Məhkəmə qərarları › İş №e-2-2(102)-92/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-92/2025

23.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-92/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2,Cavabdeh3,Cavabdeh4, Cavabdeh1 MMMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə ibarət qarışıq tərkibdə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MMMCyə qarşı maneələrin qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulm ası tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 noyabr tarixli e-2-2(113)-8669/2024 saylı qərardadından verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MMMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı maneələrin qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 noyabr tarixli, e-2-2(113)-8669/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim – G.Həşimova).

3. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin yönəldiyi cavabdehlərdən biri Cavabdeh1 MMMC-dir və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.

4. Digər cavabdehlər fərdi sahibkar olsa da, hazırkı mübahisə onların birlikdə və ya ayrı ayrılıqda həyata keçirdiyi sahibkarlıq münasibətindən irəli gəlmir.

5. Həmçinin məhkəmə bildirmişdir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər yaranmamışdır.

6. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyət inin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 10, 11, 12, 18-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın icraata qəbul olunmasını xahiş etmişdir.

8. Şikayət § 3-5-də göstərilənlərə istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMMC qeyri-kommersiya təşkilatı olsa belə, iddiaçı ilə münasibətləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətdir. Mübahisə Cavab deh1 MMMC ilə həmin binanın sakinləri arasında yaransaydı bu zaman işə mülki qaydada baxılmalı idi. Bundan başqa, iddiaçı ilə hər üç fərdi sahibkar arasında birgə fəaliyyət müqavilələri mövcuddur. Həmin müqavilələrdə “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsinə abunəçilərə iddiaçı tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə də, cavabdehlər tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsindən, yəni tərəflərin sahibkarlıq fəaliyyətindən yaranmış mübahisədir. Bundan əlavə, bir hüquqi şəxs ilə fərdi sahibkar arasında yaranmış əşya hüquq münasibətlərindən irəli gələn başqa bir iş üzrə mübahisəyə baxan Ali Məhkəmə 2022-ci il 11 iyun tarixli, 2(102) -3796/2022 saylı qərardadı ilə həmin işin kommersiya mübahisəsi olması qənaətinə gəlmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 dekabr tarixli, e-2-2(113)-8669/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – G.Həşimova). Tətbiq edilən hüquq 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 10. 2019-cu il 9 iyul tarixli Qanun la edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahis ələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersi ya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrıl ıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habel ə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir....”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir...” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti[49] 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ola n mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi

12. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdehin şikayəti aşağıdakı səbəblərdən mübahisələndirilən qərardadın ləğvi üçün əsasdır.

13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

14. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

15. İş materiallarında olan “çoxmənzilli evin idarə edilməsi haqqında” 2016-cı il 1 fevral tarixli müqaviləyə əsasən mülkiyyətçi olan "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edən olan Cavabdeh2 verməyi, sonuncu da öz növbəsində mülkiyyətçinin i nşa etdiyi binanı ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür (həmin müqavilənin 1.1-ci bəndi).

16. Qeyd edilən müqavilənin 2.3.5-ci bəndinə görə idarə edənin hüquqlarından biri əmlakın idarə edilməsi, saxlanılması, istismarı, qorunması və təmiri ilə bağlı mülkiyyətçini üçüncü şəxslər, məhkəmə və digər dövlət orqanlarında təmsil etməkdir.

17. Qeyd edilən müqavilə MTK tərəfindən imza və möhürlə, Cavabdeh2 tərəfindən isə imza ilə təsdiq edilmiş, tərəflərin rekvizitləri hissəsində hər ikisinin VÖEN-ləri qeyd olunmuşdur.

18. İş materiallarında olan 2021-ci il 19 oktyabr tarixində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs Cavabdeh2 ilə iddiaçı arasında “Qarş ılıqlı əməkdaşlıq haqqında” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin birgə əməkdaşlığı Yasamal rayonu H.Zərdabi prospekti 92A və 204A ünvanlarında həyata keçiriləcək. Müqavilənin şərtlərinə görə iddiaçı hər bir mənzilə görə birdəfəlik 3 AZN və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından Cavabdeh2 ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i məbləğində ödəniş etməlidir.

19. Göründüyü kimi Cavabdeh2 yalnız H.Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi səlahiyyətləri verilsə də, iddiaçı ilə kooperativin adından imzaladığı müqavilədə 92A ünvanı ilə yanaşı 204A ünvanına dair də hüquqi münasibətlər və öhdəliklər müəyyən edilmişdir.

20. İş materiallarında, h əmçinin Cavabdeh3 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında H.Zərdabi prospekti 202 və 202A ünvanlarına dair 2018-ci il 1 iyul tarixində yuxarıda qeyd edilmiş “çoxmənzilli evin idarə edilməsi haqqında” müqavilə ilə eyni adlı və eyni şərtli imzalanmış müqavilə də mövcuddur. 21. 2021-ci il 19 oktyabr tarixində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs Cavabdeh3 ilə iddiaçı arasında H.Zərdabi prospekti 202 və 202A ünvanlarında yerləşən yaşayış komplekslərinə dair yuxarıda qeyd edilmiş 2021-ci il 19 oktyabr tarixli müqavilə ilə məzmunu eynilik təşkil edən “Qarşılıqlı əməkdaşlıq haqqında” müqavilə imzalanmışdır (iş materialların da bu müqavilə də mövcuddur).

22. Cavabdeh4 "xxxx" MTK-nın müqavilə ilə səlahiyyət verilmiş nümayəndəs i olması və iddiaçı ilə yuxarıda göstərilən şərtlərdə müqavilə imzalaması qeyd edilsə də, iş materiallarında bu barədə müqavilələr mövcud deyildir.

23. Bununla belə iddia ərizəsindən görünür ki, Cavabdeh4 ("xxxx" MTK-nın müqavilə ilə səlahiyyət verilmiş nümayəndəsi) ilə iddiaçı arasında 2021-ci il 19 oktyabr tarixində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” müqavilə H.Zərdabi prospekti 190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarını əhatə edir. Lakin MTK ilə Cavabdeh4 arasında sonuncuya hansı ünvanlarda səlahiyyətlərin verilməsinə dair müqavilə, həmçinin iddiaçı ilə imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” müqavilə iş materiallarında mövcud olmadığı üçün mübahisəyə bu hissədə dəqiq və doğru qiymət vermək mümkün deyil.

24. İş materiallarında olan (bax: İ cild, səhifə 68) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh1 MMMC 2023-cü il 28 dekabr tarixində qeydiyyatdan keçmişdir və fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a-dır.

25. Göründüyü kimi MMMC-nin fəaliyyət ərazi dövlət reyestrində yalnız H.Zərdabi prospekti 92a qeyd edilmişdir. Lakin yuxarıda qeyd olunmuş müqavilələrdə xidmətin göstəriləcəyi ilə bağlı yalnız bu ünvan deyil, bir neçə başqa ünvan da qeyd olunmuşdur.

26. Məhkəmə kollegiyası hesab edir ki, iş materialların əsasən MMMC-nin müqavilələrdə qeyd olunmuş H.Zərdabi prospekti 92a ünvanı istisna olmaqla digər ünvanlarla hər hansı hüquqi bağlılığı müəyyən edilmir.

27. Bundan başqa qeyd olunmalıdır ki, iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, iddiaçı hər bir mənzilə görə birdəfəlik 3 AZN və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından qarşı tərəfə ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i məbləğində ödəniş etməlidir.

28. Məhkəmə kollegiyası vurğulayır ki, iddia tələbinin yönəldiyi cavabdehlərdən biri Cavabdeh1 MMMC-dir və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Birinci instansiya məhkəməsi yalnız bunu və iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər yaranmamasını əsas götürməklə mübahisənin ümumi məhkəməyə aid olması qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, MMMC-nin yalnız bir ünvan üzrə (H.Zərdabi prospekti 92A) hüquqi bağlılığı var və digər ünvanlar üzrə isə uyğun olaraq adı çəkilən kooperativlər cavabdehdir və onlar da kommersiya hüquqi şəxsləridir.

29. Plenum Qərarının 11 və 12-ci bəndində (bax: § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində bax ılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

30. Bundan başqa MPM-in 30-cu maddəsində qeyd edilmişdir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

31. Hazırkı mübahisə də MMMC istisna olmaqla iddiaçı ilə "xxxx" MTK, "xxxx" MTK və "xxxx" MTK-ların həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyi üçün tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması təsdiq edilir.

32. Tərəflərin su byektiv tərkibinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı VÖEN-ə malik olmaqla kommersiya hüquqi şəxsi, MMMC isə qeyri-kommersiya hüquqi şəxsidir. Yuxarıda adı çəkilən kooperativlər isə kommersiya hüquqi şəxsi olsalar da, iş materialları ilə yalnız "xxxx" MTK-nın VÖEN-nin olması təsdiq edilir, digərlərinin isə VÖEN-ə malik olmaları ilə bağlı iş materiallarında hər hansı bir məlumat olmadığından ("xxxx" MTK ilə Cavabdeh3 arasında olan müqavilə yarımçıq olduğundan tərəflərin rekvizitləri görünmür) birinci instansiya məhkəməsi işə yenidən baxarkən bu məsələni həll edərək yekun nəticəyə gəlməlidir.

33. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunmuş hallara diqqət yetirmədən yekun nəticəyə gəldiyi üçün qəbul edilmiş qərardad ləğv edi lməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir və yuxarıda qeyd olunan zəruri hallar ətraflı araşdırmaqla mübahisəyə hüquqi qiymət verməlidir.

34. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 noyabr tarixli e-2-2(113)-8669/2024-023 nömrəli qərardadı ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar