Məhkəmə qərarları › İş №e-2-2(103)-311/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(103)-311/2025

10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(103)-311/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Mahmudovanın sədrliyi və məruzəsi ilə, X5 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, İddiaçı X2 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinə göndərdiyi kommersiya mübahisəsinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərardadına əsasən aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehdən iki ayrı şifahi müqavilə üzrə avadanlıqlara görə alınmış 4000 (dörd min) manat məbləğində borc, 23400 (iyirimi üç min dörd yüz) manat məbləğində əldən çıxmış fayda, 2400 (iki min dörd yüz) manat məbləğində maddi ziyanın əvəzi və 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 39800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin və obyektən istifadə etdiyi müddətdə yığılan komunal borcların tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixində iddiaçı X2 mülkiyyətində olan ********** saylı xx.xx.2014 tarixli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reysteri Xidməti Çıxarışlı qeydiyyatda olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 40C ünvanında yerləşən qeyriyaşayış sahəsinin “Təndir” kimi fəaliyyət göstərməsi üçün icarəyə götürməyi iddiaçıya təklif etmişdir. Cavabdeh həmin qeyri-yaşayış sahəsinin təmir etməyə ehtiyacı olduğunu bildirərək təmir bitdikdən sonra iddiaçı ilə icarə müqaviləsi bağlayacağını bildirmişdir. İddiaçı həmin obyekti öz vəsaiti hesabına təmir etdirmişdir. Təmirə ümumilikdə 20.000 (iyirimi min) manat pul sərf olunub. “Covid-19” pandemiyası səbəbi ilə təmir müddəti uzanıb və, nəhayət, 1 il 10 aydan sonra xx.xx.2021-ci il tarixində obyekt işə başlayıb. Obyektə avadanlıq alınmalı olduğu üçün Cavabdeh Gülsevər oğlu xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə X1 ümumilikdə 4000 (dörd min) manat borc pul almışdır. Cavabdeh lazımı avadanlıqları almış və obyektə quraşdırmışdır. Lakin Cavabdeh Gülsevər oğlu obyekt işə başlayandan sonra da iddiaçı X6 ilə aralarında icarə müqaviləsi bağlamamışdır. X6 dəfələrlə cavabdehə obyektini boşaltması barədə xəbərdarlıq etsə də, cavabdeh iddiaçının mülkiyyətini qanunsuz olaraq zəbt etmiş və buradan gəlir əldə etməyə davam etmişdir. Obyektin içərisində avadanlıqlar olduğu üçün iddiaçı X6 Cavabdeh buradan çıxara bilməmişdir. Cavabdeh iddiaçının konstitusion mülkiyyət hüququnu ciddi şəkildə pozur, iddiaçının mülkiyyətindən qanunsuz olaraq istifadə edərək buradan böyük miqdarda fayda götürür. İddiaçı keçən bu müddətdə mülkiyyətini başqa birisinə icarəyə verə və buradan aylıq orta hesabla 600 (altı yüz) manat gəlir əldə edə bilərdi. Bu məbləğ obyektin fəaliyyət başladığı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər hesablandıqda 23.400 (iyirimi üç min dörd yüz) manat təşkil edir. İddiaçı mülkiyyətinin boşaldılması məqsədilə dəfələrlə cavabdehə zəng etsə də, cavabdeh iddiaçının tələbinə məhəl qoymayaraq və iddiaçının mülkiyyətini qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh obyekti zəbt etdiyi müddətdə kommunal borclarını ödəməmişdir. Cavabdehdən dəfələrlə obyekti boşaldıb ordan çıxması və X4 bu müddət ərzində əldən çıxmış fayda kimi vurduğu 23.400 ( iyirimi üç min dörd yüz) manat zərərin, avadanlıqlar üçün iddiaçıdan aldığı 4000 (dörd min) manatın, və 10000 (on min) manzat mənəvi zərərin, kommunal borcların ödənilməsi tələb edilsə də, cavabdeh tələbə məhəl qoyulmamışdır. İddiaçı X6 bu müddətdə cavabdehin etdiyi hərəkətlərə görə həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 40C ünvanında yerləşən qeyri-yaşayış sahəsi X6 tərəfindən xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ilə notarial qaydad X9 oğluna icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən, icarəyə verən xx.xx.2024-cü il tarixdən etibarən 600 (altı yüz) manat icarə haqqı olmaqla həmin pulu 2 ayın əvvəlcədən ödəməyi öhdəsinə götürmüş icarəyə verən xx.xx.2024-cü il tarixindən əmlakı icarəçı təhvil verməyi öhdəsinə götürmüşdür. Əks təqdirdə, icarəyə verən icarəçiyə bu öhdəliyin pozulmasına görə 2400 manat ödəməlidir. Cavabdeh əmlakı qanunsuz zəbt etdiyindən iddiaçı əmlakı icarəçiyə vaxtında təhvil verə bilməmiş və icarəçiyə 2400 (iki min dörd yüz) manat ödəməli olmuşdur. İddiaçı cavabdehin bu qanunsuz hərəkətlərinə görə əlavə olaraq 2400 (iki min dörd yüz) manat maddi ziyana düşmüşdür. İddiaçı hazırda ona məxsus mülkiyyətindən istifadə edə bilmir, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-2068/2024 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-2068/2024 nömrəli qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi iddiaçıya məxsus daşınmaz əmlakın cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olduğundan və həmin daşınmaz əmlak Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidlərinin birində deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidlərindən biri olan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdiyindən Mülki Prosessual Məcəllənin 39.1-ci və 36.13-cü maddələrinin tələblərinə əsasən, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında qeyd edilmiş hüquqi mövqeləri nəzərə alınmaqla hazırkı kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2164/2025 nömrəli qərardadı ilə məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iddiaçı X2 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2164/2025 nömrəli qərardadında prosessual hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-cü bəndinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında və elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlarda Cavabdeh qeydiyyat ünvanı Xaçmaz rayonu, Mehrəli Qışlaq kəndinin olması müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisəyə müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilə bilməz və hazırki tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə yurisdiksiyasında baxılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, əvvəldə tərəflər arasında mülkiyyətçi olan iddiaçı və cavabdeh arasında qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı şifahi razılaşma mövcud olmuşdur. Həmçinin həmin qeyriyaşayış sahəsinin təmiri, həmçinin həmin qeyri-yaşayış sahəsinə avadanlıqlar alınması üçün iddiaçı cavabdehə şifahi borc müqavilələri əsasında 4000 manat pul verdiyini iddia ərizəsinə qeyd etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən hal, tərəflər arasında şifahi qaydada həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı razılaşma olmasını təsdiq edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əşya hüquq münasibətlərindən deyil, tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən irəli gəldiyindən, hazırki tələb vindikasiya iddiası olmadığından, hazırki mübahisəyə müstəsna aidiyyət qaydalarında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Odur ki, Bakı Kommersiya Məhkəməsinin ərazi aidiyyəti ilə bağlı mövqeyi əsaslı hesab edildiyindən kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X2 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar