Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-731/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranan fikir ayrılıqlarına Ali Məhkəmədə baxılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X5 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Bakı Kommersiya Məhkəm əsinin 2024-cü il 23 noyabr tarixli 2-2(113)-8840/2024 nömrəli qərardadına əsasən, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhəri Səbail Rayon Məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2016-cı il 23 dekabr tarixli 2(004)-9116/2016 nömrəli icra sənədinin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüş 3.391,50 manat məbləğində icra ödənişi və 3.111,90 manat məbləğində borcluya qaytarılacaq pul vəsaitinin, ümumilikdə 6.503,40 manat məbləğində pulun və 85,03 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9116/2016 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Qasım-zadə Fərid Vaqif oğlu və X4 qarşı girovlu istehlak kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilmişdir. B akı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017ci il tarixli 2(103)-3749/2017 saylı qətnaməsi ilə cavabdeh F.V.Qasım-zadənin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9116/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)2084/2019 saylı qərarı ilə cavabdeh F.V.Qasım-zadənin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)3749/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-8726/2019 saylı qətnaməsi ilə cavabdeh F.V.Qasımzadənin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli 2(004)-9116/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)9116/2016 saylı icra sənədi icraya yönəlmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli 54568/2017-xx-xx/5510 saylı sifariş məktubuna əsasən R.M.Mustafayevə məxsus Bakı şəhəri, Səbail rayonu, neftçi Qurban Abbasov küçəsi, ev 25, mənzil 13 hərrac təşkilatçısı vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-nin 28 sentyabr 2021-ci il tarixli YP № 154 nömrəli Satış protokolu və 28 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7- ci maddəsinə müvafiq olaraq, R.M.Mustafayevə məxsus Bakı şəhəri, Səbail rayonu, neftçi Qurban Abbasov küçəsi, ev 25, mənzil 13 ipoteka saxlayan İddiaçı ASC tərəfindən 48.450 manat məbləğinə əldə edilmiş və daşınmaz əmlak bankın balansına keçmişdir. İcra icraatı zamanı 7 faiz icra ödənişi təşkil edən 3.391,50 (üç min üç yüz doxsan bir, 50) manat məbləğində pul vəsaiti və keçirilmiş hərrac nəticəsində borclu (ipoteka qoyan) R.M.Mustafayeva qaytarılacaq qiymət fərqi təşkil edən 3.111,90 (üç min bir yüz on bir, 90) manat məbləğində pul vəsaiti icra qurumu tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüşdür. Belə ki, 05 oktyabr 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından müəyyən olunur ki, emitent İddiaçı ASC tərəfindən benefisiar X3 Səbail rayon İcra şöbəsinin AZ79CTRE******************** hesabına F.V.Qasımzadənin icra işi ilə əlaqədar 3.391,50 (üç min üç yüz doxsan bir, 50) manat məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. 08 oktyabr 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından müəyyən olunur ki, emitent İddiaçı ASC tərəfindən benefisiar X3 Səbail rayon İcra şöbəsinin AZ79CTRE******************** hesabına F.V.Qasımzadənin icra işi ilə əlaqədar 3.111,90 (üç min bir yüz on bir, 90) manat məbləğində borcluya qaytarılacaq qiymət fərqi ödənişi köçürülmüşdür. Bundan sonra, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(005)-186/2023 saylı qətnaməsinə əsasə n iddiaçı X2 cavabdehlər “X1 Mərkəzi” MMC və İddiaçı ASC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, neftçi Qurban Abbasov küçəsi, ev 25, 13 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli YP 154 nömrəli “Satış protokolu” və bu protokol əsasında İddiaçı ASC ilə “X1 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqaviləsi etibarsız hesab olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəmə sinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2630/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-186/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-407/2024 saylı qərarı ilə cavabdeh İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2630/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar olaraq, tələbkar İddiaçı ASC xx.xx.2024-cü il tarixli 2510 saylı məktub ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə müraciət edərək, keç irilmiş hərracın nəticələrinin məhkəmə qərarı ilə etibarsız hesab olunduğu və daşınmaz əmlaka dair bankın adına verilmiş çıxarışın ləğv olunduğu halda, İddiaçı ASC tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüş 7 faiz icra ödənişi təşkil edən 3.391,50 manat və keçirilmiş hərrac nəticəsində borcluya qaytarılacaq qiymət fərqi təşkil edən 3.111,90 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli 54568/2017-16-12-002 saylı məktubunda İddiaçı ASC tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüş 7 faiz icra ödənişi təşkil edən 3.391,50 manat və keçirilmiş hərrac nəticəsində borcluya qaytarılacaq qiymət fərqi təşkil e dən 3.111,90 manat məbləğində pul vəsaitinin geri qaytarılması üçün müvafiq məhkəməyə müraciət olunması qeyd edilmişdir. İcra qurumunun məktubunda icra ödənişi təşkil edən 3.391,50 manat və keçirilmiş hərrac nəticəsində borcluya qaytarılacaq qiymət fərqi təşkil edən 3.111,90 manat məbləğində pul vəsaitinin İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülməsi təsdiq edilsə də, heç bir əsas göstərilmədən geri qaytarılmasından imtina edilmişdir. İcra qurumunun imtinası əsassız və qanunsuzdur. Bu səbəbdən, iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə qərarının icrası zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin sifariş məktubuna əsasən borcluya məxsus daşınmaz əmlak hərrac təşkilatçısı tərəfindən açıq hərraca çıxarılmış, iddiaçı tərəfindən əldə edilmiş və balansına keçirilmişdir. Bununla əlaqədar olaraq, 7 faiz icra ödənişi təşkil edən 3.391,50 manat məbləğində pul vəsaiti və keçirilmiş hərrac nəticəsində borcluya qaytarılacaq qiymət fərqi təşkil edən 3.111,90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüşdür. Daha sonra, digər məhkəmə qərarı əsasında keçirilmiş hərracın nəticələri etibarsız hesab edilmiş və daşınmaz əmlaka dair bankın adına verilmiş çıxarış ləğv edilmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüş 3.391,50 manat məbləğində icra ödənişi və 3.111,90 man at məbləğində borcluya qaytarılacaq pul vəsaitinin geri qaytarılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsindən xahiş edilmiş, lakin icra qurumu heç bir səbəb göstərmədən imtina etmiş və pul vəsaitinin geri qaytarılması üçün müvafiq məhkəməyə müraciət olunmasını məktubunda qeyd etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli 2(009)1766/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Qafarova).
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 24.2, 26.1, 31.1, 32.1, 32.2, 32.3, 32.4, 32.6-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 12, 20, 23-cü bəndlərinə istinad edərək və tərəflərin subyektiv tərkibi, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 noyabr tarixli 2-2(113)-8840/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Namazova).
6. Məhkəmə qeyd etmişd ir ki, iş materiallarına görə, hazırkı mübahisə tərəfləri iki hüquqi şəxs olmasına və mübahisənin də həmin şəxlsər arasında baş vermiş olmasına baxmayaraq, mübahisə predmetinin əsasını iddiaçı-bank tərəfindən verilmiş istehlak krediti təşkil etmişdir. Həmin kreditin ödənilməməsinə görə iş üzrə iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək borclulardan borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb etmiş. İddia qismən təmin edilərək, iş icra olunması üçün iş üzrə cavabdehə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icra vərəqəsinin icrası nəticəsində hazırki iş üzrə iddiaçı və cavabdeh arasında məhkəmə mübahisəsi yaranmışdır. Odur ki, hazrkı mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır.
7. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığından kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilməmişdir.
8. MPM-in 24.2, 25.1, 26.1, 31.1, 32.7-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 11, 12-ci bəndlərinə istinad edərək məhkəmə hesab etmişdir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün üçün Azərbayc an Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq
9. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik... Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür....” “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə ic raatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması.... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrıl ığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər....” Kassasiya instansiya məhkəməsinin mövqeyi
10. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 10-cu bəndində qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə m əhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
12. Həmin Qərarın 11 və 12-ci bəndlərində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübah isələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin komm ersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrıl ıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Həmin Qərarın 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafi əsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Həmin Qərarın 23-cü bəndində isə qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni il ə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.
15. Hazırki işin halları ondan ibarətdir ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə dövlət orqanıdır.
16. Eyni zamanda, tərəflər arasında mülki hüquqi əqd bağlanılmamış və iddianın əsasını cavabdehin hakimiyyət səlahiyyətlərini icra edilməsi (icra sənədinin icrası) ilə bağlı hərəkətlər təşkil edir.
17. Belə olan halda isə hazırkı mübahisə hüquq münsibətlərinin xarakterinə görə kommersiya mübahisəsi hesab edilə bilməz. Ona görə də, iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir.
18. Həmin Məhkəmə isə ilk olaraq hazırkı mübahisənin iddia icraatı qaydasında baxılmasının mümkünlüyünə qiymət verməli və bundan asılı olaraq müvafiq prosessual hərəkətləri yerinə yetirməlidir.
19. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “pulun tutulması” tələbinə dair iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.