Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-693/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Tofiq oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Cəbrayil oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Tofiq oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Cəbrayil oğ luna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı əmlak tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Səbail Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Tofiq oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Cəbrayil oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı "əmlak" tələbinə dair iddia ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyət hüquqlarına maneələrin aradan qaldırılması və onun mülkiyyətində olan 10GA321 dövlət qeydiyyat nişanlı “X2” markalı, 99MC640 dövlət qeydiyyat nişanlı “Lifan Lf7160l1 Minik” markalı, 99NF576 dövlət qeydiyyat nişanlı “Dfm Eq 1020tf Yük” mark alı, 99UU715 dövlət qeydiyyat nişanlı “X4” markalı, 99RX969 dövlət qeydiyyat nişanlı “CHANGAN SC1022BB13D FA YÜK” markalı, 99ND780 dövlət qeydiyyat nişanlı “X1 Minik” markalı, 10TP908 dövlət qeydiyyat nişanlı “BMW 540 MİNİK” markalı, 99LF059 dövlət qeydiyyat nişanlı “X3” markalı, 99MB879 dövlət qeydiyyat nişanlı “X2” markalı nəqliyyat vasitələrinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini və cavabdehlər Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh4 Tofiq oğlunun (bundan sonra – “Cavabdeh4”) əməllərində cinayət tərkibi aşkara çıxarıldığı halda, bu barədə xüsusi qərardad qəbul edilməklə prokurora xəbər verilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 29 avqust tarixli, e-2(009)1604/2024 nömrəli qərardadına əsasən mülki iş məhkəmə aidiyyəti üzrə Ba kı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Qafarova).
3. Məhkəmə qeyd etmişdir ki, “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 VÖEN:**********, Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) VÖEN:**********, Cavabdeh4 VÖEN:**********, Cavabdeh7 (bundan sonra – “Cavabdeh7”) VÖEN:**********, Cavabdeh9 (bundan sonra – “Cavabdeh9”) VÖEN:**********, Cavabdeh13 (bundan sonra – “Cavabdeh13”) VÖEN:**********, Cavabdeh14 (bundan sonra – “Cavabdeh14”) VÖEN:********** mövcuddur.
4. Həmçinin məhkəmə bildirmişdir ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 vasitəsilə avtomobilləri sataraq qazanc əldə etmək məqsədi olmuşdur. Belə olan halda, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
5. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarına (bundan sonra – “Plenum Qərarı”), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 32.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli, e-2-2(113)-7209/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – K.Hüseynov).
7. Məhkəmə iclasında idd iaçı izahat verərək bildirmişdir ki, hazırkı tələbə kommersiya məhkəməsində baxılmamalıdır. Səbail Rayon Məhkəməsinin icraatında işə baxılarkən məhkəməyə bildirmişdir ki, hazırkı tələb sırf daşınar əmlakın geri qaytarılması ilə bağlı olmuşdur. Həmin işin aidiyyəti üzrə göndərilməsinin səbəbi sırf cavabdehlərin VÖENlərinin olması ilə bağlıdır. İddiaçı onun mülkiyyətində olan avtomobilləri etibarnamə əsasında cavabdehlərə vermiş, cavabdehlər də həmin avtomobilləri faktiki olaraq qəbul edərək pulun ödəniləcəyini söz vermişlər. Tərəflər arasında icarə münasibətləri olmamış, heç bir kommersiya fəaliyyəti yaranmamışdır. Sonda işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir.
8. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı ilə aralarında heç bir biznes əlaqəsi olmamış, iddiaçıdan nə avtomobil almış, nə də ki, avtomobil satmışdır. İddiaçı ona heç etibarnamə də verməmişdir. VÖEN-i olsa da, başqa sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
9. Məhkəmə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadında qeyd etdiyi mövqeylə razılaşmayaraq belə hesab etmişdir ki, iddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh9, Cavabdeh13 və Cavabdeh14 VÖEN-i olması, mübahisə predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması kimi qiymətləndirilməsi düzgün deyildir. Tərəflər arasında olan mübahisə hüquq münasibətlərinin xarakteri baxımından da sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır.
10. Çünki iddiaçının məhkəmədə verdiyi iz ahatla da təsdiq edilmişdir ki, iddiaçı mülkiyyətində olan avtomobilləri cavabdehlərə etibarnamə əsasında verməkdə məqsədi sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə bağlı olmamışdır. Belə ki, iddiaçının hazırkı tələbi onun əşya hüquq münasibətlərindən irəli gələn mülkiyyətin müdafiəsi ilə bağlıdır. Hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi mübahisə yaratmasa da, mübahisə predmeti və hüquq münasibətlərinin xarakteri iddiaçının sahibklarlıq fəaliyyətindən irəli gəlmədiyi üçün kommersiya mübahisəsi deyildir.
11. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 10, 11, 12, 13, 14, 22-ci bəndlərinə, MPM-in 24.2, 25.1, 31.1, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağ lı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkə mə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliy yətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyy ətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəali yyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....
22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mül ki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir....”
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” Ali məhkəmənin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti məsələsinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansi ya məhkəməsinə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir.
15. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
16. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
17. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
18. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
19. Beləliklə, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
20. Hazırkı halda iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 VÖEN:**********, Cavabdeh3 VÖEN:**********, Cavabdeh4 Tofiq oğlunun VÖEN:**********, Cavabdeh7 VÖEN:**********, Cavabdeh9 VÖEN:********* *, Cavabdeh13 VÖEN:**********, Cavabdeh14 da VÖEN:********** mövcuddur. İddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Tofiq oğlu vasitəsilə avtomobilləri sataraq qazanc əldə etmək məqsədi olmuşdur.
21. Bundan başqa o da qeyd edilir ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Tofiq oğlu vasitəsilə avtomobilləri sataraq qazanc əldə etmək məqsədi olmuşdur.
22. MPM-in 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
23. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyekt iv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Göründüyü kimi məhkəmə obyektiv və düzgün nəticəyə gəlmək üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri baxımından tam və hərtərəfli araşdırmanın aparılmasına şərait yaratmalı idi. Belə ki, MPM-in istinad olunan normalarından irəli gələn qaydaların aidiyyət mübahisələri zamanı da nəzərə alınaraq tətbiqi istisna edilməmişdir.
26. Hazırkı halda isə, iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları dəqiqləşdirilməmiş, mübahisə predmeti və hüquq münasibətlərinin xarakteri iddiaçının sahibklarlıq fəaliyyətindən irəli gəlib gəlmədiyini araşdırmamışdır. Halbuki, yuxarıda sadalanan hallar dəqiq müəyyənləşdirilmədən hazırki işə kommersiya məhkəməsində baxıla bilməzdi.
27. Belə ki, Plenum Qərarının 11-ci bəndinə görə, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
28. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərk ən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
29. Göründüyü kimi, “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. İş materiallarına əsasən isə İddiaçı qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması və eyni zamanda, mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması birmənalı müəyyən olunmur.
30. MPM-in 403-1.9.2-ci maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.
31. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda göstərilən xüsusatların aydınlaşdırılması üçün MPM-nin 403-1.9.2-ci maddəsinin tələbi baxımından iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir.
32. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 25, 26, 32.7, 403-1.6, 403-1.7-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Tofiq oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Cəbrayil oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı əmlak tələbinə dair iş MPM-nin 403-1.9.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.