Məhkəmə qərarları › İş №e-2-2(105)-69/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(105)-69/2023

03.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(105)-69/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, mənzil 94 olan Cavabdeh1ndən 21.810 (iyirmi bir min səkkiz yüz on) manat məbləğində əsas borcun, əsas borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla ümumi dəyəri 3.271,5 (üç min iki yüz yetmiş bir manat 50 qəpik) manat məbləğində əlavə borcun, iddia verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manatın, ümumilikdə 25.281,5 (iyirmi beş min iki yüz səksən bir manat 50 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-5444/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab olunmuş və məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, daha sonra hazırlıq iclası xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərə təxirə salınmış və 18 noyabr 2022-ci il tarixli e-2- 2(113)- 5444/2022 nömrəli qərardadla məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə2 “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə” ərizə təqdim edərək, hazırkı iş üzrə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında ərizə təmin olunaraq Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmiş və iş üzrə yenidən hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5444/2022 nömrəli qərardadı ilə kommersiya işi üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Həmin tarixdə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Bakı Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2-2(113)-155/2023 nömrəli qərardadı ilə əvəz olunmuş Cavabdeh2 hüquqi ünvanı ünvan 3ə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2-2(119)-348/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə baxılması üçün göndərilmiş İddiaçı Cavabdeh2nə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(113)-155/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bununla əlaqədar iş materiallarından məlum olur ki, Cavabdeh1 hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, mənzil 94 olan olduğundan İddiaçı xx.xx.2022-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, daha sonra hazırlıq iclası xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərə təxirə salınmış və 18 noyabr 2022-ci il tarixli e-2-2(113)-5444/2022 nömrəli qərardadla məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək, hazırkı iş üzrə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsi ərizəni təmin edərək Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz etmiş, iş üzrə yenidən hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, daha sonra iş üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin olunmuş, həmin tarixdə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və 01 fevral 2023-cü il tarixli, e-2-2(113)-155/2023 nömrəli qərardadla Cavabdeh2 hüquqi ünvanının ünvan 5yyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsi əvəz olunmuş Cavabdeh2 hüquqi ünvanının ünvan 5yyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, Bakı Kommersiya Məhkəməsi işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etmiş, bir neçə hazırlıq iclasları, daha sonra baxış iclasları keçirmiş, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizəsinə əsasən Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əsl cavabdehin hüquqi ünvanı Bakı Kommersiya Məhkəməsinin ərazisində yerləşməsə də, Bakı Kommersiya Məhkəməsi işi aidiyyət qaydalarına riayət etməklə icraatına qəbul etdiyindən və sonradan cavabdehin əsl cavabdehlə əvəz edilməsi nəticəsində işin aidiyyəti Bakı Kommersiya Məhkəməsinə aid olmasa da, iş aidiyyət qaydalarına riayət etməklə icraata qəbul edildiyindən mahiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar