Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-643/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabd eh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Şabran Rayon Məhkəməsindəki icraat
1. İddiaçı X1-bank Kredit Təşkilatı (bundan sonra – “iddiaçı”) 2023-cü il 24 iyul tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”) qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 11.636,64 manat, faiz borcuna görə 2.065,04 manat və cərimə borcuna görə 309,91 manat olmaqla, cəmi 14.011,59 manat məbləğində borcun və 132,04 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia tələbi - borcverən iddiaçı ilə borcalan Cavabdeh5 (bundan sonra – “Cavabdeh5”) arasında bağlanmış 2022-ci il 29 iyul tarixli **********1011 nömrəli Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əsaslandırılmışdır.
2. Şabran Rayon Məhkəməsinin 2023-cü il 12 sentyabr tarixli e-2(031)710/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – İ.Cabbarov).
3. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan, eləcə də elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründü yü kimi, iş ümumi məhkəməyə aid deyildir. Çünki Cavabdeh5 (VÖEN **********, 2020-ci il 4 sentyabr tarixdə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmişdir) hüquqi şəxs yaratmadan sahibkarlıq (kommersiya) – yuyulmuş xam qoyun və keçi yunu və tükünün istehsalı fəaliyyəti ilə məşğuldur.
4. Hazırki mübahisə onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar, yəni ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş kredit müqaviləsi üzrə yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır.
5. İddiaçının cavabdehdən tələb etdiyi pul onun cavabdehlə aralarında mövcud olan və ya mövcud olmuş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən irəli gəlir. Cavabdehin fərdi sahibkar statusuna malik olması iddiaç ı ilə onun arasında mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına dəlalət edir.
6. Gəldiyi nəticəni Şabran Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 25.1, 26.1, 30-cu maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 4, 9, 11, 12, 14-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 12 oktyabr tarixli e-2-2(119)1342/2023 say lı qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Sadiqov).
8. Sumqayıt Kommersiya Məhkəməsi qeyd etmişdir ki, iddia tələbi borcverən iddiaçı tərəfindən borcalan Cavabdeh5 “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 14.000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar bağlanmış 2022-ci il 29 iyul tarixli **********1011 nömrəli Kredit müqaviləsi ilə əsaslandırılmışdır.
9. İş materiallarında olan həmin Kredit Müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, borcverən iddiaçı tərəfindən borcalan Cavabdeh5 mübahisə predmeti olan borc məbləği (krediti) “ailə-kəndli təsərrüfatının yaradılması v ə (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir.
10. Ailə kəndli təsərrüfatı – ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fə aliyyəti sahibkarlıq sayılmır ("Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1, 1.2 və 1.3-cü maddələri).
11. Həmçinin məlum kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməməsi - borcalan Cavabdeh5 2022-ci il 20 iyul tarixli “Kredit ərizə forması” ilə də təsdiq olunur. Çünki həmin Ərizədə “Kreditin məqsədi” sətrində kreditin təyinatı ilə bağlı bir neçə “bölmə” (qrafa) mövcud olmasına baxmayaraq, həmin bölmələrdən yalnız “Maldarlıq” və “Digər fəaliyyətlər” bölmələri xüsusi olaraq işarələnməklə, qeyd olunmuşdur. Lakin həmin Ərizənin “Biznes sahəsinin əldə edilməsi”, "Biznes sahəsinin təmiri" və s. ifadələrinin qarşısında olan qrafalar isə işarələnməmişdir.
12. Bundan əlavə, məlum müqavilədə kreditin təyinatı (məqsədi) kimi qeyd olunan xüsusatlardan biri olan “hə yat səviyyəsinin yaxşılaşdırılması” ifadəsinin isə heç bir halda sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsi mümkün deyildir.
13. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, məlum kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlərin heç birində, o cümlədən də 2022-ci il 29 iyul tarixli **********1011 nömrəli Kredit Müqaviləsində borcalan Cavabdeh5 VÖEN-i qeyd olunmamışdır.
14. Göründüyü kimi, işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi Şabran Rayon Məhkəməsinin 2023-cü 12 sentyabr tarixli qərardadında cavabdehin “sahibkarlıq fəaliyyəti ilə məşğul olması” və “vergi ödəyicisi olması” ilə əsaslandırılmış olsa da, hazırkı iddia tələbinin predmeti - cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə deyil, krediti alan şəxsə “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə əlaqədar verilmiş kreditin qaytarılmaması ilə əlaqədar yaranmış mübahisədir. Çünki iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasına baxmayaraq, hazırkı iddia ərizəsi üzrə mübahisə - Cavabdeh5 (borcalanın) “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə almış olduğu kreditlə əlaqədar yaranmışdır.
15. Gəldiyi nəticəni Sumqayıt Kommersiya Məhkəməsi "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3-cü maddələrinə, MPM-in 1ci maddəsinin “Qeyd” hissəsinə, 24.2, 25.1, 26.1-ci maddələrinə, Plenum Qərarının 11-ci bənd inə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ 16. "Ailə kəndli təsərrüfati haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Ailə kəndli təsərrüfatı anlayışı 1.1. Ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. 1.2. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. 1.3. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır....”
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olu nan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Be lə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditinsahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvaf iq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
19. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir.
20. İş materiallarından məlum olur ki, 2022-ci il 29 iyul t arixli **********1011 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, borcverən iddiaçı tərəfindən borcalan Cavabdeh5 mübahisə predmeti olan borc məbləği (krediti) “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir.
21. Əvvəla, "Ailə kəndli təsərrüfati haqqında" Azərbaycan Respublikası Qanununun 1.1, 1.2 və 1.3-cü maddələrinin (bax yuxarıda § 16) məzmunundan aydın olur ki, ailə kəndli təsərrüfatının fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.
22. İkincisi, qarışıq məhkəmə tərkibi Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisəli müqavilədə kreditin təyinatı (məqsədi) kimi qeyd olunan “həyat səviyyəsinin yaxşılaşdırılması” ifadəsinin sahibkarlıq fəaliyy əti ilə əlaqələndirilməsi heç bir halda mümkün deyildir.
23. Üçüncüsü, iş materiallarından görünür ki, nə mübahisəli kredit müqaviləsində, nə də məlum kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlərin hər hansı birində borcalan Cavabdeh5 VÖEN-i qeyd olunmuşdur.
24. Dördüncüsü, məlum kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməməsi borcalan Cavabdeh5 2022-ci il 20 iyul tarixli “Kredit ərizə forması” ilə də təsdiq olunur. Çünki həmin Ərizədə “Kreditin məqsədi” sətrində kreditin təyinatı ilə bağlı bir neçə “bölmə” (qrafa) mövcud olmasına baxmayaraq, həmin bölmələrdən yalnız “Maldarlıq” və “Digər fəaliyyətlər” bölmələri xüsusi olaraq işarələnməklə, qeyd olunmuşdur. Lakin həmin Ərizənin “Biznes sahəsinin əldə edilməsi”, "Biznes sahəsinin təmiri" və s. ifadələrinin qarşısında ola n qrafalar isə işarələnməmişdir.
25. Bütün yuxarıda qeyd edilənlər cavabdehin mübahisəli krediti özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aldığını güman etməyə imkan vermir. Odur ki, borcalan Cavabdeh5 fərdi sahibkar statusuna malik olması (vergi uçotuna alınması) hazırkı işin məhkəmə aidiyyətinin müəyyən olunması baxımından heç bir əhəmiyyət kəsb etmir.
26. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 18) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
27. Bununla yanaşı, Plenumunun Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 17) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmi ş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
28. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.
29. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iş baxılması üçün Şabran Rayon Məhkəməsinə qaytarılsın.