Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(108)-4/2023 26.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)122/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 24 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respubl ikasının Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsi üzrə 33244,39 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 21781,09 manat məbləğində faiz borcu və 161,88 manat məbləğində dəbbə borcu, cəmi 55187,36 manat, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 55,56 manat məbləğində, cəmi 295 manat pulun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, 150 saylı mənzilə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) 118.000 manat məbləğində müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsi üzrə cəmi 55187,36 manat və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 55,56 manat məbləğində cəmi 295 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzilə (tam) tutma yönəldikdə və o satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzilin (tam) boşaldılmış vəziy yətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2022 tarixli, e-2-2(123)-122/2022 saylı qərardadla məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə vəsatət ünvanlayaraq, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə bахılаrkən onun Bakı şəhərində qeydiyyatda olduğunun müəууən edilmədiyini, hazırda qeydiyyatda olduğu Хətаi rауоnu, Zığ şosesi 40, mənzil 60 ünvanında уаşadığını, bu faktın məhkəmə tərəfindən nəzərə alınmadığını, həmçinin tələb оlunan əmlаkın Bakı şəhərində olduğunu, kredit muqaviləsinin Bakı şəhərində bağlanıldığını və müqavilə predmetini təşkil edən əmlаkın Bakı şəhəri, Хətаi rауоnu, Qaçaq Nəbi küçəsi, ev 4, 150 saylı mənzil olduğunu, yaşayış yerinin və iddia olunan əmlakın Bakı şəhərində yerləşdiyini, işə Naxçıvan Мuхtаr Respublikasının Kоmmеrsiуа Мəhkəməsi baxdığından gələcəkdə məhz bu işin obyektiv baxılması üçün sübutların təqdim edilməsində çətinlik yaradacağını, həmçinin məsafənin uzaq olması ilə əlaqədar qeydiyyatda olduğu və yaşadığı Bakı şəhərindən Naxçıvan şəhərinə gedib gəlməyə əlavə məsrəflərinin yaranmasının maddi durumunun daha da pisləşməsinə səbəb olacağını bildirib, Mülki Prosessual Məcəllənin 35, 35.1, 36.1, 36.12, 44.2, 44.2.1-ci maddələrinə istinad edərək iddia ərizəsinin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-22(123)-122/2022 saylı qərardadı ilə Cavabdeh vəsatəti rədd edilmiş, kommersiya mübahisəsinə dair işin Naxçıvan MR Kommersiya Məhkəməsində icraatının davam etdirilməsi qərara alınmışdır. Cavabdeh 27 dekabr 2022-ci il tarixdə elektron qaydada şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (sədrlik edən E.F.Salm anov) 28 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdır. Cavabdeh şikayətində İddiaçı ASC-nin Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 12309 saylı kredit müqaviləsi üzrə 33244,39 manat məbləğində əsas kredit borcunun, kreditdən istifadəyə görə 21781,09 manat məbləğində faiz borcunun və 161,88 manat məbləğində dəbbə borcunun, cəmi 55187,36 manat pulun, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanınd a DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 55,56 manat məbləğində, cəmi 295 manat pulun tutulması, tələbin ona məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, 150 saylı mənzilinə tam yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına ondan xx.xx.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsi üzrə cəmi 55187,36 manat və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 55,56 manat məbləğində cəmi 295 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan ona məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqdan sonra ən geci bir ay ərzində ona məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh ondan tutulması barədə qətnamə qəbul edilməsinin xahiş edildiyini, bununla iddia ərizəsinin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət verdiyini, lakin məhkəmənin vəsatətinin rədd edilməsi barə də qərardad çıxardığını, Naxçıvan Kommersiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edildiyi üçün vəsatətin təmin edilməməsi barədə e-22(123)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etdiyini, həmin qərardadın ləğv edilməli olduğunu, hazırda qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşadığının məhkəmə tərəfindən nəzərə alınmadığını, həmçinin kredit müqaviləsinin Bakı şəhərində bağlanıldığını və müqavilə predmetini təşkil edən əmlakın Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, 150 saylı mənzil olduğunu, yaşayış yerinin və iddia olunan əmlakın Bakı şəhərində yerləşdi yini, kredit müqaviləsi üzrə tələb olunan əmlak Bakı şəhərində yerləşdiyindən işin obyektiv, tam və hərtərəfli araşdırılmasi üçün sübutların Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə təqdim edilməsində çətinlik yarandığını, bu halın onun çətin olan maddi vəziyyətini daha da pisləşdirdiyini bildirib, şikayətinin hüquqi əsası olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 36.1, 36.12, 44.2, 44.2.1 268, 269.2 və 269.3-cü maddələrinə istinad etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün 09 yanvar 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının icraa tına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla İddiaçı ASC-yə və Cavabdeh verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilməsi tək lif edilsə də, iddiaçı və cavabdeh tərəfindən kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Kollegiya verilmiş şikayətə münasibətdə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC 24 noyabr 2 022-ci il tarixdə Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət etmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22(123)-122/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı ilə elektron qaydada göndərilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 19 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan, iddia ərizəsinə əlavə edilmiş (iş vərəqə 45) Cavabdeh məxsus AZE 0******* seriyalı, xx.xx.2011-ci il tarixdə verilmiş və xx.xx.2025-ci il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, Cavabdeh yaşayış yeri Babək rayonunun Cəhri kəndidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddəyə əsasən fiziki şəxsin rəsmi qeydə alındığı yer dedikdə, onun iddianın verildiyi vaxt yaşayış yeri, yəni rəsmi qeydiyyata alındığı yer başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Cavabdeh şikayətində qeyd etdiyi hazırda qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşadığının məhkəmə tərəfindən nəzərə alınmaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş (iş vərəqə 95-96) Cavabdeh məxsus, xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən və digər elektron sistemdən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından (Vəsiqənin nömrəsi: AA4524237) görünür ki, Cavabdeh hazırki yaşayış yeri (qeydiyyatda olduğu yer) Bakı şəhəri, Xətai rayonu, 60 ünvanıdır. İş materiallarına və işin yuxarıda şərh edilmiş hallarına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə cavabdehin iddia qaldırılarkən rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilmiş və həmin tarixdə də məh kəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan Cavabdeh qeydiyyat yeri rəsmi olaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 60 ünvanına dəyişilmişdir. Cavabdeh iddianın verildiyi tarixdə, yəni xx.xx.2022-ci ildə Babək rayon Cəhri kəndində qeydiyyatda olduğundan və iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən kollegiya müvafiq dəlili əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Kollegiya Cavabdeh şikayətdə qeyd etdiyi kredit müqaviləsinin Bakı şəhərində bağlanması və müqavilə predmetini t əşkil edən əmlakın Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, 150 saylı mənzil olması, yaşayış yeri və iddia olunan əmlakın Bakı şəhərində yerləşməsi, işin obyektiv, tam və hərtərəfli araşdırılmasi üçün sübutların Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə təqdim edilməsində çətinlik yaranması, bu halın onun çətin olan maddi vəziyyətini daha da pisləşdirməsi barədə dəlillərini müzakirə edərək əsassız hesab etməklə qeyd edir ki, kredit müqaviləsinin Bakı şəhərində bağlanması və müqavilə predmetini təşkil edən əmlakın Bakı şəhərində olması və s. bu kimi halların qanunvericilikdə müəyyən edilmiş ərazi aidiyyətinin dəyişdirilməsi əsası kimi hər hansı hüquqi qüvvəsi yoxdur və bu əsaslara görə məhkəmə aidiyyətinin dəyişdirilməsi yolverilməzdir. Kollegiya cavabdehin şikayətin in hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci (yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər) və 36.12-ci (Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər) maddələrinə münasibətdə bildirir ki, qanunvericiliyin müvafiq maddələri dispozitiv xarakterli olmaqla, konkret kateqoriyalardan olan işlər üzrə iddianın ərazi aidiyyəti üzrə hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün iddiaçıya seçim hüququ vermişdir və nəzərə almaq lazımdır ki, bel ə seçim hüququ yalnız iddiaçıya məxsusdur. Kollegiya cavabdehin şikayətinin dəlilləri üzrə hüquqi əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin digər maddəsi olan 44.2.1-ci maddəsinə münasibətdə bildirir ki, müvafiq maddədə əvvəlcə yaşayış yeri məlum olmayan cavabdehin işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verdiyi halda məhkəmənin işi başqa məhkəmədə baxılmağa verməsi göstərilmişdir. Kollegiya qeyd edir ki, göstərilən maddədə qanunverici cavabdehin əvvəlcə yaşayış yerinin məlum olmaması halında cavabdehin vəsatəti əsasında işin başqa məhkəməyə verilməsini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə iddia ərizəsinin verildiyi zaman isə cavabdehin yaşayış yeri məlum olmuş, hətta birinci instansiya məhkəməsi tərəfindən cavabdehin həmin tarix də rəsmi qeydiyyatda olduğu yer üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Buna görə də kollegiya müvafiq prosessual maddəyə istinad edilməklə ərazi aidiyyətinin dəyişdirilməsinə münasibətdə həmin dəlili qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkib inin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü i l 28 mart tarixli Qərarları)...Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bu baxımdan kollegiya şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.0 və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ v ardır. Kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsinə əsas olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərаrverdi: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılmas ı tələbi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(108)-4/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2-2(108)-4/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver