Məhkəmə qərarları › İş №e-2-2(102)-741/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-741/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-741/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X4 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arası fikir ayrılığı məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 1 oktyabr tarixli e-2-2(115)-2312/2025 nömrəli qərardadına əsasən iddiaçı “Finca” X4 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Ağstafa Rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Ağstafa Rayon Məhkəməsindəki icraat

1. İddiaçı X4 Bank Kredit Təşkilatı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) və Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, 8376 manat əsas, 2065,83 manat faiz borcu olmaqla, cəmi 10441,83 manat borcun və 121,33 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 2024-cü il 6 aprel tarixli **********0470 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25 faiz dərəcəsi olmaqla 30 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 390 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq digər cavabdehlərlə zaminlik müqavilələri bağlanmış, onlar həmçinin zamin qismində kredit müqaviləsinin tərəfi olmuşlar. Kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

3. Ağstafa Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 2(015)-988/2025 saylı qərardadı ilə iş adiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

4. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflər vergi ödəyicisi olmaqla, hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətini həyata ke çirməsi ilə bağlıdır. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

5. X8 Məhkəməsinə göndərildikdən sonra iddiaçı məhkəməyə ərizə verərək, işin Ağstafa Rayon Məhkəməsinə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25.00 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən həmçinin, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi kreditin təyinatı heç də sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Məhkəməyə təqdim edilmiş sənədlərin içində kredit ərizə formasında kreditin məqsədi “Ev tikintisi” olaraq qeyd edilmişdir. Kredit müqaviləsinin 8-ci bəndində qeyd edilən müştəri məlumatlarında VÖEN qeyd edilməmiş və məhsul müqavilənin eyni bəndində X9 (asan kəndli təsərrüfatı) - AZN Monthly- Unsecure kimi qeyd olunmuşdur. İddiaçının Nizamnaməsinin 1.7-ci bəndinə əsasən də təşkilatın əsas məqsədi Azərbaycan Respublikasında humanitar proqramlar çərçivəsində kredit verməkdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 1 oktyabr tarixli e-2-2(115)2312/2025 nömrəli qərardadı ilə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Rəşad Məmmədov).

8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iş materiallarından göründüyü kimi Cavabdeh2 iddiaçıya ünvanladığı 2024-cü il 27 m art tarixli fərdi kreditlər üçün kredit ərizə formasında cavabdeh ev tikintisi üçün ona 8500 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir.

9. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2024-cü il 6 aprel tarixli kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, kredit verən kredit alana sonuncunun ailə kəndli fermer təsərrüfatının yaradılması və (və ya) həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. 10. “Ailə kəndli təsərrüfatı” haqqında Azərbaycan Respublikası Qanununun 1.3-cü maddəsinə əsasən ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.

11. Belə olan halda, tərəflər arasında olan mübahisə fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlak məqsədlərindən irəli gələn mübahisəyə aiddir. Hazırki mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 25.1, 26.1, 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Plenum Qərarının (bundan sonra – “Plenum qərarı”) 11-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsin in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

14. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti i lə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən di gər işlərə də baxırlar.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsini n verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir.

16. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. MPM-in 25 və 26-cı maddələri isə uyğun olaraq mübahisələrin ümumi və ya kommersiya məhkəmələrinə aidliyini ayırd edir.

17. Qanunvericiliyə əsasən, işin kommersiya məhkəməsinin səlahiyyətinə aid olması üçün yalnız tərəflərin hüquqi statusu kifayət deyil. Hüquq münasibətlərinin xarakteri də sahibkarlıq fəaliyyəti ilə bağlı olmalı və müb ahisə də bu fəaliyyətin həyata keçirilməsindən irəli gəlməlidir.

18. Hazırkı işdən də müəyyən edilir ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar olsa da, hazırkı iddianın əsasını təşkil edən kredit müqaviləsi cavabdehin sahibkarlıq fəaliyyəti bağlı olmamışdır.

19. Belə ki, müqavilənin standart şərti olan 1.1-ci bəndində müqavilənin kredit verənin kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) həyat səviyyəsinin yaxşılaşdırılması üçün 30 ay müddətinə 8500 manat məbləğində pul vəsaitinin kredit verilməsi ilə əlaqədar olaraq bağlanması göstərilsə də, Cavabdeh2 həmin kreditin verilməsi üçün iddiaçıya ərizə ilə müraciət etdiyi zaman ona ev tikintisi üçün 8500 manat kreditin ayrılmasını xahiş etmişdir.

20. Göründüyü kimi mübahisənin kommersiya məhkəməsində bax ılması üçün tələb olunan əsas şərtlərdən biri kimi hüquq münasibətlərinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı öz təsdiqini tapmır.

21. Qeyd olunan hallar nəzərə alınmaqla, hazırkı iş MPM-in 25.1-ci maddəsinə əsasən ümumi məhkəmənin yurisdiksiyasına aid olmaqla, məhkəmə aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir.

22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 25, 26, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X4 Bank Kredit Təşkilatının cavabdehlər X2, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar