Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-558/2022 ALİ MƏHKƏMƏ Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı ASC Bankın Cavabdehəqarşı iş üzrə Açar sözlər: məhkəmə aidiyyəti, vəsatət, şikayət 19.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə iddiaçı ASC Bankın Cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyun tarixli e-2-2(113)-2657/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq İ. İŞİN HALLARİ:
1. İcarəyə verən ASC Bankı (bundan sonra – “iddiaçı”) ilə fərdi sahibkar Cavabdehə (bundan sonra – “cavabdeh”) arası nda “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” 2021-ci il 28 aprel tarixli müqavilə (bundan sonra – “icarə müqaviləsi”) bağlanmışdır.
2. İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada icarəyə verən 1 ünvanında yerləşən ümumi sahəsi 16.100,50 kv.m təşkil edən əmlak kompleksinin 1-ci mərtəbəsindəki 70 kv.m sahəni (bundan sonra – “qeyri-yaşayış sahəsi”) icarəyə verməyi, icarəçi isə qeyri-yaşayış sahəsini qəbul etməyi və icarəyə verənə icarə haqqını ödəməyi öz öhdəsinə götürür.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən, icarəyə götürülən qeyri-yaşayış sahəsi icarəçi tərəfindən aptekin (aptek məntəqəsinin) yerləşdirilməsi məqsədi üçün istifadə olunacaq.
4. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, cavabdeh 2020-ci il 21 iyun tarixində A İdarəsində fərdi sahibkar kimi qeydiyyata alınaraq ona ********** saylı VÖEN verilmişdir.
5. İddiaçı 2022-ci il 5 may tarixində cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, icarə müqaviləsi üzrə 2022-ci il 26 aprel tarixinə mövcud olan 1.279,86 manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçiya verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh 2022-ci il 1 iyun tarixində məhkəməyə ərizə ilə müraciət edərək işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhər N ərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.
7. Ərizə belə əsaslandırılmışdır ki, mübahisə kommersiya hüquqi şəxsi olan bankla sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs olan cavabdeh arasında bağlanmış icarə müqaviləsindən irəli gəlmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyun tarixli e-2-2(113)-2657/2022 saylı qərardadı ilə cavabdehin vəsatəti rədd edilmişdir (hakim – K.Hüseynov).
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, həm iş üzrə tərəflər, həm də onlar arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur.
10. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 26.2, Azərbaycan Respublikası V ergi Məcəlləsinin (bundan sonra – “VM”) 16.1.2, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 10-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12, 13-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
11. Həmin qərardaddan cavabdeh 2022-ci il 10 iyun tarixində şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyul tarixli e-2-2(113)-2657/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə əsasında şikayətin verilməsi üçün buraxılmış prose ssual müddət üzrlü hesab olunaraq bərpa edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyul tarixli, e-2-2(113)-2657/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Hüseynov).
14. Sonuncu qərardad da 2022-ci il 1 iyun tarixli qərardadda istinad olunan hüquq normalarına istinad olunmaqla əsaslandırılmışdır. İİ. ŞİKAYƏT a) Şikayətin dəlilləri
15. İcarə müqaviləsində qeyd olunan qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilməmiş və cavabdeh həmin sahədən istifadə etməmişdir. Bundan başqa, əczaçılıq fəaliyyətinin lisenziya alınması tələb edilən fəaliyyət növü olmasına baxmayaraq, cavabdehin belə bir lisenziyası olmamışdır. Cavabdehin VÖEN-i isə vergi orqanı tərəfindən cavabdehin xəbəri olmadan açılmış, bununla bağlı cavabdeh müvafiq inzibati orqana şikayət etmişdir. a) Şikayətə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə
3. Sahibkarlığın subyektləri
1. Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər: fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; xarici hüquqi şəxslər....” “ M a d d ə 1
0. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyat ı
1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.”
18. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyni ləşdirmə nömrəsini (VÖEN) almaq;...”
19. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik... Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.” “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin pr edmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır....”
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayı ş verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibka rlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahib lik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
21. Şikayətin dəlillərini ş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyun tarixli e-2-2(113)2657/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, MPM-in 24.2 və 26.2-ci maddələrinin (bax yuxarıda § 19) tələbləri baxımından kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir.
23. Bu mübahisələrin aidiyyəti həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, yəni sözügedən hər üç meyarın mövcudluğu baxımından müəyyən edilir.
24. Birinci meyar üzrə qeyd olunmalıdır ki, iddiaçı kommersiya hüquqi şəxsi olan bank, cavabdeh isə tərəflər arasında icarə müqaviləsinin bağlandığı 2021-ci il 28 aprel tarixindən daha əvvəl 2020-ci il 21 iyun tarixdə dövlət qeydiyyatına alınmaqla VÖEN əldə etmiş fərdi sahibkardır. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə də cavabdeh tərəf olaraq fərdi sahibkar kimi çıxış etmiş, cavabdeh isə sonradan bu əsasla müqaviləni mübahisələndirməmişdir.
25. Cavabdehin vergi orqanı tərəfindən ondan xəbərsiz q eydiyyata alınmasına və bununla bağlı müvafiq orqana şikayət verməsinə dair dəlilinə münasibətdə qeyd olunur ki, vergi qanunvericiliyinin (bax yuxarıda § 18) tələblərinə görə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini almaq vergi orqanının deyil, vergi ödəyicisinin vəzifələri sırasında qeyd olunmuşdur.
26. Həmçinin cavabdeh vergi orqanına istinad etdiyi formada müraciətinin olmasına və müraciətinin nəticələrinə dair birinci instansiya məhkəməsinə hər hansı sübutlarını təqdim etməmişdir.
27. Tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, qarışıq məhkəmə tərkibinin qənaətinə görə, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğ u kimi həmin müqavilədə cavabdeh tərəf olaraq fərdi sahibkar kimi çıxış etmiş, həmçinin onun tərəfindən icarəyə götürülmüş obyektin aptekin yerləşdirilməsi məqsədi ilə istifadə olunacağı öz əksini tapmışdır.
28. Cavabdehin şikayətinin onun əczaçılıq fəaliyyəti lisenziyasının mövcud olmamasına dair dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Ali Məhkəmənin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” qərarın 27-ci bəndində formalaşdırdığı hüquqi mövqelərə (bax yuxarıda § 20) görə, məhz fərdi sahibkar statusu əldə etmədən həyata keçirilən fəaliyyətlə bağlı yaranan mübahisələrə ümumi məhkəmələrdə baxılmalı nəzərdə tutulmuşdur. Hazırkı halda isə, işdən göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri yaranan tarixdə artıq cavabdehin fərdi sahibkar statusu mövcud olmuşdur.
29. Beləliklə, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri nəzərə alınmaqla məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilən şikayət təmin olunmamalı, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyun tarixli e-2-2(113)-2657/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Beləliklə, qarışıq məhkəmə tərkibi MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2022- ci il 1 iyun tarixli e-2-2(113)-2657/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.