyi borc məhz qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən qaynaqlanır. Həmin müqavilədən tərəflərinin hər ikisi hüquqi şəxsdir və obyekt sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə icarəyə verilmişdir.

18. Deməli, sözügedən müqavilə üzrə yaranmış mübahisə həm subyektiv tərkibi, həm də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir.

19. Hazırkı iş üzrə fiziki şəxs Cavabdeh 2 2019-cu il 1 mart tarixli icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında razılaşma üzrə İddiaçı MMC qarşısında z amin durmuşdur.

20. MM-in 460.1, 470.1, 472.1-ci maddələrinin (bax yuxarıda § 14) məzmunundan aydın şəkildə görünür ki, zaminlik müstəqil xarakter daşımayan müqavilədir, əsas öhdəliyin icra edilməməsindən irəli gələn, həmin öhdəlikdən asılı olan və əsas öhdəliyinin icrasını təmin edən əlavə öhdəlikdir.

21. Hazırkı halda əsas öhdəlik iki hüquqi şəxs arasında bağlanmış icarə müqaviləsindən meydana gəlmişdir. Mübahisə də məhz həmin müqavilədən yaranmış borc məbləğinin tutulması ilə əlaqədardır, ona görə də MPM-in 26-cı maddəsinə (bax yuxarıda § 15) uyğun olaraq kommersiya mübahisəsi hesab olunmalıdır.

22. Belə olan halda məhkəmə kollegiyası o nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsi hazırda mübahisələndirilən qərardadı qəbul edərkən aidiyyətlə bağlı prosessual hüquq pozuntusuna yol verməm işdir.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 sentyabr tarixli e-2-2(113)-486/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar