Məhkəmə qərarları › İş №e-2-2(113)-1004/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1004/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1004/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə 35230,63 manat əsas, 4727,93 manat faiz və 273,59 manat cərimə borcu olmaqla, ümumilikdə 40232,15 manat məbləğində borcun, 210,70 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının İddiaçı ASC-in xeyrinə ödənilməsi, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 8, mənzil 14 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracda yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: 1. Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə 35230,63 manat əsas, 4727,93 manat faiz və 273,59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 40232,15 manat məbləğində borcun, 210,70 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının İddiaçı ASC-in xeyrinə ödənilməsi; 2. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 8,mənzil 14 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracda yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəmə iclasında Cavabdeh1 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəmə iclasında Cavabdeh2 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəmə iclasında cavabdeh X3 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 30 sentyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki:

1. Cavabdehlər İddiaçı ASC-yə 17 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 20982,15 manat (əsas borc – 15980,63 manat, faiz borcu – 4727,93 manat və cərimə borcu – 273,59 manat) borcunun olmasını qəbul edir.

2. Borclular 20982,15 manat qalıq borc məbldğini 21 ay müddətinə (ilk ödəniş 15 oktyabr 2025-ci il tarixdən başlanmaqla 14 iyun 2027-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür:

Ödəniş № Ödənişin tarixi Ödənişin məbləği Kreditin qalığı 1 15 oktyabr 2025 1 000 19982.15 2 14 noyabr 2025 1 000 18982.15 3 15 dekabr 2025 1 000 17982.15 4 15 yanvar 2026 1 000 16982.15 5 13 fevral 2026 1 000 15982.15 6 13 mart 2026 1 000 14982.15 7 15 aprel 2026 1 000 13982.15 8 15 may 2026 1 000 12982.15 9 16 iyun 2026 1 000 1 1982.15 10 15 iyul 2026 1 000 10982.15 11 14 avqust 2026 1 000 9982.15 12 15 sentyabr 2026 1 000 8982.15 13 15 oktyabr 2026 1 000 7982.15 14 13 noyabr 2026 1 000 6982.15 15 15 dekabr 2026 1 000 5982.15 16 15 yanvar 2027 1 000 4982.15 17 15 fevral 2027 1 000 3982.15 18 15 mart 2027 1 000 2982.15 19 15 aprel 2027 1 000 1982.15 20 14 may 2027 1 000 982.15 21 14 iyun 2027 982.15 0.00 Cəıni 20982.15

3. Borclu bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun, girov azad olunsun, 210,70 manat məhkəmə rüsumu güzəşt olunsun və borcun olmaması barədə arayış təqdim olunsun.

4. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 8, m. 14 ünvanında yerləşən mənzilin tərəflərin qarşılıqlı razılığına əsasən bazar dəyəri 120000 manat, likvid dəyəri 105000 manat məbləğində müəyyən edilsin.

5. Gecikmə günü mümkünlüyü 1 ay üzrə maksimum 3 gün, ümumilikdə 10 gün olaraq müəyyən edilsin.

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, borcludan ümumi qaydada tələb olunsun.

7. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

9. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin maddələrinin tələbləri izah edilmişdir.

11. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

12. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində, xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Cavabdehlər İddiaçı ASC-yə 17 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 20982,15 manat (əsas borc – 15980,63 manat, faiz borcu – 4727,93 manat və cərimə borcu – 273,59 manat) borcunun olmasını qəbul edir.

2. Borclular 20982,15 manat qalıq borc məbldğini 21 ay müddətinə (ilk ödəniş 15 oktyabr 2025-ci il tarixdən başlanmaqla 14 iyun 2027-ci il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür:

Ödəniş № Ödənişin tarixi Ödənişin məbləği Kreditin qalığı 1 15 oktyabr 2025 1 000 19982.15 2 14 noyabr 2025 1 000 18982.15 3 15 dekabr 2025 1 000 17982.15 4 15 yanvar 2026 1 000 16982.15 5 13 fevral 2026 1 000 15982.15 6 13 mart 2026 1 000 14982.15 7 15 aprel 2026 1 000 13982.15 8 15 may 2026 1 000 12982.15 9 16 iyun 2026 1 000 1 1982.15 10 15 iyul 2026 1 000 10982.15 11 14 avqust 2026 1 000 9982.15 12 15 sentyabr 2026 1 000 8982.15 13 15 oktyabr 2026 1 000 7982.15 14 13 noyabr 2026 1 000 6982.15 15 15 dekabr 2026 1 000 5982.15 16 15 yanvar 2027 1 000 4982.15 17 15 fevral 2027 1 000 3982.15 18 15 mart 2027 1 000 2982.15 19 15 aprel 2027 1 000 1982.15 20 14 may 2027 1 000 982.15 21 14 iyun 2027 982.15 0.00 Cəıni 20982.15

3. Borclu bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun, girov azad olunsun, 210,70 manat məhkəmə rüsumu güzəşt olunsun və borcun olmaması barədə arayış təqdim olunsun.

4. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 8, m. 14 ünvanında yerləşən mənzilin tərəflərin qarşılıqlı razılığına əsasən bazar dəyəri 120000 manat, likvid dəyəri 105000 manat məbləğində müəyyən edilsin.

5. Gecikmə günü mümkünlüyü 1 ay üzrə maksimum 3 gün, ümumilikdə 10 gün olaraq müəyyən edilsin.

6. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, borcludan ümumi qaydada tələb olunsun.

7. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

9. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin maddələrinin tələbləri izah edilmişdir.

11. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

12. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində, xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar