Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-538/2022 ALİ MƏHKƏMƏ Kommersiya, Mülki və İnzibati Kollegiyasından ibarət qarşıqı tərkib İddiaçılar İddiaçı1 və İddiaçı2-nin Cavabdehə qarşı iş üzrə Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət 14.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı İ. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1 (bundan sonra – “İddiaçı1”) və İddiaçı2 (bundan sonra – “İddiaçı2”) 2022-ci il 13 iyun tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizə si ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 260.000 manat pulun və 565 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehin mərhum həyat yoldaşı (bundan sonra – “N.A”) ilə 2017-ci il 10 may tarixdə Bakı şəhəri Xətai Rayon İcra Başçısının 2016-cı il 10 noyabr tarixli 358 saylı sərəncamına əsasən ünvan 1 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir-tikinti işlərinin tam başa çatdırılmasından gələn gəlir və qazancları müqavilədəki tərəflər üzrə düzgün bölüşdürülməsi və ona birgə nəzarəti həyata keçirmək üçün öz aralarında razılığa gələrək üçtərəfli müqavilə bağlamışlar. Binanın tikiləcəyi torpaq sahəsi İddiaçı1 istifadəsində olmuş və həmin torpa ğı İddiaçı1 360.000 manata almışdır. Razılığa əsasən torpağı İddiaçı1 təklif edir, İddiaçı2 8 mərtəbəli binanın 4 mərtəbəsinin tikilmə xərcini çəkir, son 4 mərtəbənin tikintisi isə mərhum N.A tərəfindən maliyələşdirilməli idi. N.A Qarabağ veteranı olduğundan, bütün sənədləşdirmə işini onun adına rəsmiləşdirmək barədə razılaşmışlar.
3. İddiaçı2 binanın 4-cü mərtəbəsini tikib başa çatdırandan sonra N.Abdullayevdən tikintini yekunlaşdırmaq üçün maliyyə vəsaiti istəyir, lakin N.A bəhanələr gətirərək hər dəfə vaxtı uzatmışdır. Bu səbəbdən də iddiaçılar mənzilləri almış sakinlər qarşısında problem yaşamamaq üçün N.A-nın yerinə pul vəsaiti qoyaraq binanın 8-ci mərtəbəsini tamamlamışlar. Bundan sonra da N.A heç bir vəsait xərcləməmişdir. İddiaçılar məcbur qalıb binanın daxilini və xaricini öz hesa blarına təmir etdirmiş, binaya qazın, suyun və işığın verilməsi üçün vəsait xərcləmiş, binanın qarşısında abadlıq işləri gördürmüş, sonda isə mənzillərin kanalizasiya sisteminin qoşulmasını təmin etmişlər. İddiaçılar ünvan 1 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir-tikinti işlərinin tam başa çatdırılmasına ümumilikdə 1.260.000 manat (torpağın alınmasından əlavə) pul xərcləmişlər. 1.260.000 manatdan 800.000 manatını İddiaçı1, 460.000 manatı isə İddiaçı2 xərcləmişdir.
4. Tikinti başladığı vaxtlarda N.A iddiaçılardan binanın tikintisində işləyən usta və fəhlələrin əmək müqaviləsi üzrə onların DSMF və Vergilər Nazirliyinə ödənişlərinin edilməsi üçün 40.000 manat pul almışdır. Bir müddət sonra N.A onlardan ailə üzvləri ilə birlikdə Türkiyədə istirahət üçün 18.000 manat pul almışdır. Sənədləş dirmə işləri N.A-nın adına aparılsa da, onun Qarabağ veteranı olmasına görə onlara binanın tikintisində heç bir güzəşt olmamışdır. İddiaçılar N.A-dan tikintini davam etdirmək üçün maliyyə vəsaiti istədikdə sonuncu onlara hazırda pul verə bilmədiyini demiş, gələcəkdə satılacaq mənzillərdən əldə olunmuş qazancdan onun payına düşən hissəni verməyi təklif etmişdir. Sənədlər onun adına olduğundan, məcbur qalıb razılaşmışlar. Bütün mənzillər satıldıqdan sonra əldə olunmuş qazancdan 40.000 manat və 18.000 manatdan əlavə, 198.000 manat N.A-ya pul verilmiş və əlavə olaraq 105 kv.m sahəsi olan 3 otaqlı əla təmirli mənzil N.Abdullayevə verilmişdir.
5. Bundan başqa, iddiaçılar tikdikləri binanın sağ hissəsində olan 0,13 ha torpaq sahəsini özəlləşdirmək istəmişlər. Bununla əlaqədar N.A bildirmişdir ki, MTN-də yüksək vəzifədə işləyən qohumu var, həmin torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərə bilər və iddiaçılardan bunun əvəzində 260.000 manat pul istəmişdir. İddiaçılar razılaşaraq 2020-ci il 26 yanvar tarixində N.A-ya 260.000 manat pul vermişlər. N.A 3 ay müddətində torpağı iddiaçıların adına özəlləşdirəcəyini vəd etmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsinin 2017-ci il 10 may tarixdə Bakı şəhərində bağladıqları üçtərəfli müqaviləyə heç bir aidiyyəti olmamışdır. Həmin torpaq sahəsinin özəlləşdirilməsi mümkün olsa idi, İddiaçı2 və İddiaçı1 orada yeni səkkiz mərtəbəli bina tikəcəkdilər. Lakin pulun verilməsindən 3 ay keçsə də, N.A və qohumundan heç bir xəbər çıxmamışdır. Artıq özəlləşmə işinin alınmayacağını başa düşdükdən sonra ondan 260.000 manat pulu geri tələb etmi şlər. Lakin N.A pulu geri qaytarmaqdan yayınmış, 2020-ci il 25 dekabr tarixində isə N.A-nın vəfat etdiyi məlum olmuşdur.
6. N.A-nın ölümündən 10 gün sonra evinə gedərək ailəsi ilə danışmışlar və 260.000 manatı tələb etmişlər. Cavabdeh isə bildirmişdir ki, mərhum həyat yoldaşı həmin 260.000 manatı ölümündən bir neçə gün qabaq öz otağına qoymuşdur, lakin pulun dəqiq yerini bilmirlər və pulu qaytarmaq üçün 3-5 gün vaxt istəmişdir. 5 gündən sonra cavabdeh bildirmişdir ki, mərhum əri N.A 260.000 manat pulu Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti MKTB-nin rəis müavininə vermişdir və pulun qaytarılması üçün bir neçə gün də möhlət istəmişdir. Lakin üzərindən təxminən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh 260.000 manat pulu geri qaytarmamışdır.
7. Bakı şəhəri 40 saylı Notariat Ofisinə so rğu ilə müraciət edilmiş və 2021-ci il 8 iyul tarixli cavab məktubunda qeyd edilmişdir ki, 2020-ci il 23 dekabr tarixində vəfat etmiş N.Anın vərəsəsi onun arvadı Cavabdehdır. Bu səbəbdən də, iddiaçılar N.A-nın vərəsəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
8. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyun tarixli e-2-2(121)-1418/2022 saylı qərardadı ilə iddiaçıların cavabdehə qarşı 260.000 manat pul və 565 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır (hakim – İ.Cabbarov).
9. Həmin qərardaddan iddiaçılar tərəfindən şikayət verilmiş, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 24 iyun tarixli, e-2-2(121)-1418/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, 2022-ci il 14 iyun tarixli qərarda d dəyişdirilmədən saxlanılaraq, iddiaçılar tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – İ.Cabbarov).
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların cavabdehdən tələb etdiyi pul onların cavabdehlə aralarında mövcud olan və ya mövcud olmuş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən irəli gəlmir. İddiaçıların cavabdehin mərhum əri ilə bu sferada münasibətlərinin olması onun vərəsəsi olan hazırkı cavabdehə münasibətdə nəzərə alına bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh fərdi sahibkar statusuna malik olsa da, iddiaçılarla onun arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil. Mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar – işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olmadığından, 2 və 3-cü meyar olan “mübahisənin predmeti” və “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir. 11.Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyət i ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətləri nin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....”
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətin in həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
14. İddiaçıların şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmamalı, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 24 iyun tarixli e-2-2(121)-1418/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2 və 26.1-ci maddələrinin (bax yuxarıda § 12) tələbləri baxımından mübah isəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Bu mübahisələrin aidiyyəti sözügedən hər üç meyarın mövcudluğu nəzərə alınmaqla müəyyən edilir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında (bax yuxarıda § 13) formalaşdırdığı hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəm ələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
17. Hazırkı halda əsas iddia tələbini cavabdehdən 260.000 manat pulun tutularaq iddiaçılara ödənilməsi təşkil edir.
18. İddia ərizəsinə görə, iddiaçılar həmin vəsaiti mərhum N.A-ya tikdikləri binanın sağ hissəsində olan 0,13 ha torpaq sahəsinin MTN-də yüksək vəzifədə işləyən qohumu vasitəsilə 3 ay müddətində iddiaçıların adına özəlləşdirilməsinə köməklik göstərməsi məqsədilə vermişlər və həmin torpaq sahəsinin özəlləşdirilməsinin iddiaçıların N.A ilə 2017-ci il 10 may tarixində bağladıqları üçtərəfli müqaviləyə heç bir aidiyyəti olmamışdır.
19. Qeyd edilənlərə əsasən, qarışıq məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçiril məsi ilə əlaqədar olmamışdır.
20. Belə ki, iddiaçılar özləri də cavabdehə qarşı 260.000 manat məbləğində pul tələbinin mərhum N.A ilə bina tikintisinə dair aralarındakı üçtərəfli müqaviləyə, yəni kommersiya müqaviləsinə heç bir aidiyyətinin olmadığını qeyd etmişlər. Odur ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan pul tələbi ilə bağlı yarandığından, bu mübahisə mülki xarakterlidir.
21. Qeyd edilənləri nəzərə qarışıq məhkəmə tərkibi hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyun tarixli e-2-2(121)-1418/2022 saylı qərardadı qanuni və əsaslı hesab edilməlidir.
22. Beləliklə, məhkəmə tərkibi MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 şika yəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyun tarixli e-2-2(121)-1418/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.