Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1/2023 17.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “BP” xxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Cavabdeh3nə qarşı şəhadətnamənin, müqavilənin, çıxarışların etibarsız hesab edilməsi və pul məbləğinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: şəhadətnamənin, müqavilənin, çıxarışların etibarsız hesab edilməsi və pul məbləğinin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “BP” xxx” Şirkətinin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Cavabdeh3nə qarşı şəhadətnamənin, müqavilənin, çıxarışların etibarsız hesab edilməsi və pul məbləğinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “BP” xxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh1 MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı şəhadətnamənin, müqavilənin etibarsız hesab edilməsi və pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi sələfi-ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2016-ci il tarixli torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 MMC-yə ödənilmiş ******* manat pul məbləğinin Cavabdeh1 MMC-dən tutularaq iddiaçı BP Eksploreyşn Limited şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin olaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi olmuş, sonradan əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Səngəçal terminalından başlayaraq Türkiyə sərhədinədək Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə eyni marşrutla davam edir və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşir. Bütövlüklə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə X8 Kəməri Şirkəti cavabdehdir. BP xxx Şirkəti Boru kəməri obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatordur. Boru kəmərinin Azərbaycanda uzunluğu 443 km-dir. Şahdəniz yatağının tammiqyaslı işlənməsi məqsədilə Boru kəmərinin genişləndirilməsi layihəsinə start verilmişdir. Genişləndirmə layihəsi üzrə Azərbaycan boyu ümumən eyni koridor üzrə yeni kəmərin çəkilməsi nəzərdə tutulmuşdur. Bu, kəmər vasitəsilə ixrac olunan qaz həcminin üç dəfə artaraq ildə 20 milyard kubmetrə çatması ilə nəticələnəcəkdir. 21 fevral 2002-ci il tarixdə Azərbaycan Respublikası Hökuməti ilə Boru Kəməri Şirkətinin Səhmdarları arasında Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Saziş imzalanmışdır. TƏMÖH sazişi “Azərbaycan Respublikasında [Boru Kəməri] Layihəyə və bütün CQBK üzrə fəaliyyətlərə münasibətdə Azərbaycan qanunvericiliyinə görə üstünlük təşkil edən hüquqi rejim kimi” qüvvəyə minir “... və Dövlət hakimiyyəti orqanlarının icbari öhdəliyi” kimi tanınır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamına əsasən Bakı-Tbilisi-Ceyhan və X8 Kəmərləri mühafizə zolağının, yerüstü qurğularının və gediş-gəliş yollarının tikintisi və istismarı ilə əlaqədar olaraq dövlət mülkiyyətində olan torpaq sahələri ayrılmış və müvafiq dövlət orqanlarına Bakı-Tbilisi- Ceyhan və X8 Kəmərləri obyektlərinin tikintisi işləri tamamlanana qədər, müəyyən edilmiş mühafizə zolağı daxilində yerləşən torpaq sahələrinə dair hər hansı əqdlərin həyata keçirılmərnəsi və bu proseslərin dondurulması ilə bağlı göstəriş verilmişdir. X8 kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-cı ilin iyul ayından başlayaraq isə həm də X2 1 qazını çatdırır. 28 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə Boru kəməri şirkəti arasında torpaq hüquqlarına dair icarə müqaviləsi bağlanmışdır. Həm Ümumi icarə müqaviləsinin 5.01-ci maddəsinə, həm də TƏMÖH Sazişinin 4.1 (ii) bəndinə əsasən Dövlət Boru kəməri üzrə fəaliyyətin həyata keçirilməsi üçün Boru Kəməri Şirkətinə torpağa dair müstəsna və qeyri-məhdud əmlak hüquqlarını vermişdir. Bundan sonra yaranmış zərurətlə əlaqədar olaraq Ümumi icarə müqaviləsinə 14 yanvar 2015-ci il tarixində 1 saylı əlavə, 26 noyabr 2015-ci il tarixində 2 saylı əlavə və 01 sentyabr 2016-cı il tarixində 3 saylı əlavə imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan təbii qazının dünya bazarına X9 vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” 29 oktyabr 2013-cü il tarixli, 15 nömrəli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar X5 fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, CQBK-nin genişləndirilməsi, X3 və X1 layihələrinin həyata keçirilməsi üzrə Dövlət Komissiyası yaradılmışdır. 09 aprel 2004-cü il tarixli, JN- 4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən xxx rayonunun dövlət ehtiyat fondunun torpaq sahəsindən meyvə ağaclarından ibarət bağ salınması və meyvə şirəsi istehsalı sexinin tikintisi üçün 50 (əlli) il müddətinə 400 (dörd yüz) hektar torpaq sahəsi Cavabdeh1 MMC-yə müvəqqəti istifadəyə verilmişdir. Genişləndirmə Layihəsi ilə əlaqədar torpaqların tikinti məqsədləri üçün ayrılması mərhələsində aparılan inventarlaşdırma işləri zamanı səhvən Boru Kəmərinin tikinti dəhlizinin Cavabdeh1 MMC-yə müvəqqəti istifadə üçün verilmiş 080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələri ilə kəsişəcəyi müəyyən olunmuşdur. Həmin torpaq sahələrinə dair hüquqların Genişləndirmə Layihəsi ilə bağlı Boru Kəməri Şirkətinin xeyrinə əldə edilməsi məqsədilə 22 yanvar 2016-cı il tarixində "xxx” MMC ilə Azərbaycan Respublikasının adından xxx Ravon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilə imzalanmışdır. Məhdudlaşdırma müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC müəyyən edilmiş müddət ərzində sözügedən torpaq sahəsinin üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi öhdəsinə götürmüş, Cavabdeh3 isə bunun qarşılığında Cavabdeh1 MMC-yə ******* (üç milyon yüz min) manat məbləğində kompensasiya ödəməyə razılıq vermişdir. Qeyd 1: Razılaşdırılmış mexanizmə əsasən torpaqlara görə bütün kompensasiyaları Dövlətin adından Boru Kəməri Şirkəti öz vəsaiti hesabına ödəyir. Qeyd 2: 29 yanvar 2016-cı il tarixdə Boru Kəməri Şirkəti Cavabdeh1 MMC-yə çatacaq ******* (üç milyon yüz min) manat məbləğində kompensasiyanı tam olaraq ödəmiş və bu kompensasiya 443 km-lik Boru Kəməri boyunca ödənilmiş ən böyük məbləğ olmuşdur. Kompensasiya ödənildikdən təqribən 2 ay sonra Cavabdeh1 MMC əlavə kompensasiya ödənişi əldə etmək məqsədilə EP Şirkətinə əsassız tələblər irəli sürməyə başlamış və iddia etmişdir ki, guya “Boru Kəməri layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsi dövlət mülkiyyətində olan və 24 mart 2004-cü il tarixli 42 saylı sərəncam əsasında Cavabdeh1 MMC-nın istifadəsinə verilmiş 400 hektar torpaq sahəsinin başqa bir hissəsindən keçir.” BP Şirkəti Cavabdeh1 MMC-nin tələblərinin əsassız olduğunu bildirərək ona əlavə kompensasiya ödənilməsindən haqlı olaraq imtina etmişdir. Bundan sonra, Cavabdeh1 MMC BP Şirkəti və Cavabdeh3nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzıbati-İqtısadi Məhkəməsinə müraciət etmişdir. Sözügedən 2-2(81)-22/2019 saylı işin məhkəmə araşdırması zamanı BP Şirkətinə məlum olmuşdur ki, İN-4634 saylı şəhadətnamə Cavabdeh3 24.03,2004-cü il tarixli 42 savlı sərəncamı və xx.xx.2004-cü il tarixli, 02 -11 icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamış və şəhadətnamənin cizgi planı düzgün tərtib edilməmişdir. Hazırda JN-4634 saylı şəhadətnamə BP Şirkətinin subyektiv hüquqlarını pozduğu üçün həmin şəhadətnamənin və onun əsasında bağlanmış məhdudlaşdırma müqaviləsinin etibarsız sayılması zərurəti yaranmışdır. JN-4634 saylı şəhadətnamədə 24 mart 2004-cü il tarixli, 42 saylı sərəncama və torpağın icarəyə verilməsi haqqında 24 mart 2004-cü il tarixli müqaviləyə istinad edilmişdir. JN-4634 saylı şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Xüsusilə vurğulanır ki, torpaq sahəsi Cavabdeh1 MMC-yə ayrılan ərəfədə Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. Yuxanda qeyd edilən kimi, Sənaye və Energetika Nazirliyi və Boru Kəməri Şirkəti arasında 28 dekabr 2007-ci il tarixində Ümumi icarə müqaviləsi bağlanmış və həmin Ümumi icarə müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2008-ci il tarixli, 2910 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Ümumi icarə müqaviləsinin 5.01-ci maddəsinə əsasən Boru Kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqları Boru Kəməri şirkətinə verilmişdir. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı Əlavəyə əsasən Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 MMC-yə JN-4634 saylı şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin Boru Kəmərinin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə (080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə) münasibətdə hüquqlar 3 saylı Əlavəyə əsasən Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahələrinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir.
4. Cavabdeh1 MMC iddia tələbini qəbul etməyərək, etiraz ərizələri təqdim etmişdir. Etiraz ərizələri onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2016-cı il tarixli müqavilədən çıxarışlardan da göründüyü kimi, müqavilə tərəfləri Cavabdeh1 MMC və Dövlət adından Cavabdeh3 olmuş, müqavilə üzrə kompensasiya məbləği olan ******* manat məbləğində vəsait məhz dövlət tərəfindən MMC-yə ödənilmişdir. Yəni açıq-aşkar görünür ki, “BP” xxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin heç adı belə xx.xx.2016-cı il tarixli müqavilədə olmamış, müqaviləyə Şirkətin aidiyyəti mövcud deyildir. İddia tələbi 3 hissədən ibarət olmaqla, etibarsızlıq və pul tələbinin predmeti xx.xx.2016-cı il tarixli müqavilə olmuş, bu tələbdən süni şəkildə subyektiv hüquq görünüşü yaradan Şirkət Cavabdeh1 MMC-nin adına verilmiş şəhadətnamənin də etibarsızlığını qoymuşdur. Hesab edilir ki, çox bəsit və aydın bir şəkildə "BP” xxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi bu tip iddia tələbləri irəli sürməyə heç bir subyektiv hüquqa malik olmadığından iddia tələblərinin sırf mahiyyətinə dair hər hansı bir dəlilə istinad etməyə lüzum yoxdur. Bundan başqa, iddia tələbinin heç bir əsası yoxdur. Həmin tələb əsassız olmaqla yanaşı, həm də həmin tələblər üzrə iddia müddətləri heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. Ona görə də iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddiasının faktiki əsası kimi istinad edilən müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia isə 3 il sonra qaldırılmışdır. Həmçinin iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. Belə ki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Digər məhkəmələrin icraatında olmuş, habelə müvafiq olaraq Azərbaycan Respoublikası Konstitusiya Məhkəməsi tərəfindən baxılaraq qərar qəbul edilmiş işin hallarından görünür ki, iddiaçı tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) ilə bağlı mülki mübahisə 2016-cı ilin sonlarından etibarən tərəflər arasında mübahisə predmeti olmuşdur. İddiaçı müqavilələri qanunla nəzərdə tutulmuş 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sadalanan xüsusatlar iddiaçının hazırkı iş üzrə iddia tələbinə dair iddiasının iddia müddəti tətbiq edilərək təmin edilməməsi üçün əsasdır.
5. İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə “iddia ərizəsinə mülahizələr” adlı ərizə ünvanlayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli qərardada əsasən iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısına Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı, eyni tarixli 02 saylı icarə müqaviləsi əsasında ayrılmış 400 hektar torpaq sahəsi və bu ilkin torpaq ayırma sənədləri əsasında hazırlanmış JN- 4634 saylı 09 aprel 2004-cü il tarixli şəhadətnamə əsasında müəyyən edilmiş torpaq sahəsi arasında naturada olan uyğunsuzluqlara dair bəzi suallar qoyulmuşdur. Qərardadın ikinci sualı üzrə ekspert tərəfindən qeyd edilmişdir ki, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı, 09 aprel 2004-cü il tarixli şəhadətnamə 400 hektar torpaq sahəsinin Cavabdeh1 MMC-yə icarəyə verilməsinə dair ilkin torpaq ayırma sənədlərinə (Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquluşu planına) uyğun tərtib edilməmişdir. İlkin yerquluşu planında torpaq sahəsi iki hissədən ibarətdir. Şəhadətnamədə torpaq sahəsi üç hissədən ibarətdir. Qərardadın üçüncü sualı üzrə ekspert tərəfindən qeyd edilmişdir ki, ilkin torpaq ayırma sənədlərinə (Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquluşu planına) əsasən Cavabdeh1 MMC-yə icarəyə verilmiş torpaq sahəsi DƏDRX tərəfindən verilmiş seriya RX ******* nömrəli və seriya RX ******* saylı çıxarışlar əsasında X8 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşmir. Nəzərə alınsa ki, DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli və seriya RX ******* saylı çıxarışlar Cavabdeh1 MMC-yə JN-4634 saylı şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin Boru Kəmərinin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə münasibətdə hüquqlarının yüklü edilməsi ilə bağlı verilmişdir, belə bir nəticəyə gəlinər ki, JN-4634 saylı şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sənədlərindəki koordinatları münasibətdə kənara sürüşdürüb və nəticədə JN-4634 saylı şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsi Boru Kəmərinin tikinti dəhlizinin "təsiri altına” düşmüşdür. Məsələ orasındadır ki, ilkin torpaq ayırma sənədləri ilə (Cavabdeh3 Başçısının xx.xx.2004cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquluşu planına) dövlət tərəfindən boru kəmərinin keçəcəyi yer artıq nəzərə alınıb və bu hissəyə dair hüquqlar Cavabdeh1 MMC-yə ötürülməmişdir. JN-4634 saylı şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsinin koordinatlarının ilkin torpaq ayırma sənədlərindəki koordinatlarına münasibətdə kənara sürüşdürülməsinin nəticəsi olaraq, plan cizgidə göstərilən torpaq sahəsi iki hissədən yox, üç hissədən ibarətdir. Ən əsası isə odur ki, iddiaçı yalnız ilkin torpaq ayırma sənədlərini (Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquluşu planına) rəhbər tutaraq və yalnız ilkin plan cizgiyə istinad edilsə, müəyyən etmək olar ki, X8 Kəmərinin layihəsi üçün yer bu sənədlərin tərtib edilmə tarixində artıq müəyyən edilmiş və Boru Kəməri naturada (faktiki) bu ilkin cizgidə göstərilmiş dəhliz üçün ayrılmış yerin daxilində yerləşir (həmin sahə üzrə hüquqlar Cavabdeh1 MMC-yə ötürülməmiş və dövlətin mülkiyyətində saxlanılmışdır).
6. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək, hazırkı iş üzrə Cavabdeh3 işə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və Cavabdeh3 xx.xx.2023cü il tarixdə cavabdeh qismində cəlb edilmişdir.
7. İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə “iddia ərizəsinə mülahizələr” adlı ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh elektron kabinetə xx.xx.2023-cü il tarixdə yüklənmiş etirazında AR Mülki Məcəlləsinin 373.1, 373.2 və 375-ci maddələrinə istinad edərək, iddiaçı tərəfindən 3 (üç) illik iddia müddətinin ötürülməsini göstərmişdir. Bununla bağlı qeyd edilir ki, AR Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, iddianın faktiki əsası kimi istinad edilən xx.xx.2016-ci il tarixli müqavilə bağlanarkən, 09 aprel 2004-cü il tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə düzgün tərtib olunmuş sənəd kimi qəbul edilmiş və beləliklə, səhvən Boru Kəmərinin tikinti dəhlizinin Cavabdeh1 MMC-yə müvəqqəti istifadə üçün verilmiş torpaq sahəsi ilə kəsişəcəyi müəyyən olunmuşdur. İddiaçı ilk dəfə onun hüququnun pozulduğunu cavabdehlə olan digər məhkəmə çəkişməsi zamanı öyrənib. Həmin məhkəmə işi üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuş və xx.xx.2019-cü il tarixli ekspert rəyinin təhqiqat prosesinin təsviri hissəsində, rəyin 4-cü səhifəsində qeyd olunmuşdur ki "...Torpaqdan müvəqqəti istifadə hüququna dair 09 aprel 2004-cü il tarixli, JN-4634 saylı şəhadətnamə Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli 42 saylı Sərəncamı və xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamışdır. İlkin yerquruluşu planında kəmərlərin keçməsi üçün dövlət mülkiyyətində saxlanılmış ərazi ilə şəhadətnamənin cizgisində göstərilən kəmərlərin keçməsi üçün dövlət mülkiyyətində saxlanılmış ərazi üst-üstə düşmür”. Daha sonra, rəydə qeyd edilir ki, “...Naturada çöl-ölçmə işləri aparan zaman məlum olmuşdur ki, kəmərin faktiki yerləşdiyi ərazi ilkin yerquruluşu planına uyğundur və şəhadətnamədə səhvən kəmərlərin keçdiyi dövlət mülkiyyətində saxlanılmış ərazi, faktiki kəmər keçən ərazidən təqribən 200 metr keçdiyi kimi göstərilmişdir". xx.xx.2019-cü il tarixli ekspert rəyi ilə tanış olduğdan dərhal sonra iddiaçı BP şirkəti Cavabdeh1 MMC, DƏDRX və Cavabdeh3nə qarşı öz subyektiv hüququndan istifadə edərək iddia tələblərinin ən yaxın zamanda irəli sürəcəyini qərara almış, nəticədə hazırkı iş üzrə iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2019-cü il tarixdə təqdim edilmişdir. İddiaçı öz hüququnun pozulduğunu xx.xx.2019-cü il tarixdə bildiyinə görə, iddia müddətinin axımının başlanması da məhz həmin tarixdən nəzərə alınmalıdır. Bundan əlavə, cavabdeh etiraz ərizəsində qeyd edir ki, iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl edilməmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, AR Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Nəzərə alınsa ki, iddiaçı ilk dəfə əqdin etibarsız sayılmasına əsas verən halları (ilkin yerquruluşu planın şəhadətnamədəki cizgi ilə üst-üstə düşməməsi və s.) xx.xx.2019-cü il tarixdə öyrəndiyinə görə, iddiaçı 1 (bir) illik kəsici müddəti ötürməmişdir.
8. İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə “iddia ərizəsinə mülahizələr” adlı ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh elektron kabinetə xx.xx.2023-cü il tarixdə yüklənmiş ərizədə “BP” xxx” Şirkətinin xx.xx.2016-cı il tarixdə torpaq sahəsinin uyğunsuzluğundan məlumatlı olduğunu qeyd etmişdir. Cavabdeh tərəf əlavə olaraq elektron kabinetə iddiaçının Azərbaycan Respublikasının energetika nazirinə ünvanlanmış rəsmi məktubu yükləmişdir. Cavabdeh şirkətin yuxarıda qeyd olunan dəlili ilə qəti şəkildə razılaşmayaraq, bildirilir ki, məktubun məzmununun hazırkı işin predmetinə heç bir aidiyyəti yoxdur, tərəflər arasında 2016-ci ildən bəri davam edən başqa bir mübahisə ilə bağlıdır (Cavabdeh1 MMC-nin BP xxx Şirkətinə qarşı boru kəmərinin birincinin istifadəsində olan sahəsinin digər bir hissəsindən keçməsi nəticəsində ona dəymiş əlavə zərərin ödənilməsinə dair). xx.xx.2016-cı il tarixli məktubun mətnində, heç yerdə cavabdeh şirkətinin istifadəsində olan torpaq sahəsinin əslində iki hissədən ibarət olması (xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkinyerquruluşu planına uyğun olaraq) və ya iddiaçıya verilmiş 09 aprel 2004-cü il tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ilkin torpaq ayırma sənədlərə uyğun olmaması kimi məsələlər qeyd olunmur. Əksinə, BP şirkəti məktubda halların təsviri hissəsində yalnız cavabdehin 09 aprel 2004-cü il tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinə istinad edərək, sonuncuya ayrılan torpaq sahəsinin üç hissədən ibarət olmasını qeyd edir, ilkin yerquruluşu planına və ya ayrılmış torpaq sahəsinin əslində iki yerdən ibarət olmasına isə heç yerdə istinad etmir. Məsələ orasındadır ki, o vaxt xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planın surəti iddiaçıda yox idi, sözügedən sənəd sonradan tərəflər arasında mövcud digər məhkəmə mübahisəsi zamanı keçirilən tikinti-texniki ekspertizanın ərəfəsində məhkəməyə ekspertin tələbi ilə cavabdeh özü tərəfindən təqdim olunmuşdur. İddiaçı obyektiv səbəblərdən xx.xx.2019-cü il tarixli ekspert rəyinin məhkəməyə təqdim olunduğu ana qədər sənədlərdə uyğunsuzluq barədə məlumatlı ola bilməzdi. Həmin ana qədər bütün rəsmi sənədlərdə, yazışmalarda, eləcə də xxx İcra Hakimiyyəti və Cavabdeh1 MMC arasında bağlanmış “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilənin mətnində yalnız cavabdeh şirkətə verilmiş 09 aprel 2004-cü il tarixli JN-4634 saylı şəhadətnaməyə və torpaq sahəsinin üç hissədən ibarət olması halına istinad edilmişdir. Nəticədə, əvvəllər qeyd edilən kimi, xx.xx.2019-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim olunmuş və onunla tanış olandan dərhal sonra iddiaçı BP şirkəti Cavabdeh1 MMC, DƏDRX və Cavabdeh3nə qarşı öz subyektiv hüququndan istifadə edərək iddia tələblərinin ən yaxın zamanda irəli sürəcəyini qərara almışdır. Nəticədə, hazırkı iş üzrə iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2019-cü il tarixdə təqdim edilmişdir. Hesab olunur ki, iddiaçı öz hüququnun pozulduğunu xx.xx.2019cü il tarixdə bildiyinə görə, məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətinin axımının başlanması da məhz həmin tarixdən nəzərə alınmalıdır.
9. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi sələfi - ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (xxx rayon şöbəsi) tərəfindən verilmiş 09 aprel 2004-cü il tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2023-cü il tarixli **********0 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, 22 yanvar 2016-cı il tarixində Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 MMC-yə ödənilmiş ******* (üç milyon yüz min) manat pul məbləğinin Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “BP” xxx” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 329.1, 337.5, 706.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50, 66, 109, “Torpaq bazarı haqqında” Qanunun 21-ci maddələrinə istinad olunmuşdur.
11. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və ya nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
12. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 əvvəlki məhkəmə iclasında iştirak edən zaman etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. İş materiallarından görünür ki, 21 fevral 2002-ci il tarixdə Azərbaycan Respublikası Hökuməti ilə Boru Kəməri Şirkətinin Səhmdarları arasında Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Saziş imzalanmışdır.
15. Azərbaycan Respublikası Cavabdeh3 Başçısının xx.xx.2004-cü iltarixli, 42 nömrəli (Cavabdeh1 MMC-yə dövlət ehtiyat torpaq fondundan 400 hektar torpaq sahəsinin verilməsi barədə) sərəncamından görünür ki, rayonun dövlət ehtiyat fondu torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə Cavabdeh1 MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmışdır.
16. Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqında müqavilədən görünür ki, Cavabdeh1 MMC-yə 50 il müddətinə Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı əsasında nar və digər meyvə ağaclarından ibarət bağ salınması, meyvə şirəsi istehsalı sexinin yaradılması məqsədilə dövlət ehtiyat fondundan 400 ha torpaq sahəsi icarəyə verilmişdir.
17. Torpaqdan müvəqqəti istifadə hüququna dair xx.xx.2004-cü il tarixli, JN-4634 nömrəli, kod nömrəsi 50900001 olan şəhadətnamədən görünür ki, şəhadətnamədə gösətrilmiş torpaq sahəsi Cavabdeh1 MMC-yə Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı və xx.xx.2004-cü il tarixli, 02 saylı icarə müqaviləsi ilə xxx rayonunun DEF torpaq sahəsindən meyvə ağaclarından ibarət bağ salınması, meyvə şirəsi istehsalı sexinin tikintisi üçün 50 il müddətinə, o cümlədən 400 hektar əkin sahəsi müvəqqəti istifadə üçün verlmişdir.
18. «xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Dövlət (Dövlətin adından Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilənin 2.02-ci bəndinə əsasən mühafizə zolağı torpağı və tikinti dəhlizi dövlət tərəfindən boru kəməri şirkətinə icarəyə və ya istənilən növ digər istifadəyə veriləcək və boru kəməri şirkəti və onun podratçıları tərəfindən boru kəmərinin genişləndirilməsi ilə bağlı tikinti işlərinin aparılması və genişləndirilmiş boru kəmərinin istismarı üçün lazım olan hər hansı fəaliyyətlərin yerinə yetirilməsi məqsədilə istifadə olunacaqdır, bu şərtlə ki, belə istifadə torpaq istifadəçisinin bu müqavilə əsasında icazə verilən fəaliyyətinə xələl gətirməsin. Tərəflər həmçinin razılaşırlar ki, torpaq istifadəçisi, istifadədə olan torpaq sahəsinin tikinti dəhlizinə düşən hissəsindən tikinti müddəti ərzində istifadə etmək hüququna malik deyildir. Həmin müqavilənin 4.01-ci bəndinin a yarımbəndinə əsasən torpaq istifadəçisinin bu müqaviləyə əsasən mühafizə zolağı torpağından və tikinti dəhlizindən istifadəsinə məhdudiyyətlərin qoyulmasına razılıq verməsinin, torpaq istifadəçisinin bu müqaviləyə əsasən qoyulmuş məhdudiyyətlər nəticəsində məruz qaldığı və ya qala biləcəyi təsirin, itki, ziyan və zərərin (itirilmiş qazancın, əldən çıxmış faydanın və torpaq istifadəçisinin tikinti dəhlizi üzərində yerləşən əmlak, məhsul və bitkilərinin dəyərinin əvəzi də daxil olmaqla), habelə dövlət tərəfindən bu müqavilənin 2.02-ci bəndinə əsasən istifadədə olan torpaq sahəsinin istifadə edilməsinin, eləcə də torpaq istifadəçisinin bu müqavilənin digər müddəalarına razılıq verməsinin əvəzində dövlət, bu müqavilənin imzalandığı və notarial qaydada təsdiq edildiyi tarixdən 10 (on) iş günü ərzində, torpaq istifadəçisinə Qoşma 1, Cədvəl 2-də müəyyənləşdirilmiş məbləğdə (torpaq istifadəçisinin bank hesabına köçürmə yolu ilə) tam və son ödəniş edəcək; b yarımbəndinə əsasən kompensasiya Qoşma 1, Cədvəl 2-də müəyyənləşdirilmiş metodologiya əsasında hesablanır və digər komponentlərlə yanaşı, torpaq istifadəçisinin çəkdiyi və/və ya çəkə biləcəyi mümkün əlavə xərcləri əhatə edir. Kompensasiya məbləği heç bir halda birtərəfli qaydada artırıla və ya azaldıla bilməz; c yarımbəndinə əsasən tikinti müddəti 30 iyun 2018-ci il tarixində və ya həmin tarixdən əvvəl başa çatmazsa (və torpaq istifadəçinin istifadə hüququna həmin tarixədək xitam verilməzsə), dövlət torpaq istifadəçisinə 1 iyul 2018-ci il tarixində başlayan və tikinti müddətinin artırılmış hissəsinin hər 1 (bir) aylıq müddəti üçün Qoşma 1, Cədvəl 2-də müəyyənləşdirilmiş kompensasiya məbləğinin (əmlakın dəyərinin əvəzi istisna olmaqla) 1 (bir) ayına mütənasib olan əlavə məbləğ ödəyəcək (həmin ödənişin torpaq istifadəçisinin istifadə hüququnun qüvvədə olduğu müddətə mütənasib olması şərti ilə). Əgər Əlavə məbləğ ödənilməli olarsa, o, müvafiq müddət başladıqdan sonra 1 (bir) ay müddətində ödənilir; d yarımbəndinə əsasən torpaq istifadəçisinə ödəniləcək kompensasiya və əlavə məbləğ (tədbiq oldunduğu halda) torpaq istifadəçisinə bank köçürməsi vasitəsi ilə ödəniləcək; e yarımbəndinə əsasən bu müqavilənin 4.01-ci maddəsinin (g) bəndinə əsasən torpaq istifadəçisinin əmlakına dayə biləcək zərər və ziyanın əvəzinin ödənilməsi istisna olmaqla, kompensasiya və əlavə məbləğ (tətbiq olunduğu halda) bu müqaviləyə əsasən verilən hüquqlarla bağlı boru kəmərinin tikintisi və ya istismarı ilə əlaqədar olaraq dövlət və ya hər hansı digər təşkilat ya şəxs tərəfindən torpaq istifadəçisinə ödəniləcək yeganə məbləğdir və həmin məbləğdən başqa belə hüquqlara bağlı dövlət (və ya hər hansı digər təşkilat ya şəxs) tərəfindən torpaq istifadəçinə hər hansı əlavə ödəniş edilməyəcək; f yarımbəndinə əsasən torpaq istifadəçisinin texniki işləri tam və lazımı qaydada icra etməsi və tamamlaması şərti ilə, torpaq istifadəçisinin tikinti müddəti ərzində tikinti dəhlizində və istismar müddəti ərzində boru kəməri dəhlizi daxilində mühafizə zolağı torpağında yerləşən əmlakına dəyəcək ziyan və ya zərərin əvəzi, itirilmiş qazancın və əldən çıxmış faydanın əvəzi də daxil olmaqla, torpaq istifadəçisinə ödəniləcək kompensasiya məbləğinə daxildir və belə zərərə və ya ziyana görə torpaq istifadəçisinə heç bir əlavə məbləğ ödənilməyəcək; g yarımbəndinə əsasən torpaq istifadəçisinin texniki işləri tam və lazımı qaydada icra etməsi və tamamlaması, eləcə də torpaq istifadəçisi tərəfindən bu müqavilə ilə mühafizə zolağı torpağına münasibətdə tətbiq edilən məhdudiyyətlərə əməl edilməsi şərti ilə, bu müqavilənin icrası ilə bağlı tikinti müddəti ərzində tikinti dəhlizi xaricində və ya istismar müddəti ərzində boru kəməri dəhlizi xaricində olan mühafizə zolağı torpağında yerləşən torpaq istifadəçisinin əmlakına hər hansı birbaşa ziyan və ya zərər vurularsa, dövlət belə ziyanın və ya zərərin (bu müqavilə üzrə torpaq istifadəçisi tərəfindən texniki işlərin lazımi qaydada yerinə yetlrilməməsi nəticəsində yaranan və ya ortaya çıxan (çıxa biləcək) hər hansı birbaşa və ya dolayı xərc, zərər və itkilərin əvəzi istisna olmaqla, habelə tikinti müddəti zamanı və ondan sonra boru kəməri şirkətinin fəaliyyəti ilə bağlı yaranan və ya ortaya çıxan (çıxa biləcək) hər hansı və bütün dolayı xərc, zərər və itkilərin əvəzi istisna olmaqla) həcminin əvəzini torpaq istifadəçisinə həmin vaxtda olan bazar qiymətlərinə müvafiq ödəyəcəkdir. Əgər torpaq istifadəçisinin əmlakına belə ziyan və ya zərər istifadəçinin istifadədə olan torpaq sahəsinə dair hüquqlarına xitam verildiyi tarixdən sonra dəymiş olarsa, dövlət belə ziyan və ya zərərin əvəzini istifadəçiyə ödəmək öhdəliyinə malik deyildir; h yarımbəndinə əsasən tərəflər razılaşırlar ki, torpaq istifadəçisi, tikinti müddəti zamanı və istismar müddəti zamanı boru kəməri şirkətinin boru kəmərinin genişləndirilməsi ilə əlaqədar fəaliyyəti nəticəsində torpaq istifadəçisinin tikinti dəhlizi və mühafizə zolağı xaricində yerləşən əmlakına (ağaclar, meyvə bağının məhsullan və suvarma sistemi də daxil olmaqla) dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə görə dövləti və boru kəməri şirkətini (onun podratçıları və müəyyən etdiyi digər şəxsləri) hər hansı və bütün məsuliyyətdən azad edir.
19. “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” 22 yanvar 2016cı il tarixli müqaviləyə 1 saylı Qoşmadan görünür ki, tikinti dəhlizi JN-4634 nömrəli Şəhadətnamə əsasında Cavabdeh1 MMC-nin istifadəsində olan 080500005aS (U), 080500005bS (U), 080500005S (U), 080500010S (U) və 080500011S (U) kodlu ümumi sahəsi 5.15069 ha-dan ibarət torpaq sahələrindən keçir, həmin torpaq sahəsi üzərində bir ildən çox yaşı olan cəmi 2200 ədəd bar verən nar kolları ilə bağlı kompensasiya məbləği ******* manat, tikinti dəhlizi torpağına dəyəcək ziyan olaraq 16225 manat və tikinti işləri və əmlaka (suvarma sistemindən ibarət əmlak) dəyən ziyan ******* manat olmaqla ümumilikdə 3 100 000 manat məbləğində kompensasiya Cavabdeh1 MMC-yə ödənilməlidir.
20. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, dövlət reyestrində 61 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində xxx rayonu yerləşən, dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin X8 Kəməri şirkətinin xeyrinə yüklülüyü qeydiyyata alınmış, yüklülüyün növü icarə, əsas Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə Boru kəməri şirkəti arasında bağlanmış xx.xx.2007-ci il tarixində icarə müqaviləsinə xx.xx.2015-ci il tarixli 2 saylı Əlavə, qeydiyyat tarixi xx.xx.2016-cı il olmuşdur. Hüququ yüklü edilən şəxs Cavabdeh3 olmuşdur.
21. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, dövlət reyestrində 60 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xxx rayonu, Veysəli kəndində yerləşən, 4,26017 ha torpaq sahəsinin X8 Kəməri şirkətinin xeyrinə yüklülüyü qeydiyyata alınmış, yüklülüyün növü icarə hüququnun icarəsi, əsas Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə Boru kəməri şirkəti arasında bağlanmış xx.xx.2007-ci il tarixində icarə müqaviləsinə xx.xx.2016-cı il tarixli 3 saylı Əlavə, qeydiyyat tarixi xx.xx.2016-cı il olmuşdur. Hüququ yüklü edilən şəxs Cavabdeh3 ( Cavabdeh1 MMC ilə icarə müqaviləsi) olmuşdur.
22. "xxxx" ASC tərəfindən təsdiq edilmiş 120OCAZ160281005 nömrəli ödəniş tapşırığından görünür ki, “BP” xxx” Şirkətinin Nümayəndəliyi tərəfindən Cavabdeh1 MMCnin hesabına ******* (üç milyon yüz min) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
23. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 217 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan görünür ki, xxx rayonu, Veyisli ərazi dairəsində yerləşən 128.58 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin xeyrinə hüququn yüklü edilməsi qeydiyyata alınmışdır. Yüklülüyün növü icarə, əsas xx.xx.2004-cü il tarixli, JN-4634 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, qeydiyyat tarixi xx.xx.2023-cü il olmuşdur. Hüququ yüklü edilən şəxs Cavabdeh3 olmuşdur.
24. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 217 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan görünür ki, xxx rayonu, Veyisli ərazi dairəsində yerləşən 46.76 ha torpaq sahəsinin Cavabdeh1 MMC-nin xeyrinə hüquq yüklü edilməsi qeydiyyata alınmışdır. Yüklülüyün növü icarə, əsas xx.xx.2004-cü il tarixli, JN-4634 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, qeydiyyat tarixi xx.xx.2023-cü il olmuşdur. Hüququ yüklü edilən şəxs Cavabdeh3 olmuşdur.
25. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 223 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan görünür ki, xxx rayonu, Veyisli ərazi dairəsində yerləşən 200 ha torpaq sahəsinin Cavabdeh1 MMC-nin xeyrinə hüquq yüklü edilməsi qeydiyyata alınmışdır. Yüklülüyün növü icarə, əsas xx.xx.2004-cü il tarixli, JN-4634 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, qeydiyyat tarixi xx.xx.2023-cü il olmuşdur. Hüququ yüklü edilən şəxs Cavabdeh3 olmuşdur.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1536 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1) torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı, 09 aprel 2004-cü il tarixli şəhadətnaməyə əsasən Cavabdeh1 MMC-yə icarəyə verilmiş 400 hektar torpaq sahəsi 28 dekabr 2007-ci il tarixli ümumi icarə müqaviləsinin 26 noyabr 2015-ci il tarixli, 2 saylı əlavəsinə əsasən X8 Kəməri Şirkətinə ötürülmüş və DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlar əsasında X8 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşir; 2) torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı, 09 aprel 2004-cü il tarixli şəhadətnamə 400 hektar torpaq sahəsinin Cavabdeh1 MMC-yə icarəyə verilməsinə dair ilkin torpaq ayırma sənədlərinə (Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli Sərəncamı, xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquruluşu planına) uyğun tərtib edilməmişdir. İlkin yerquruluşu planında torpaq sahəsi iki hissədən ibarətdir. Şəhadətnamədə torpaq sahəsi üç hissədən ibarətdir; 3) torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı, 09 aprel 2004-cü il tarixli şəhadətnamə ilkin torpaq ayırma sənədlərinə uyğun olmadığı təqdirdə ilkin torpaq ayırma sənədlərinə (Cavabdeh3 Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquruluşu planına) əsasən Cavabdeh1 MMC-yə icarəyə verilmiş torpaq sahəsi DƏDRX tərəfindən verilmiş seriya RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlar əsasında X8 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşmir; 4) Cavabdeh1 MMC-nin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 saylı Şəhadətnamə ilə icarəyə verilən 400 ha torpaq sahəsinin konfiqurasiyası müqayisə edilmişdir. İcarəyə verilmiş torpaq sahəsinin və faktiki istifadə vəziyyəti, konfiqurasiyası rəyə əlavə edilmiş sxemdə göstərilmişdir; 5) 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi 28 dekabr 2007ci il tarixli ümumi icarə müqaviləsinin 6 noyabr 2015-ci il tarixli 2 saylı əlavəsinə əsasən X8 Kəməri Şirkətinin ötürülmüş və DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X8 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları yerləşir.
27. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməri olan X8 kəmərinin bütövlüklə istismar əməliyyatlarına və tikintisinə X8 Kəməri Şirkəti cavabdehdir. BP xxx Şirkəti Boru kəməri obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatordur. Şahdəniz yatağının tammiqyaslı işlənməsi məqsədilə Boru kəmərinin genişləndirilməsi layihəsi üzrə Azərbaycan boyu ümumən eyni koridor üzrə yeni kəmərin çəkilməsi nəzərdə tutulmuşdu. 21 fevral 2002-ci il tarixdə Azərbaycan Respublikası Hökuməti ilə Boru Kəməri Şirkətinin Səhmdarları arasında Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Saziş imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan və X8 Kəmərləri mühafizə zolağının, yerüstü qurğularının və gedişgəliş yollarının tikintisi və istismarı ilə əlaqədar olaraq dövlət mülkiyyətində olan torpaq sahələri ayrılmışdır. 28 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə Boru kəməri şirkəti arasında torpaq hüquqlarına dair icarə müqaviləsi bağlanmışdır. Sazişlərə əsasən Dövlət Boru kəməri üzrə fəaliyyətin həyata keçirilməsi üçün Boru Kəməri Şirkətinə torpağa dair əmlak hüquqları vermişdir. Bundan sonra yaranmış zərurətlə əlaqədar olaraq Ümumi icarə müqaviləsinə 14 yanvar 2015-ci il tarixində 1 saylı əlavə, 26 noyabr 2015-ci il tarixində 2 saylı əlavə və 01 sentyabr 2016-cı il tarixində 3 saylı əlavə imzalanmışdır.
28. Azərbaycan Respublikası Cavabdeh3 Başçısının xx.xx.2004-cü iltarixli, 42 nömrəli (Cavabdeh1 MMC-yə dövlət ehtiyat torpaq fondundan 400 hektar torpaq sahəsinin verilməsi barədə) sərəncamı ilə rayonun dövlət ehtiyat fondu torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə Cavabdeh1 MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, İcra Hakimiyyəti ilə Cavabdeh1 MMC arasında xx.xx.2004-cü il tarixli, 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqında müqavilə bağlanmış və Cavabdeh1 MMC-yə qeyd olunan sərəncam əsasında eyni məqsədlə dövlət ehtiyat fondundan 400 ha torpaq sahəsi icarəyə verilmişdir. Bundan sonra MMC-yə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli, JN-4634 nömrəli şəhadətnamə və meyvə ağaclarından ibarət bağ salınması, meyvə şirəsi istehsalı sexinin tikintisi üçün 400 hektar torpaq sahəsi 50 il müddətinə müvəqqəti istifadə üçün verlmişdir. Həmçinin Dövlət Reyestri tərəfindən verilən 11 iyun 2016-cı il tarixli arayışa görə, Şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüququn sahibi Cavabdeh1 MMC müəyyən edilmiş və bu barədə ərizə 25 dekabr 2015-ci il tarixində qeydiyyata alınmışdır (Cavabdeh1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2022-ci il tarixli Qərarı).
29. Genişləndirmə Layihəsi ilə əlaqədar torpaqların tikinti məqsədləri üçün ayrılması mərhələsində Boru Kəmərinin tikinti dəhlizinin Cavabdeh1 MMC-yə müvəqqəti istifadə üçün verilmiş torpaq sahələri ilə kəsişəcəyi müəyyən olunmuş və həmin torpaq sahələrinə dair hüquqların Genişləndirmə Layihəsi ilə bağlı Boru Kəməri Şirkətinin xeyrinə əldə edilməsi məqsədilə 22 yanvar 2016-cı il tarixində "xxx” MMC ilə Azərbaycan Respublikasının adından xxx Ravon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilə imzalanmışdır. Məhdudlaşdırma müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC müəyyən edilmiş müddət ərzində sözügedən torpaq sahəsinin üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi öhdəsinə götürmüş, bunun qarşılığında isə dövlət adından Cavabdeh1 MMC-yə ******* (üç milyon yüz min) manat məbləğində kompensasiya ödənilməyə razılıq verilmişdir. Razılaşdırılmış mexanizmə əsasən torpaqlara görə bütün kompensasiyaları Dövlətin adından Boru Kəməri Şirkəti öz vəsaiti hesabına ödəməli olduğundan 29 yanvar 2016-cı il tarixdə Şirkət Cavabdeh1 MMC-yə ödənilməli olan ******* (üç milyon yüz min) manat məbləğində kompensasiyanı tam olaraq ödəmişdir. Kompensasiya ödənildikdən sonra Cavabdeh1 MMC BP Şirkəti və Cavabdeh3nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzıbati-İqtısadi Məhkəməsinə müraciət etmiş, işin məhkəmə araşdırması zamanı iddiaçıya məlum olmuşdur ki, İN-4634 saylı şəhadətnamə Cavabdeh3 24.03,2004-cü il tarixli 42 savlı sərəncamı və xx.xx.2004-cü il tarixli, 02 -11 icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamış və şəhadətnamənin cizgi planı düzgün tərtib edilməmişdir. Bundan sonra iddiaçı hesab etmişdir ki, JN-4634 saylı şəhadətnamə BP Şirkətinin subyektiv hüquqlarını pozur, ona görə də həmin şəhadətnamənin və onun əsasında bağlanmış məhdudlaşdırma müqaviləsinin etibarsız sayılması və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Hüquqların yüklülüyü yuxarıda qeyd olunduöu kimi dövlət qeydiyyatına alınmışdır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.
31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 1-ci maddəsinə əsasən torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. 50-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının 21 aprel 2006-cı il tarixli, 100-İİİQD nömrəli Qanunu ilə Torpaq Məcəlləsindən çıxarılan 66-cı maddənin 3-cü hissəsinə əsasən torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən biridir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
34. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia təmin oluna bilməz.
35. Belə ki, iddiaçının tələblərindən biri xx.xx.2004-cü il tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin və cavabdehlər «xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Dövlət arasında bağlanmış xx.xx.2016-ci il tarixli torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsindən ibarətdir. İddiaçının iddiasına görə torpaqdan istifadəyə dair verilmiş şəhadətnamə ilkin torpaq ayırma sənədlərinə uyğun tərtib edilsəydi, həmin müqavilənin də bağlanmasına və kompensasiyanın ödənilməsinə zərurət qalmayacaqdı. Ona görə də həmin şəhadətnamə və müqavilə etibarsız sayılmalıdır.
36. Əvvəla, yuxarıda da qeyd olunduğu kimi, Cavabdeh3 Başçısının xx.xx.2004-cü iltarixli, 42 nömrəli sərəncamı ilə rayonun dövlət ehtiyat fondu torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə Cavabdeh1 MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, həmçinin sərəncam əsasında İcra Hakimiyyəti ilə Cavabdeh1 MMC arasında MMC-yə həmin müddətə və həmin məqsədlə dövlət ehtiyat fondundan 400 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2004-cü il tarixli, 02 saylı müqavilə bağlanmış, meyvə ağaclarından ibarət bağ salınması, meyvə şirəsi istehsalı sexinin tikintisi üçün 400 hektar torpaq sahəsinin 50 il müddətinə müvəqqəti istifadəsinə dair xx.xx.2004-cü il tarixdə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nömrəli şəhadətnamə verlmişdir. Şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüququn sahibi Cavabdeh1 MMC müəyyən edilmiş və bu barədə ərizə 25 dekabr 2015-ci il tarixində qeydiyyata alınmışdır. Daha sonra Genişləndirmə Layihəsi ilə bağlı Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə Boru kəməri şirkəti arasında 28 dekabr 2007-ci il tarixində bağlanmış Ümumi icarə müqaviləsinə 2015-1016-cı illərdə əlavələr imzalanmışdır. Həmin Layihə ilə əlaqədar torpaqların tikinti məqsədləri üçün ayrılması mərhələsində Boru Kəmərinin tikinti dəhlizinin Cavabdeh1 MMC-yə müvəqqəti istifadə üçün verilmiş torpaq sahələri ilə kəsişəcəyi müəyyən olunmuş və həmin torpaq sahələrinə dair hüquqların Genişləndirmə Layihəsi ilə bağlı Boru Kəməri Şirkətinin xeyrinə əldə edilməsi məqsədilə 22 yanvar 2016-cı il tarixində "xxx” MMC ilə Azərbaycan Respublikasının adından xxx Ravon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilə bağlanmışdır.
37. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.
38. Yuxarıda qeyd olunan halları nəzərə alaraq, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı ilkin torpaqayırma sənədlərinə uyğun tərtib edilmədiyinə görə 2004-cü ildə dövlət orqanı tərəfindən verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etməyə, yəni həmin iddianı qaldırmağa dair subyektiv hüquqa malik deyil. Belə ki, razılaşdırıldığı kimi, MMC-yə 400 ha torpaq sahəsi müvafiq sərəncam əsasında ayrılmış, müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilmiş, torpaq hüquq münasibətləri dövlət orqanı ilə hazırkı hüquqi şəxs arasında yaranmışdır.
39. Eləcə də məhkəmənin qənaətinə əsasən etimadın qorunması prinsipinin vacibliyi hazırkı halda xüsusi olaraq vurğulanmalıdır. Belə ki, şəhadətnamə ilkin torpaqayırma sənədlərinə uyğun tərtib edilməsə də, hüquqi şəxs müqavilə və aktlara etibar edərək, dövlət orqanının davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmiş, onun məzmununa uyğun davranmış və ona etimad göstərmiş, ona ayrılmış torpaq sahəsində müvafiq fəaliyyəti həyata keçirmişdir. Ona görə də torpaq istifadəçisi istənilən halda həmin torpaq sahəsi üzərində həyata keçirilən fəaliyyətlə əlaqədar ona dəyən ziyanla bağlı kompensasiya almaq hüququna malik olmuşdur.
40. Cavabdeh1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2022-ci il tarixli Qərarında deyilir: “Konstitusiya Məhkəməsinin Plenumu bir daha etimadın qorunması prinsipinin vacibliyini vurğulayaraq qeyd edir ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərar)”.
41. Qərarda həmçinin qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul il tarixli Qərarı). Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə etdiyini güman edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
42. "xxx” MMC ilə Azərbaycan Respublikasının adından xxx Ravon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqaviləyə gəlincə isə həmin müqavilənin tərəfləri qeyd olunduğu kimi, "xxx” MMC ilə Dövlət (dövlətin adından xxx Ravon İcra Hakimiyyəti çıxış etmişdir) olmuş, tərəflər arasında müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmış, müqavilədə qarşılıqlı hüquq və vəzifələr müəyyən edilmişdir. Müqavilə əsasında kompensasiyanın ödənilməsinə gəlincə isə həmin münasibətlər dövlətlə hüquqi şəxs arasında yaranmış, kompensasiyanın dövlət tərəfindən hüquqi şəxsə ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Qeyd olunduğu kimi, razılaşmaya görə dövlətin adından kompensiyalar şirkət tərəfindən ödənilməli olduğuna görə həmin məbləği də Şirkət etirazsız ödəmişdir. Kompensasiyanın Şirkət tərəfindən ödənilməsi ilə bağlı münasibətlər razılaşma əsasında dövlətlə Şirkət arasında yaranmışdır. Eləcə də Şirkətin istifadəsinə verilən torpaqlarla bağlı münasibətlər dövlətlə Şirkət arasında yaranmışdır.
43. xx.xx.2016-ci il tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilənin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar, iddianın hüquqi əsasları müəyyən edilmir.
44. Ona görə də iddia şəhadətnamə və müqavilənin etibarsız sayılması hissələrində rədd olunmalıdır.
45. İddia tələbi əsas hissələrdə rədd olunduğundan, digər hissələr də həmin hissələrlə bağlı olduğundan iddia tələbi digər hissələrdə də təmin olunmamalıdır.
46. İddia rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
47. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçı “BP” xxx” Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçı “BP” xxx” Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova