Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-734/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının cavabdehə qarşı “kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmiş hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən borc öhdəliyi məlumatlarının silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkə məsinin 2024-cü il 14 noyabr tarixli e-2-2(113)8586/2024 nömrəli qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 19 iyul tarixində ləğv prosesində olan Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2007-ci il 11 oktyabr tarixli kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi; həmin müqavilə üzrə borc öhdəliyi məlumatlarının Mərkəzləşdirilmiş Kredit Reyestri Sist emindən silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2007-ci il 11 oktyabr tarixində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçıya 68 ay müddətinə 427.000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə cavabdeh qarşısında öhdəliklərini icra edərək banka olan kredit borcunu tam olaraq ödəmiş və bunun təsdiqi olaraq bank tərəfindən iddiaçıya 2013-cü il 28 yanvar tarixli kredit borcunun olmamasına dair arayış da verilmişdir. 2024-cü ilin mart ayında iddiaçı kredit götürmək üçün banka müraciət etmiş və bankdan iddiaçıya bildirilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2007-ci il 11 oktyabr tarixli kredit müqaviləsi üzrə 20 24-cü il 18 mart tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin məlumatlarına əsasən iddiaçının adında ümumilikdə 78.020,84 manat məbləğində borc öhdəliyi mövcuddur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli e-2(006)3890/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – H.Miriyeva).
4. Məhkəmə qeyd etmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış tərəflərin vergi məlumatlarına əsasən, iddiaçı (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyicisi, cavabdeh isə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. Mübahisənin predmeti iddiaçıya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi i lə bağlı 427.000 manatın verilməsinə dair kredit müqaviləsi ilə bağlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının müvafiq krediti sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürdüyünü, cavabdehin nümayəndəsi isə aralarında bağlanmış müqavilənin biznes məqsədi ilə iddiaçıya kredit verilməsi barədə olduğunu təsdiq etmişlər. Beləliklə, iddiaçının fərdi sahibkar statusuna malik olmaqla kommersiya hüquqi şəxsindən biznes məqsədli kredit götürməsi, yəni, mübahisənin predmeti ilə bağlı tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, habelə iştirakçılarının subyektiv tərkibi hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə k ifayət edir. b) Bakı Kommersiya Məhkəməsindəki icraat
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 noyabr tarixli e-2-2(113)-8586/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – Z.Axundova).
6. Kommersiya məhkəməsinin mövqeyinə görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranan zaman (2007-ci il 11 oktyabr) iddiaçı fərdi sahibkar statusuna malik olmamış, həmin vaxt fərdi sahibkar statusuna malik olması, vergi orqanında uçota alınması ilə bağlı sübutlar təqdim edilməmişdir. Eyni zamanda, tərəflər arasında bağlandığı qeyd olunan kredit müqaviləsi iş materiallarında yoxdur (ən azından, həmin müqavilədən kreditin hansı məqsədlə götürüldüyü, iddiaçının fərdi sahibkar statusuna malik olub-olmaması müəyyən oluna bilərdi). Məhkəmə iclasında tərəflərin nümayəndələri kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verildiyini bildirsələr də, iddiaçının vergi məlumatlarından görünür ki, həmin vaxt o, fərdi sahibkar statusuna malik olmamışdır (əksini təsdiq edən sübutlar iş materiallarından müəyyən olunmur), yəni, iddiaçı fərdi sahibkar statusuna malik olmadan sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Bu cür fəaliyyət də qanunsuz sahibkarlıq fəaliyyəti hesab edildiyindən həmin fəaliyyətdən irəli gələn mübahisələrə sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Ona görə də məhkəmənin gəldiyi qənaətə əsasən mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Tətbiq edilən hüquq
7. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mü lki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tə rəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik ola n fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olma yaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....
26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həy ata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı il ə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” Ali Məhkəmənin mövqeyi
9. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
10. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 7) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyət i ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
11. Plenum Qərarının 11 və 12-ci bəndlərində (bax § 8) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.
12. İş materiallarından görünür ki, həm iddiaçı, həm də cavabdeh fərdi sahibkar kimi uçota alınmışlar. İddianın əsa sı kimi göstərilmiş hallardan (bax § 2) əlavə, iddiaçı və cavabdeh ümumi məhkəmənin iclasında izahat verərək göstərmişlər ki, mübahisə predmeti olan kredit müqaviləsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmışdır.
13. Bu baxımdan, qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı vəziyyətdə mübahisəli kredit müqaviləsinin özünün iş materiallarında olmaması mübahisənin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi üçün əhəmiyyətli deyildir.
14. Bundan başqa, Plenum Qərarının 27-ci bəndində formalaşdırılmış hüquqi mövqelərdən (bax § 8) aydın olur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin ümumi məhkəmələrin səlahiyyətinə aid edilməsinin səbəbi belə mübahisələrin məhz fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin qanunsuz sahibkarlıq f əaliyyətindən irəli gəlməsi ilə bağlıdır.
15. Bununla belə, qarışıq məhkəmə tərkibi hesab edir ki, sahibkarlıq subyekti ilə hüquq münasibətlərinə daxil olarkən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin sonradan, məhkəmə mübahisəsi yarananadək fərdi sahibkar statusunu əldə edilməsi onun əvvəllər həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmasına əsas verir. Belə ki, MPM-də nəzərdə tutulan hər üç meyar baxımından sözügedən mübahisə hazırda kommersiya mübahisəsi hesab edilməli və ona kommersiya məhkəməsində baxılmalıdır.
16. Bu baxımdan, hazırkı halda da iddiaçı kredit müqaviləsi bağlandıqdan sonra məhkəməyə iddia verilənədək qanunun tələblərinə uyğun olaraq fərdi sahibkar statusu əldə etdiyindən və mübahisə hər iki tərəfin bi ldirdiyi kimi, sahibkarlıq məqsədilə ayrılmış kredit müqaviləsindən irəli gəldiyindən müqavilə bağlanan zaman iddiaçının VÖEN-nin olmaması hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması üçün hüquqi əsas ola bilməz.
17. Belə olan halda, qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.
18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmiş hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən borc öhdəliyi məlumatlarının silinməsi” tələbinə dair kommersiya işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Komme