Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1005/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 oktyabr 2021-ci il tarixli, 33 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 16599.64 manat borcun və mediasiya xərci üçün ödənilmiş 200 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 oktyabr 2021-ci il tarixli 33 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı”ya sözügedən müqaviləyə əsasən alqı-satqı obyekti olan malın adı və miqdarı qaiməfakturaya əsasən müəyyən edilərək ödənilməlidir. Müqavilənin 3.3 bəninə əsasən “satıcı” tərəfindən “alıcı” ya təqdim olunan malların dəyəri e-qaimə və E-VHF təqdim olunduqdan sonra 7 (yeddi) gün ərzində “satıcı” nın hesablaşma hesabına ödənilir. Cavabdeh müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən götürdüyü 18431.28 AZN məbəğdə mallara dair ödənişdən bir hissəsini, yəni 1831.64 AZN məbləğdə ödəniş etmişdir, lakin ödənilməli olan 16599.64 AZN məbləğdə pul hazıradək ödənilməmiş olaraq qalmaqdadır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin direktoru Nümayəndəla ödənilməli olan 16599.64 AZN məbləğdə borcun ödənilməsi barədə dəfələrlə danışıqlar aparılmışdir. Danışıqların nəticəsi olaraq Cavabdeh MMC-nin direktoru Nümayəndə İddiaçı MMC-yə 16599.64 AZN məbləğdə borcu olduğunu və borcun 2 (iki) ay müddətinə ödəyəcəyini, xx.xx.2022-ci il tarixində FƏRƏH-M” MMC-nin rəhbərliyinə yazdığı ərizə ilə təsdiq etmişdir. Ərizədə qeyd edilən 2 (iki) ay müddətində bitməsinə baxmayaraq borc məbləği ödənilməmiş qalmaqdadır. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “alıcı” Cavabdeh MMC “satıcı” olmaqla imzalanmış 01 oktyabr 2021 tarixli 33 saylı alğı-satqı müqaviləsinə əsasən “satıcı” 2-ci maddədə göstərilən malı “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 3.3 bəndə əsasən “satıcı” tərəfindən “alıcı” ya təqdim olunan malların dəyəri e-qaimə və E-VHF təqdim olunduqdan sonra 7 (yeddi) gün ərzində “satıcı” nın hesablaşma hesabına ödənilir. Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş Cavabdeh MMC-nin direktoru Nümayəndə tərəfindən imzalanmış 25 yanvar 2022 tarixli ərizədə İddiaçı MMC ilə bağlanılmış 2021-ci il tarixli 33 nömrəli alqı-satqı müqaviləsi üzrə 16.599,64 manat borcun olduğu bildirilmiş, borcun ödənilməsi üçün 2 ay möhlət tələb edilmişdir. "xxxx" MMC-yə məxsus malların təhvil-qəbul aktına əsasən cəmi 18.431,28 manat məbləğində malların təhvil verilməsi qeyd edilmişdir. Daşdəmirov təhvil verən, Məmmədov təhvil alan kimi aktı imzalamışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021 tarixli EBBM seriyalı 619792 nömrəli elektron qaiməyə əsasən 18.430,66 manat məbləğində malların dəyərinin ödənilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2022 tarixli 02376 saylı mediasiya arayışından məlum olur ki, 200 manat mediasiya xərci Cavabdeh MMC tərəfindən ödənilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yaranmasının iş materialları ilə sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Hazırda iddiaçının alğı-satqı müqaviləsi əsasında cavabdehə ümumilikdə 18.430,66 manat məbləğində malların təhvil verilməsi öz təsdiqini tapır. Bundan başqa Cavabdeh MMC-nin direktoru Nümayəndə cavabdehə yazdığı ərizəsində 16599.64 manat borcunun olduğunu bildirmiş, bundan başqa məhkəmə iclasları barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Belə olan halda məhkəmə işin qeyd edilən hallarını, eyni zamanda cavabdeh tərəfindən müqavilənin 3.3 bəndinin tələblərinin pozulduğunu nəzərə alaraq hesab edir ki, 16599.64 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16.599,64 (on altı min beş yüz doxsan doqquz manat altmış dörd qəpik) manat və mediasiya xərci üçün ödənilmiş 200 (iki yüz) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1005/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1005/2023
27.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver