Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1007/2020 01.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (ərizənin baxılmamış saxlanılması haqqında) Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının, iddiaçının nümayəndəsi X1 cavabdeh nümayəndəsi və vəkili Əyyubova Şəms Məzəddin qızının iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Elmi İstehsalat Şirkətinə qarşı “pul tələbinə” tələbinə dair iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Elmi İstehsalat Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili pretenziya məktubunun və iddia ərizəsinin cavabdehə təqdim edilmədiyini, 2019-cu ilin aprel ayında göndərilmiş məktubun başqa məhkəmə prosesi dövründə göndərildiyini, iddia ərizəsinin cavabdeh tərəfindən surətinin alınmamasını, iddiaçı tərəfindən qeyd olunan və məktubların göndərildiyi ünvanda hüququi şəxsin yerləşmədiyini bildirmişdir . İddiaçının nümayəndəsi ünvanın hüququi ünvan deyil başqa ünvan olaraq göstərilməsi və pretenziya məktubunun, iddia ərizəsinin surətinin həmin ünvana göndərilməsinin səbəbi kimi cavabdehlə bütün yazışmaların bu ünvandan aparılması olaraq bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Kommersiya qurumalrının dövlət reyestr məlumatlarından çıxarışın surətindən görünür ki, Cavabdeh Elmi İstehsalat Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 2a/37 , məhəllə 865 kimi qeyd edilmişdir.İddiaçı tərəfindən isə məktublar bşqa ünvana göndərillmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməsi və iddia ərizəsinin surətini cavabdehə təqdim etməsi barədə məhkəməyə sübut təqdim etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPMnin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Elmi İstehsalat Şirkətinə qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1007/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1007/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver