Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-548/2024 27.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə qarşı “hərracın etibarsız hesab edilərək yenidən keçirilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyul tarixli e-22(113)-2889/2024 nömrəli qərardadından iddiaçı tərəfində n verilən şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 5 aprel tarixində Cavabdeh2 MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, XX ünvanında yerləşən, ümumi sahəsi 4.570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılması ilə bağlı cavabdeh tərəfindən keçirilən ilkin hərracın etibarsız hesab edilməsi və hərracın yenidən təşkil olunması, iddiaçının bütün hərrac proseslərində iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı 2024-cü il 24 iyul tarixində məhkəməyə ərizə ilə müraciət edərək işin aidiyyəti üzrə ümumi məhkəməyə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə) göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, bunu onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gəlmir.
3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyul tarixli e-2-2(113)-2889/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti rədd edilmişdir (hakim – K.Hüseynov).
4. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)-343/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilmiş və İddiaçı MMC-dən 1 nömrəli müqaviləyə əsasən 3.000.000 manat əsas, 606.750,61 manat faiz borcu (2014-cü 21 noyabr il tarixindən 2020-ci il 12 mart tarixinədək) və 249,39 manat cərimə, cəmi 3.607.000 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 26,25 manat məbləğində pulun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiyməti 4.000.000 manat olan İddiaçı MMC-nin mülkiyyətində olan XX ünvanında yerləşən, ümumi sahəsi 4.570,1 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş vəsaitin hesabına İddiaçı MMC-nin borcunun ödənilməsi, satışdan artıq qalan məbləğin İddiaçı MMC-yə qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun 126,88 manatın ın İddiaçı MMC-dən, 18,12 manatının "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir.
5. Qətnamədən narazı qalan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı MMC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən apellyasiya şikayətləri verilmiş və həmin şikayətlərə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə Atrabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, digər apellyasiya şikayətləri isə təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)-343/2020 nömrəli qətnaməsi dəbbə pulu və cəmi borcun tutulması hissəsində dəyişdirilərək, dəbbə pulu 50.000 manat, cəmi borc 3.656.750,61 manat məbləğində müəyyən edilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 nömrəli qətnaməsindən İddiaçı MMC və Azərbaycan Respublikası Mərkəzi Bankı kassasiya şikayəti verərək, tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli 2-2(102)-323/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 nömrəli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)529/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və müvafiq olaraq icraya yönəlmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisə də məhz yuxarıda qeyd edilmiş qətnamənin icrası ilə bağlı keçirilmiş hərracla bağlıdır. Ona görə də hazırkı mübahisə də məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn kommersiya mübahisəsi hesab edilməlidir. Belə olan halda, hazırkı iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir.
8. Həmin qərardaddan iddiaçı şikayət ve rərək onun ləğv olunmasını və sözügedən mübahisəyə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 avqust tarixli e-2-2(113)-2889/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Hüseynov). Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
10. İddiaçının iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gəlmir və həmin məsələlər Mülki Məcəllə və "xxxx" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş MMC-nin hüquqları və vəzifələri ilə əhatə olunur. Həmçinin mübahisənin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tar ixli 2-2(103)-529/2020 nömrəli qətnaməsinin icrası ilə bağlı keçirilmiş hərracla bağlı olması heç də işin kommersiya məhkəməsində baxılması üçün əsas hesab edilə bilməz. Belə ki, qeyd edilən halın imperativliyi hər hansı qanunvericilik normasında öz əksini tapmamışdır. b) Şikayətə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “12. Bu baxımdan məhkəmə aidiyyətinin müə yyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblə r aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.”
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq mü nasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” Ali məhkəmənin mövqeyi
14. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyul tarixli e-2-2(113)-2889/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 13) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
16. İş m ateriallarından görünür ki, hazırkı mübahisə əvvəllər yaranmış digər kommersiya mübahisəsi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası üzrə keçirilmiş hərracla bağlıdır.
17. Bundan başqa, mübahisəli hərrac kommersiya hüquqi şəxsi olan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası ilə əlaqədar keçirilmiş və hərracı keçirən də kommersiya hüquqi şəxs olan cavabdehdir.
18. Ona görə də həm yuxarıda istinad olunan qanun normalarına, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində f ormalaşdırılmış hüquqi mövqelərə (bax § 12) uyğun olaraq hazırkı mübahisə hər üç meyar baxımından tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn kommersiya mübahisəsidir.
19. Belə olan halda, qarışıq məhkəmə tərkibi hesab edir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı işi aidiyyət qaydalarına riayət etməklə icraata qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün hər hansı hüquqi əsas mövcud deyil.
20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyul tarixli e-2-2(113)-2889/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.