Məhkəmə qərarları › İş №e-2-2(102)-842/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-842/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-842/2025 05.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə b ağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Sumqayıt Şəhər Məhkəməsindəki icraat

1. İddiaçı MM QBKT (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 2.367,59 manat, faiz borcuna görə 202.72 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 2.570,31 manat məbləğində borcun və 45.71 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2025-ci il 31 oktyabr tarixli e-2(060)-6315/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim P.İmamverdiyeva).

3. Məhkəmə qeyd etmişdir ki, tərəflərdə n iddiaçı (VÖEN **********) kommersiya hüquqi şəxsi, əsas borclu olan Cavabdeh2 (VÖEN **********) isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdehə məxsus VÖEN-nin təyinatı başqa qruplara daxil edilməyən sair bəzək və tamamlayıcı işlər ilə bağlıdır. Həmçinin işdə mövcud olan 2023-cü il 14 iyun tarixli **********0961 saylı kredit müqaviləsinin 1.1, 2.1.2, 2.2, 2.3.3 və 3.4-cü bəndlərinin təhlilinə görə, kredit biznes (ailəkəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması) məqsədilə verilmiş, iddiaçı layihənin gedişatını izləməkdə maraqlı olmuşdur. Digər bəndlərdə nəzərdə tutulan (kreditin məqsədli təyinatı və iddiaçının nəzarət hüquqları) isə kredit münasibətlərinin istehlak deyil, kommersiya xarak teri daşıdığını bir daha sübut etmişdir. Göründüyü kimi tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 31.1, 32.3, 32.4, 32.5, 32.6 və 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının 10 və 11-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 20 noyabr tarixli e-2-2(119 )2421/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – İ.Əliyev).

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 2023-cü il 14 iyun tarixli **********0961 nömrəli kredit müqaviləsinin 1-ci bəndi ilə müəyyən olunmuşdur ki, müqavilə üzrə kredit məbləği kredit verən iddiaçı tərəfindən kredit alan Cavabdeh2 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 3.500 manat məbləğində “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir.

7. Bundan əlavə qeyd olunan kredit müqaviləsində kredit alan qismində çıxış edən Cavabdeh2 vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN) istinad olunmamış, həmçinin iş materiallarına əlavə edilm iş sənədlərdə həmin məbləğin kredit alan tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə ayrılmasına dəlalət edən hallar müəyyən edilməmişdir.

8. Həmçinin, iş üzrə müqavilədə kreditin təyinatı (məqsədi) kimi qeyd olunan xüsusatlardan biri olan “həyat səviyyəsinin yaxşılaşdırılması” ifadəsinin heç bir halda sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsi mümkün deyildir.

9. Məhkəmə gəldiyi nəticəni MPM-in 1, 24.2, 25.1, 26.1 və 32.7-ci maddələrinə, "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1 və 1.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xü susiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11-ci bəndinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaran masına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Ali Məhkəmənin mövqeyi

11. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 24.2-ci maddəsinə edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları əvvəlki kimi subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri olaraq qalsa da, bu meyarların tətbiqi mexanizmi dəyişmiş, yeni redaksiyada onların hər üçünün qarşılıqlı bağlı şəkildə mövcudluğu tələb edilmişdir (10-cu bənd).

13. X2 11-ci bəndinə əsasən, MPM-in 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in 1-ci, 25 və 26-cı maddələrinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə a idiyyətini müəyyən edərkən yalnız subyekt tərkibini deyil, həm də mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini birlikdə nəzərə almağı tələb edir; tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyəti ilə əlaqənin mövcudluğu işin kommersiya məhkəməsində baxılması üçün kifayət deyil.

14. Plenum Qərarının 12 və 13-cü bəndlərində məhkəmələrə izah edilir ki, müqavilə münasibətlərindən irəli gələn tələblər, o cümlədən borc və kredit müqavilələri üzrə mübahisələr kommersiya mübahisəsi kimi yalnız o halda qiymətləndirilə bilər ki, əsas tələb üzrə mübahisə ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlsin. Bu zaman hüquq münasibətlərinin faktiki iqtisadi mahiyyəti, kreditin təyinatı və real istifadəsi, eləcə də mübahisənin mə hz tərəflərin kommersiya dövriyyəsi ilə bağlı olub-olmaması xüsusi əhəmiyyət kəsb edir.

15. Məhkəmə tərkibi hesab edir ki, həm Sumqayıt Şəhər Məhkəməsi, həm də Sumqayıt Kommersiya Məhkəməsinin qərardadında işin məhkəmə aidiyyatı ilə bağlı müəyyən dərəcədə hüquqi arqumentlər göstərilsə də, işin aidiyyəti barədə yekun nəticə çıxarmaq üçün zəruri olan əsas məsələlər tam və hərtərəfli aydınlaşdırılmamışdır. Belə ki, əsas müəyyən edilməli olan hal kreditin məqsədi ilə bağlıdır. Kredit müqaviləsində kreditin verilməsi məqsədi kimi həm “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi”, həm də “həyat səviyyəsinin yaxşılaşdırılması” göstərilmişdir. Birinci instansiya məhkəməsi isə kredit vəsaitinin borcalanın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya şəxsi istehlak məqs ədilə verilməsini araşdırmamışdır.

16. Plenum Qərarından irəli gələn yanaşmaya görə məhkəmə aidiyyətinin müəyyən edilməsində formal müqavilə adları və ya tərəflərin yalnız VÖEN-ə malik olması deyil, hüquq münasibətlərinin xarakteri əsas götürülməlidir. Əgər kredit vəsaiti borcalanın sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün verilibsə və mübahisə bu fəaliyyətlə bağlı yaranıbsa, mübahisə kommersiya mübahisəsi hesab olunmalı, kredit şəxsi istehlak məqsədilə verildiyi halda isə mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Hazırkı işdə bu məsələ lazımi dərəcədə araşdırılmamışdır.

17. Yuxarıda göstərilənləri nəzərə alaraq, qarışıq məhkəmə tərkibi hesab edir ki, iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün MPM-nin 403-1.9.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin verildiyi birinc i instansiya məhkəməsinə – Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Həmin məhkəmə tərəfindən hazırki qərarın 15-16-cı bəndlərində qeyd olunan məsələlər aydınlaşdırıldıqdan sonra məhkəmə aidiyyatı məsələsi həll olunmalıdır.

18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.9.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar