Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1001/2025 15.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Aqrar Sığorta Fondunun nümayəndəsi X3, "xxxx" MMC-nin (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair, iddiaçı "xxxx" MMC-nin (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair iş Şirvan Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(121)-807/2025 nömrəli qərardadı ilə hazırki işlə bir icraatda birləşdirilmişdir. Məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1001/2025 saylı iş üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) “borcun silinməsi və dəymiş zərərin ödənilməsi tələbinə” dair və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair mülki işə baxılarkən, məhkəmə icraatı zamanı tərəflər aşağıdakı məzmunda barışıq sazişi bağlayırlar:
1. İddiaçı "xxxx" MMC-yə qarşı “borcun silinməsi və dəymiş zərərin ödənilməsi tələbinə” dair iddia tələbindən imtina edir.
2. "xxxx" MMC İddiaçı qarşı “pul tələbinə” dair iddia tələbindən imtina edir.
3. "xxxx" MMC İddiaçı dəymiş zərərə görə 5000 (beş min) manat məbləğində vəsaitin onun bank hesabına köçürülmə yolu ilə hazırki “Barışıq Sazişi” məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən 15 iş günü ərzində ödənilməsini öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının İddiaçı iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə "xxxx" MMC (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1001/2025 saylı iş üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) “borcun silinməsi və dəymiş zərərin ödənilməsi tələbinə” dair və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair mülki işə baxılarkən, məhkəmə icraatı zamanı tərəflər aşağıdakı məzmunda barışıq sazişi bağlayırlar:
1. İddiaçı "xxxx" MMC-yə qarşı “borcun silinməsi və dəymiş zərərin ödənilməsi tələbinə” dair iddia tələbindən imtina edir.
2. "xxxx" MMC İddiaçı qarşı “pul tələbinə” dair iddia tələbindən imtina edir.
3. "xxxx" MMC İddiaçı dəymiş zərərə görə 5000 (beş min) manat məbləğində vəsaitin onun bank hesabına köçürülmə yolu ilə hazırki “Barışıq Sazişi” məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən 15 iş günü ərzində ödənilməsini öhdəsinə götürür. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi, iddiaçı "xxxx" MMC-nin (əvvəlki adı: MKT İstehsalat Kommersiya MMC) cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov