Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(102)-747/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARDAD Açar sözlər: məhkəmə aidiyyətinə dair mübahisə üzrə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Hüseynov İlqar Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət qarışıq tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli, 2-2(113)-4527/2021 saylı qərardadından Cavabdeh4 nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İddiaçı ASC (bundan sonra – ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra – cavabeh A.Teymur və digərləri) qarşı 2021-ci il 8 sentyabr tarixndə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müştərək qaydada ASC-nin xeyrinə 393.740,81 manat əsas, 9.583,54 manat faiz, 1.634,94 manat gecikən əsas məbləğ üzrə hesablanmış ikiqat gecikmə faizi, 1.838,79 manat vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 406.797,63 manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 sentyabr tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuşdur.
3. Daha sonra Cavabdeh4 nümayəndə və vəkili 2021-ci il 13 oktyabr tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini məhkəmə aidiyyəti üzrə ümumi məhkəmələrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli, 2-2(113)-4527/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Həmin qərardaddan cavabdehin nümayəndə və vəkili 2021-ci il 23 oktyabr tarixində şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsini məhkəmə aidiyyəti üzrə ümumi məhkəmələrə gön dərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
6. Hazırda cavabdeh tərəfindən verilmiş şikayət nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2021-ci il 23 oktyabr tarixində verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) (bundan sonra – MPM) tərtib olunmamışdır.
7. Belə ki, MPM-in 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur
8. Həmin Məcəllənin 407.1-ci maddəsində kassasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, həm in forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 3”də göstərilmişdir.
9. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi məhkəmə aidiyyətinə dair mübahisə üzrə şikayət MPM ilə müəyyən edilmiş formada verilməlidir. Lakin iş materiallarından və “Azemis” elektron məhkəmə sisteminə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən verilmiş məhkəmə aidiyyətinə dair mübahisə üzrə şikayət MPM ilə müəyyən edilmiş formaya riayət olunmaqla verilməmişdir (iş.v 65).
10. MPM-in 403-1.4-ci maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tər əfindən həll edilir.
11. Həmin məcəllənin 408.1.1 və 408.-ci maddələrinə əsasən isə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə (...), kassasiya şikayəti geri qaytarılır. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
12. Sadalanmış qanunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdır. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət MPM ilə müəyyən edilmiş formada verilməmişsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır.
13. Göstərilənlərə əsasən məhkəmə aidiyyətin ə dair mübahisə üzrə şikayət mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədilə kommersiya işi ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 403-1, 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli, 2-2(113)-4527/2021 saylı qərardadından Cavabdeh4 nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədilə kommersiya işi ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə qaytarılsın.