Məhkəmə qərarları › İş №e-2-2(102)-606/2024

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-606/2024

27.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-606/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı son haqq-hesab və qanuni təmsilçi vəzifəsindən azad edilmə tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Nəsimi Rayon Məhkəməsindəki icraat

1. Qanuni nümayəndə (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonr a – “cavabdeh”) qarşı son haqq-hesab və qanuni təmsilçi vəzifəsindən azad edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə son haqq-hesabın aparılması və cavabdehin qanuni təmsilçi vəzifəsindən azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 30 iyul tarixli, e-2(006)-1990/2024 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – N.Abbasov).

3. Məhkəmə vurğulamışdır ki, iddiaçı həmçinin qanuni təmsilçi vəzifəsindən azad edilməsini xahiş etdiyindən, hazırki işə ümumi məhkəmədə baxılmalı deyildir.

4. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aid iyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarına (bundan sonra – “Plenum Qərarı”), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 32.4-ce maddələrinə istinadla əsaslandırmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat

5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 sentyabr tarixli, e-2-2(113)-6700/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Axundova).

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi vəzifəsinə təyin edilmiş, rəsmi qaydada hüquqi şəxsin təsisçilərinə müraciət edərək, tutduğu vəzifədən azad edilməsini xahiş etsə də, onun müraciətinə işəgötürən tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə və qaydada heç bir münasibət bildirilməmişdir.

7. Məhkəmə həmçinin onu da vurğulamışdır ki, hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan həmin mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 18, 19-cu bəndlərinə, MPM-in 24.2, 26.1, 26.2, 31.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq 9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020- ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irə li gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.” “19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.”

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir...” “Maddə

26. Mübahisələrin kommersiya m əhkəmələrinə aidiyyəti[49] 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

11. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

12. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

13. MPM-in 24.2, və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

14. Bakı Kommersiya Məhkəməsi qeyd etmişdir k i, iddiaçı cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi vəzifəsinə təyin edilmiş, rəsmi qaydada hüquqi şəxsin təsisçilərinə müraciət edərək, tutduğu vəzifədən azad edilməsini xahiş etsə də, onun müraciətinə işəgötürən tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə və qaydada heç bir münasibət bildirilməmişdir.

15. Qarışıq məhkəmə tərkibi Bakı Kommersiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini müəyyən etməklə yanaşı, tərəflərin subyektiv tərkibini araşdırmaq da, diqqətdən kənarda qalmamalıdır.

16. Plenum Qərarının 19-cu bəndində göstərilmişdir ki, eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrin in müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.

17. Bundan başqa məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisə subyektiv tərkib baxımından kommersiya mübahisələrinin şərtlərinə uyğun gəlmir.

18. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı ol duqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

19. Belə ki, hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan həmin mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində tələbin maddi hüquqi əsası kimi bilavasitə Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarına istinad edilmişdir.

21. Digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 2024-cü il 24 iyul tarixli, **********842400 nömrəli məktubunda göstərilmişdir ki, cavabdeh 2022-ci il 17 iyun tarixindən 2023-cü il 12 oktyabr tarixinədək ləğv prosesində olmuş, iddiaçı isə cavabdehin 2022-ci il 31 may tarixli qərarına əsasən sonuncunun ləğv edicisi təyin edilmiş, 2022-ci il 17 iyun tarixində qanuni təmsilçi kimi reyestrə daxil edilmişdir.

22. Məhkəmə qeyd edir ki, hazırkı hüquq münasibətinin məzmunu əmək münasibətlərindən irəli gəlir və iddiaçının tələbi baxımından məhkəmə qaydasında cavabdeh tərəfindən məhz həmin münasibətlərin xitamı ilə bağlı müvafiq hüquqi hərəkətlərin yerinə yetirilməsinin təyin olunmasına yönəlmişdir.

23. Belə olan təqdirdə, əmək münasibətlərinin hüquqi təbiəti Plenum Qərarının 19-cu bəndində ifadə edilmiş hüquqi yanaşmanın təsiri dairəsindən kənarda qalır. Yəni, hazırkı iş üzrə mübahisənin mahiyyəti kommersiya hüquqi şəxsi ilə bağlı korporativ tələblər dairəsinə düşmür.

24. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnz ibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

25. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı son haqq-hesab və qanuni təmsilçi vəzifəsindən azad edilmə tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar