Məhkəmə qərarları › İş №e-2-2(102)-763/2024

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-763/2024

26.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-763/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati Kollegiyasının hakimi Hüseyn Aida Əli qızından ibarət qarışıq tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər C avabdeh1 və Cavabdeh2 qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 noyabr tarixli e-2-2(113)-5757/2024 nömrəli qərardadına əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsi ilə Bakı Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Nəsimi Rayon Məhkəməsindəki icraat

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 21 nömrəli evin ümumi sahəsi 402 kv.m, 6 otaqlı 215 nömrəli mənzilindən faktiki istifadə etdikləri üçün cavabdehlərdən iddia qaldırılan tarixə 304000 manat təşkil edən kirayə haqqı, qətnamə çıxan tarixdən mənzili tərk edəcəkləri günədək aylıq 4000 manat kirayə haqqı məbləği və iş üzrə ödənilmiş 594 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 11 iyul tarixli e-2(006)-2725/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Xəlilov).

3. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı kommersiya hüquqi şəxsi, cavabdehlər Cavabdeh1 (VÖEN ** ********), Cavabdeh2 (VÖEN **********) isə vergi ödəyicisi olan fiziki şəxslərdir (fərdi sahibkardır). Digər tərəfdən aralarında bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan digər qeyri-yaşayış sahəsini "xxxx" ASCyə icarəyə vermiş və həmin müqaviləyə uyğun olaraq hər ay icarə haqqı alır. Artıq müəyyən edildiyi kimi hazırkı ərizənin verilməsinə əsas olmuş iddia üzrə də iddiaçı cavabdehlərdən götürməli olan gəlirlərin əvəzini tələb edir. Göründüyü kimi tərəflər arasındakı mübahisə predmeti kommersiya məqsədi daşıdığından həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin müvəqqəti təminat tədbirindən verilmiş şikayətə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 7 iyun tarixli qərardadı ilə də buna münasibət bildirilərkən hüquq münasibətinin xarakterinin kommersiya olması da öz təsdiqini tapmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat

4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 noyabr tarixli e-2-2(113)-5757/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – Z.Axundova).

5. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə gəlincə müəyyən edilmişdir ki, tərəflər vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışlar. Lakin tək həmin meyarın mövcudluğu özlüyündə işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir və mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün əsasdır.

6. Hazır kı mübahisə yeni mülkiyyətçi olan iddiaçının mübahisə predmeti olan yaşayış sahəsi - mənzili tərk etməyən mülkiyyətçilərdən kirayə haqqının tutulmasından ibarətdir. Göründüyü kimi cavabdehlər vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınsalar da, mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə deyil.

7. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26-cı maddələrinin tələbləri baxımından ümumi məhkəmədə baxılmalıdır. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidi yyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) müəyyən edilmişdir ki: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində isti fadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır Ali Məhkəmənin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillə rini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

11. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

12. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci mad dəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

13. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 9) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalı dır.

14. Hazırkı mübahisə yeni mülkiyyətçi olan iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinin əvvəlki mülkiyyətçilərindən kirayə haqqının tutulması ilə bağlıdır. Məhkəmənin bu mübahisəyə baxma səlahiyyəti ilə əlaqədar olaraq kommersiya məhkəməsinə aid olma şərti müvafiq olaraq üç əsas meyarın eyni zamanda mövcud olmasını tələb edir. Lakin yuxarıda göstərilənlərə əsasən hal-hazırda tərəflər arasında mövcud olan hüquqi münasibətlər yalnız vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmaları ilə məhdudlaşır və bu münasibətlərin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığı sübut edilmir. Belə ki, kirayə haqqının tutulması ilə bağlı mübahisələrin kommersiya məhkəməsinin səlahiyyətinə daxil olması üçün müqavilə kommersiya məqsədilə bağlanmalıdır. Lakin hazırkı işdə tərəflər arasında mövcud olan kirayə münasibətlərinin kommersiya məqsədini daşıdığına dair hər hansı bir sübut təqdim edilməmişdir. Digər tərəfdən o da qeyd edilməlidir ki, iş materiallarından görünür ki, hazırkı mübahisədə sözügedən yaşayış sahəsi daha əvvəl tərəflər arasında yaranmış mübahisədə ipoteka predmeti kimi çıxış etmiş və həmin mübahisəyə də mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmışdır.

15. Həmçinin qeyd edilməlidir ki, MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxa bilər. Eyni zamanda yuxarıda qeyd olunan qanunvericilik normalarında sahibkarlıq fəaliyyətinin mahiyyəti də aydınlaşdırılmışdır. Hazırkı vəziyyətdə mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi müəyyən edilmir.

16. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən hazırkı işə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır.

17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar