Məhkəmə qərarları › İş №e-2-2(102)-653/2024

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-653/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-653/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X2 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X1rşı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin özünü idarəetmə hüququnun tanınması və dəymiş zərərin ödənilməsi və.s tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli e-2-2(113)-6984/2024 saylı qərardadından iddiaçı tərəfind ən verilmiş şikayət ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X2 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-də “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti 94”ün özünü idarəetmə hüququn tanınması, 94 binasında 14A mənzili çöl divarın arxitektur mədəniyyətə uyğun taxta divarla əvəzlənməsi cavabdeh tərəfindən təmin olunması, plastik pəncələrin əsl sahibinə qaytarılması, 9A mənzildə 10 metr uzunluğunda kərpic divarın sökülməsi və taxta divarla əvəzlənməsinə görə cavabdeh və 3-cü şəxs Yəhyayev Rəşad arasında məsuliyyət payı bölünməklə iddiaçıya cəmi 15.000 man at maddi zərərin ödənilməsi, cavabdeh tərəfindən yanlış qəbul olunmuş aktların nəticəsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli e-2-2(113)-6984/2024 nömrəli qərardadı ilə iddiaçının ərizəsi geri qaytarılmışdır (hakim – N.Əhmədova)

3. Məhkəmə qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş vergi məlumatlarına əsasən, iddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malikdir.

4. Bundan başqa məhkəmə bildirmişdir ki, hazırkı mübahisə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə hüququnun tanınması, 14A nömrəli mənzilin çöl divarının taxta divarla əvəzlənməsi, digər mənzildə kərpic divarın sökülməsi ilə dəymiş zərərin əvəzinin ödənilməsi və s. ilə bağlıdır.

5. Göründüyü kimi, qeyd edilən tələb nə iddiaçının, nə cavabdehin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Həmçinin mübahisənin xarakteri də onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna edir.

6. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum qərarı”) 11, 12, 21, 22-ci bəndlərinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bu ndan sonra – “MPM”) 24.2, 24.3, 25.1, 26.1, 31.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. İddiaçı qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VOEN-ə) malikdir, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh isə hüquqi şəxsdir. Belə olan halda mübahisə kommersiya məhkəməsində baxılmalı olmasına baxmayaraq, məhkəmə istinad etdiyi mülki prosessual qanunvericiliyin maddələrinin məzmununu və mahiyyətini düzgün təfsir etməmiş, qanunsuz və əsassız olaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 sentyabr tarixli, e-2-2(113)-6984/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – N.Əhmədova). Tətbiq edilən hüquq 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaq ədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olm ası işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı t ərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəy yən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir.

22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir....” 11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı...

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir...” “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin m əhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti[49] 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

13. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli e-2-2(113)-6984/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

15. MPM-in 25.2 və 26.2-ci maddələrinin və Plenum Qərarının 12-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tər əflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

16. Qarışıq məhkəmə tərkibi hazırkı iş üzrə belə qənaətə gəlir ki, məhkəmə aidiyyəti ilə bağlı iddiaçının şikayətdə göstərdiyi dəlillər Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli e-2-2(113)-6984/2024 saylı qərardadının ləğv edilməsi üçün məqbul sayıla bilməz.

17. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tələb iddiaçı və cavabdehin nə ayrı-ayrılıqda nə də birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Həmçinin mübahisənin xarakteri də onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna edir.

18. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

19. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkar lıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

20. Plenum Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçiri lməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

21. Məhkəmə tərkibi onu da nəzərə alır ki, Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olmaqla əsas məqsədi mənfəət götürmək və əldə olunan m ənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.

22. Digər tərəfdən mübahisə predmeti də kommersiya fəaliyyətinin həyata keçirilməsi məqsədinə xidmət edən obyektə deyil, yaşayış mənzilinə aidiyyəti olan tələblərdən ibarətdir. Belə vəziyyətdə isə (hətta tərəflərin VÖEN-ə malik olmaları halında da) mübahisənin kommersiya mübahisəsi kimi dəyərləndirilməsi məqbul sayıla bilməz.

23. Qarışıq məhkəmə tərkibi vurğulayır ki, yuxarıda göstərilənlərə münasibətdə əks yanaşma isə MPM-də məhkəmə aidiyyəti ilə əlaqədar nəzərdə tutulmuş imperativ nizamlama qaydalarını inkar etməklə mübahisə tərəflərinin statusunda fərqliliyə əhəmiyyət vermədən bu kateqoriyadan olan mübahisələrə yalnız kommersiya məhkəməsində baxılmasına gətirib çıxarardı.

24. Ona görə də iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmama lı, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli e-2-2(113)-6984/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara və MPM-in 14, 24, 25, 26, 31 və 403-1.8.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli e-2-2(113)-6984/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar