Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-658/2025 18.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının Cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə 2025-ci il 29 avqust tarixli e-2-2(115)-1539/2025 nömrəli qərardadına əsasən, Bərdə Rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyə tinin müəyyən edilməsinə dair məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Bərdə Rayon Məhkəməsindəki icraat
1. İddiaçı 2025-ci il 18 mart tarixində məhkəməyə kiçik mübahisələrə dair iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdehdən əsas borc üzrə 1.043 manat, faiz borcuna görə 106 manat, cərimə borcuna görə 222,01 manat, cəmi 1.371,01 manat məbləğində borcun və 33.72 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bərdə Rayon Məhkəməsinin 2025-ci il 6 may tarixli e-2(021)-1826/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdi r (hakim – B.Məhərrəmov).
3. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinə əlavə olunmuş 2024-cü il 4 mart tarixli **********3148 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, tərəflər arasında kredit müqaviləsi ailə kəndli fermer təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə bağlanmışdır. Həmçinin, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata görə cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi orqanında vergi uçotuna alındığı və fəaliyyətinin “aktiv” olduğu müəyyən edilmişdir. Məhkəmənin mövqeyinə görə hazırkı iddia mübahisə kommersiya mübahisəsi olduğundan mülki işin aidiyyəti Gəncə Kommersiya Məhkəməsinə aiddir.
4. Məhkəmə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü, “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci, 1.5-ci, “X2nın illik dövriyyəsinin yuxarı həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 11 nömrəli Qərarının 1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “X2nın uçotunun aparılması Qaydaları”nın 7-ci hissəsinə istinad etmişdir. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
5. İddiaçı Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək aidiyyət məsələsinin dəqiqləşdirilməsi üçün işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Ərizə belə əsaslandırılmışdır ki, tərəflər arasında b ağlanmış 2025-ci il 4 mart tarixli **********03148 nömrəli kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26% dərəcəsi olmaqla 12 ay müddətinə 1.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 8-ci bəndində qeyd edilən kredit məlumatlarına əsasən biznes krediti olmaması səbəbindən müştərinin VÖEN-i qeyd edilməmiş və məhsul müqavilənin eyni bəndində X3 (asan kənd təsərrüfatı) AZN Monthly-Unsecure kimi qeyd olunmuşdur. İddiaçının nizamnaməsinin 1.7ci bəndinə əsasən Təşkilatın əsas məqsədi Azərbaycan Respublikasında humanitar proqramlar çərçivəsində kredit verməkdir. Kredit müqaviləsinin 1-ci və 8-ci bəndinə, “X2 haqqında” Qanunun 1.3-cü bəndinə, həmçinin Azərbaycan Respubli kası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarına əsasən kreditin təyinatı heç də sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir.
7. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 29 avqust tarixli e-2-2(115)-1539/2025 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – G.Quliyeva).
8. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab etmişdir ki, mübahisəyə Gəncə Kommersiya Məhkəməsində deyil, Bərdə Rayon Məhkəməsində baxılmalıdır.
9. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 2024-cü il 4 mart tarixli **********3148 nömrəli kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana sonuncunun ailə kəndli fermer təsərrüfatının yaradılması və (və ya) həyat səviyyəsinin yaxşılaşdırılması üçün 12 ay müddətinə illik 26% faiz olmaqla 1.500 manat məbləğində pul vəsaitinin kredit verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi kredit borcalana sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməmişdir. Belə ki, “X2 haqqında” Qanunun müddəalarına əsasən X2nın fəaliyyəti sahibkarlıq sayılmır. Həmçinin iddiaçı da kredit məbləğinin cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirməsi üçün verilmədiyini qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxıla bilməz. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icra atı qaydasında kommersiya məhkəmələri baxır....”
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahib karlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın b ankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....” 12. "X2 haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. X2 anlayışı 1.1. X2-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. 1.2. X2nın tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. 1.3. X2 kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır....” Ali Məhkəmənin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir.
14. İş materiallarından məlum olur ki, tərəflər arasında bağlanmış 2024-cü il 4 mart tarixli **********3148 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, “kredit verən kredit alana sonuncunun ailə kəndli fermer təsərrüfatı nın yaradılması və (və ya) həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir.
15. Əvvəla, "X2 haqqında" Azərbaycan Respublikası Qanununun 1.1, 1.2 və 1.3-cü maddələrinin (bax §12) məzmunundan aydın olur ki, X2nın fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.
16. İkincisi, qarışıq məhkəmə tərkibi hesab edir ki, mübahisəli müqavilədə kreditin təyinatı (məqsədi) kimi qeyd olunan “həyat səviyyəsinin yaxşılaşdırılması” ifadəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsi heç bir halda mümkün deyildir.
17. Həmçinin iş materiallarında olan iddiaçı təşkilatın nizamnaməsinin 1.7-ci bəndinə əsasən (i/v 13) təşkilatın əsas məqsədi Azərbaycan Respublikasında humanitar proqramlar çərçivəsində fiziki şəxslərə, kiçik müəssisələrə və xüsusi mülkiyyətçi kimi lisenziya almış qaçqın və məcb uri köçkünlərə kredit verməkdir.
18. Beləliklə, aydın olur ki, kredit verən iddiaçı hazırda, cavabdehdən qanunvericiliklə sahibkarlıq fəaliyyəti hesab edilməyən, X2nın ehtiyacları üçün humanitar xarakterli və xırda məbləğdə verilmiş borcun qaytarılmasını tələb edir.
19. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 10) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
20. Bununla belə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqla rına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərindən (bax §11) aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
21. Bu baxımdan, hazırkı halda borcalan cavabdehin fərdi sahibkar olması mübahisənin kommersiya mübahisəsi hesab edilməsi üçün əhəmiyyət daşımır.
22. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.
23. Qarışıq məhkə mə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının Cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin.