Məhkəmə qərarları › İş №e-2-2(102)-760/2022

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-760/2022

01.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-760/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli e-2-2(115)-2196/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 28 sentyabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.112 manat zərərin, 5.100 manat borc məbləğinin,1.256,49 manat faizin, 400 manat vəkilə ödənilən məbləğin, 200 manat dövlət rüsumunun, ümumilikdə 18.069,39 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli e-2-2(115)2196/2022 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır (hakim – K.Vəliyev).

3. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnte rnet Vergi idarəsinin rəsmi saytından əldə edilmiş məlumatdan görünür ki, iddiaçı fiziki şəxs kimi sahibkar statusu daşımır. İddiaçı vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti göstərmiş olsa belə, bu fəaliyyət qanuni sayılmır. Belə olan halda mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11, 12, 27-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 24.2, 24.3, 26.1, 152.1.3, 152. 2, 152.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

5. İddiaçı həmin qərardaddan 2022-ci il 6 oktyabr tarixində şikayət, 2022-ci il 31 oktyabr tarixində həmin şikayətə ərizə ilə dəqiqləşmə verərək, qərardadın ləğv olunması, işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 10 oktyabr tarixli e-2-2(115)2196/2022 saylı qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – K.Vəliyev).

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh vergi ödəyicisi olsa və sahibkar statusunu daşısa da belə, iddiaçının belə bir statusu mövcud deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idar əsinin rəsmi saytından əldə edilmiş məlumatdan görünür ki, iddiaçı fiziki şəxs kimi sahibkar statusunu daşımır. İddiaçı vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti göstərmiş olsa belə, bu fəaliyyət qanuni sayılmır. Belə olan halda mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Ona görə də hazırkı tələb üzrə kommersiya mübahisəsinin subyekti hesab olunmur. Mübahisəyə hər iki tərəf ayrı-ayrılıqda sahibkarlıq subyekti olduqda kommersiya məhkəmələrində baxılır. Bundan başqa, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli 2-2(115)-2196/2022 saylı qərardadında yanlışlığa yol verilərək iş üzrə sahibkar statusu olmayan şəxs kimi cavabdeh göstərilmişdir. Müvafiq qərardad qəbul olunmaqla yazı səhvi düzəldilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 11, 12, 27-ci bəndləri nə, MPM-in 24.2, 25.1, 26.1, 32.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İİ. ŞİKAYƏTİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Şikayətin dəlilləri

9. İddiaçı ilk dəfə iddia ərizəsi ilə 2022-ci il 24 iyul tarixində Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2022-ci il 30 avqust tarixli hazırlıq iclasında hakim Camal Quliyev mübahisə sahibkarlıq fəaliyyətindən əmələ gəldiyi üçün aiddiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət etməyi iddiaçıya tövsiyə etmiş və iddia ərizəsinin geri qaytarılması ilə bağlı ərizə yazmağı təklif etmişdir. İddiaçının nümayəndəsi bununla razılaşmayaraq, iddiaçının nə VÖEN-ə, nə də fərdi sahibkar statusuna malik olduğunu bildirsə də, nəticə etibarı ilə hakim məhkəmə iclasında iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qayta rılması barədə ərizəsini alaraq iş üzrə iddia ərizəsini və əlavə olunmuş sənədləri 2022-ci il 30 avqust tarixli 2(125)-1261/2022 saylı qərardadı ilə geri qaytarmışdır. Bundan sonra iddiaçı iddianın qaldırılması üçün dərhal müvafiq qaydada mediasiya prosesindən keçməyə başlamış və 2022-ci il 22 sentyabr tarixli mediasiya sessiyası ilə bağlı arayış aldıqdan sonra cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. X1 Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli e-2-2(115)-2196/2022 saylı qərardadı ilə mübahisə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmələrdə mübahisənin məhkəmə aidiyyətinə dair fikir ayrılığı mövcud olmuşdur. b) Şikayətə qarşı etira zın dəlilləri

10. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: “Maddə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçiri lməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilmə si zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin s ahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinay ət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahi sələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli e-2-2(115)-2196/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 13) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

16. İş materiallarından isə görünür ki, cavabdehdən fərqli olaraq, iddiaçı vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsinə malik deyil və fiziki şəxs kimi sahibkar statusu daşımır.

17. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyət inin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarın 27-ci bəndində (bax yuxarıda § 12) formalaşdırdığı hüquqi mövqelərə uyğun olaraq, işə kommersiya icraatı qaydasında baxılması istisna olunur.

18. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Gəncə Kommersiya Məhkəməsi iddia ərizəsini geri qaytararkən aidiyyət qaydalarını pozmamışdır, ona görə də həmin məhkəmənin qərardadının ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

19. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Gəncə Kommersiya Mə hkəməsinin 2022-ci il 29 sentyabr tarixli e-2-2(115)2196/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar