Məhkəmə qərarları › İş №e-2-2(102)-635/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-635/2023

16.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-635/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçılar İddiaçı3 və X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə, İddiaçılar İddiaçı3 və X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 sentyabr tarixli e-2-2(113)-3857/2023 saylı qərar dadından iddiaçılar tərəfindən verilmiş şikayətə baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Bakı Kommersiya Məhkəməsində birinci icraat

1. İddiaçı3 və X2 (birlikdə işlədikdə - “iddiaçılar”, ayrı ayrılıqda “İddiaçı3” və “D.Əliyeva”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 6 iyul tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 285.000 manat və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı D.Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 28 ünvanında yerləşən 40 kv.m qeyri – yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 40 ünvanında yerləşən 17.5 kv.m qeyri – yaşa yış sahəsi 2023-cü il 4 aprel tarixdə alğı – satqı yolu ilə 280.000 manat məbləğində özgəninkiləşdirilmişdir. Cavabdehin atası X4 ilə İddiaçı3a Ağcabədi rayonu ərazisində kəndli fermer təsərrüfatı qurmaq niyyəti olmuşdur. 2023-cü il 4 aprel tarixdə əldə olunmuş 285.000 manat məbləğində pul X3 verilmişdir. 2023-cü il 6 aprel tarixdə X4 qətlə yetirilmiş, onun üzərində olan 300.000 manat məbləğində pul götürülmüşdür. İddiaçı3 Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmiş, pulun mənbəyi ilə bağlı şahid və videogörüntü ilə bağlı məlumat vermişdir. Cavabdeh ilkin olaraq qeyd olunan məbləğin, yəni 285.000 manat pulun iddiaçılara məxsus olduğunu qəbul etmiş olsa da, sonradan fikrindən daşınmış və pulun atası X3 məxsus olmasını bildirmiş və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanına raq prokurorluqda maddi sübut kimi tanınaraq pul tələb etmişdir.

3. Daha sonra cavabdehin nümayəndəsi 2023-cü il 20 sentyabr tarixdə ərizə ilə müraciət edərək, hazırkı işin cavabdehin qeydiyyatda olduğu Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdehin heç bir əlaqəsi olmamışdır. İddiaçılar cavabdehin atasına verdiyini iddia etmiş olduğu pul vəsaitini hər hansısa bir mötəbər əsas olmadan cavabdehdən tələb edə bilməz. Hazırkı işin kommersiya məhkəməsində baxılması əsassızdır. Belə ki, iddiaçıların cavabdehə pul vəsaiti vermədiyi kimi hazırkı tələb üzrə tərəflər arasında işgüzar və ya sahibkarlıq münasibəti olmamışdır. Belə olduğu halda işin kommersiya məhkəməsində baxılmasına dəlalət edən hal mövcud olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 sentyabr tarixli, e-2-2(113)3857/2023 saylı qərardadı ilə işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir (hakim – Z.Pirverdiyev).

6. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Hazırki mübahisənin əsasını, iddiaçı tərəfindən biznes şərikliyi ilə əlaqədar cavabdehin atasına verilmiş pul vəsaitinin cavabdehdən tələb olunması təşkil etmişdir. Göründüyü kimi mübahisə iddiaçılar ilə cavabdehin sahibkarlıq fəaliyyətlərindən yaranmamışdır. Sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mübahisələrə kommersiya məhkəməsində b axıla bilməz.

7. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (bundan sonra – “VM”) 33.3-cü maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 11, 12, 27-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 26.1, 35.1-ci maddələrinə istinad edilmişdir.

8. İddiaçılar həmin qərardaddan 2023-cü il 28 sentyabr tarixdə şikayət verərək, qərardadın ləğv olunmasını və cavabdeh tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə qərardad qəbu l olunmasını xahiş etmişdir.

9. Şikayətdə göstərilmişdir ki, MPM-in 24.2, 26.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, hazırkı iş üzrə tərəflər sahibkarlıq subyektidirlər və sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Cavabdeh tərəfindən əsassız olaraq əldə olunmuş pul məbləği də sahibkarlıq məqsədi ilə verilmiş pul olmuşdur. Belı olduğu halda mübahisənin predmeti də sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 oktyabr tarixli, e-2-2(113)-3857/2023 saylı qərardadı ilə iddiaçıların şikayəti təmin edilməmiş, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Pirverdiyev). İ.TƏTBİQ EDİLƏN HÜQUQ. 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyə n edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11..... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmay araq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri bax ır. “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin bir inci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar.... 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər....” İİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

13. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi üzrə iş materialları əsasında hüquqi q iymətləndirmə apararaq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iddia ərizəsinin dəlillərinə əsasən, iddiaçılar biznes şərikliyi ilə əlaqədar olaraq cavabdehin atasına 285.000 manat məbləğində pul vəsaiti vermiş, cavabdehin atasının ölümü ilə əlaqədar iddiaçılar hazırda həmin məbləği cavabdehdən tələb etmişlər.

15. Bununla bağlı qarışıq məhkəmə tərkibi qeyd edir ki, iddiaçılar fərdi sahibkarlar olsalar da, hazırkı mübahisə onların birgə sahibkarlıq fəaliyyətindən irəli gəlməmiş, buna dair onların arasında hər hansı yazılı və yaxud şifahi müqavilə olmadığından hazırkı işin kommersiya məhkəməsində baxılması istisna edilir.

16. MPM-in 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

17. Beləliklə, iş materiallarına əsasən, iş üzrə tərəflər fərdi sahibkarlar olsalar da, onların arasındakı hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla “pul tələbi”nə dair hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, məhz ümumi məhkəmədə baxılmalıdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin s ubyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

19. Qarışıq məhkəmə tərkibi bu zaman həmçinin, məhz mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması halının, işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olduğunu nəzərə alır.

20. Beləliklə, Ali Məhkəmənin qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisə üzrə hüquq münasibətlərinin xarakteri işin kommersiya mübahisəsi kimi baxılmasını istisna etdiyinə görə iddiaçılarının şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 sentyabr tarixli, e-2-2(113)-3857/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Qarışı q məhkəmə tərkibi şərh olunanları və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 403-1.9-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: İddiaçıların şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 sentyabr tarixli, e-2-2(113)-3857/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar