Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1008/2025 20.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə qarşı borcun silinməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair birləşdirilmiş işlər (açar sözlər: alqı-satqı, borcun ödənilməsi, müqavilənin ləğv edilməsi, pul) X31 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul, Cavabdeh1 MMC-nin İddiaçı qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “MKT-Ağcabədi” filialı tərəfindən iddiaçıya hesablanmış 2778 manat 66 qəpik borcun silinməsi, iddiaçıya dəymiş maddi ziyanın – 13061 manat 34 qəpik pulun və ödədiyi 130 manat dövlət rüsumunun cavabdehlər "xxxx"xxxx"xxxx" ASC-nin hesabından tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı adlandırılacaq) cavabdeh "xxxx" MMC-nin adından REF/2765/2022 saylı, xx.xx.2022 tarixli etibarnamə əsasında çıxış edən “MKT-Ağcabədi” filialı (bundan sonra cavabdeh adlandırılacaq) ilə 21 fevral 2023-cü il tarixdə 23285375 saylı “2023-cü il mövsümü üzrə xam pambığım alqı-satqısına dair” Pambığın alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin (yəni, aqranom məsləhətləri, kənd təsərüfatı texnikası ilə iddiaçının sahəsində aparılan aqrotexniki işlər, toxum, gübrə, pesitisidlərin və avans ödənişlərin verilməsi) cavabdeh tərəfindən iddiaçıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, iddiaçı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə cavabdehə təhvil verilib satılması və cavabdeh tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur. 2. Həmçinin Müqavilə bağlanan zaman əkiləcək pambıq məhsulunun sığortalanması üçün iddiaçı tərəfindən aqrar sığorta üçün “Sifariş ərizəsi” cavabdehə verilmişdir. Qarşılıqlı razılaşmaya əsasən fermerlər tərəfindən sığorta üçün sifariş ərizəsi cavabdehə verilir, cavabdeh isə çiyid torpağa səpilən vaxtdan etibarən məhsulun sığortalanması prosesini həyata keçirməli idi. İş materiallarına əlavə edilmiş xərclər cədvəlindən də görünür ki, iddiaçının sahəsində xx.xx.2023-cü il tarixində çiyid səpini aparılmış, buna baxmayaraq cavabdeh şirkət səhlənkarlıq etmiş və iddiaçının məhsulunun sığortalanmasını ləngitmiş, bu barədə isə iddiaçıya heç bir məlumat verməmişdir. 3. xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Qaraxanlı kəndinə güclü dolu yağmış, nəticədə 26 nəfər fermerin pambıq məhsulu, eləcə də iddiaçının pambıq məhsulu tamamilə məhv olmuşdur. Bununla bağlı Ağcabədi DAİM-in və cavabdeh şirkətin əməkdaşları sahəyə baxış keçirmiş və akt tərtib olunmuşdur (aktın surəti əlavə olunub). Zərər çəkmiş şəxslərin siyahısı cədvəlindən də görünür ki, iddiaçının sahəsi məhv olmuşdur. 4. Dolu yağma hadisəsindən sonra cavabdeh şirkətin filialına müraciət edən zaman iddiaçıya məlum olub ki, onun sahəsi hələ də sığortalanmayıb. xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus 4 hektar sahənin sığortalanması ilə bağlı digər cavabdeh “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC-nin iddiaçının dolu vurararaq məhv olmuş pambıq məhsulunun elektron qaydada sığortalanmasını və iddiaçının üzərinə əlavə sığorta xərclərinin yazılmasını öyrənib. Onu da qeyd edək ki, əgər iddiaçı sığorta üçün müraciət etməmişdimsə, niyə iddiaçının sahəsinin sığortalanması üçün sığorta şirkətinə xx.xx.2023-cü il tarixdə ödəniş olunub və 25 iyun tarixində sığortalanıb və ya əgər iddiaçı gec müraciət etmişdirsə niyə olmayan məhsul (dolu vuraraq məhv olmuş məhsul) sığortalanıb, halbuki xx.xx.2023-cü il tarixdə dolu vurmuş sahələrlə bağlı tərtib olunmuş aktda cavabdeh şirkətin əməkdaşları iştirak ediblər və iddiaçının sahəsinin dolu vuraraq məhsulun məhv olmasını təsdiqləyiblər. (xx.xx.2023-cü il tarixli akt əlavə olunub) 5. İddiaçının əkmiş olduğu pambıq məhsulunun vaxtında sığortalanması üçün ərizə verməsinə baxmayaraq cavabdeh “MKT-Ağcabədi” filialının səhlənkarlığı ucbatından vaxtında sığortaya verilməməsi nəticəsində sığortalanmaması, digər cavabdeh “Aqrar Sığortaçı”nın isə məhv olmuş məhsulu (olmayan məhsulu) sığortalaması hər iki cavabdeh şirkətin məsuliyyətsizliyini bir daha göstərmiş olur. "xxxx" ASC elektron qaydada yəni xx.xx.2023—xx.xx.2023-cü il tarixləri əhatə edən sığorta şəhadətnaməsi bağlamışdır. xx.xx.2023-cü il tarixdə qeyd olunan pambıq sahəsinə dolu yağmış və nəticədə bütün məhsul zədələnib korlanmışdır. Pambıq sahəsinin sığortalanmasına baxmayaraq ora dəymiş zərər maddi olaraq iddiaçının adına xərc olaraq yazılmışdır. Sığorta edənin məsuliyyətsizliyi. nəticəsində pambıq sahəsinə dəyən maddi ziyan ödənilməmişdir. Həmçinin onu da məhkəmənin diqqətinə çatdıraq ki, sığorta edənin məsuliyyətsizliyinə görə sığorta şəhadətnaməsinın bağlanma müddəti gecikmişdir. 6. Hörmətli Məhkəmə, yuxarıda yazılanlardan da görünür ki, iddiaçı müqavilənin şərtlərinə əsasən öz öhdəliklərini layiqincə yerinə yetirsə də, cavabdehlərin məsuliyyətsizliyi nəticəsində iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh “MKT-Ağcabədi” ilə iddiaçı arasında 4 hektar ərazidə pambığın alqı-satqı müqaviləsi bağlanmışdır. “Aqrar Sığortaçı”nın sənədlərindən də görünür ki, iddiaçının 4 hektar sahəsi bir hektar üzrə məhsuldarlıq 40 sentner olmaqla sığortalanıb. 4 hektar pambıq sahəsindən 40 sentnerlə 16000 kq məhsul verməli idi. Dəyəri isə şirkətin alış qiyməti 1 kq üçün 0.80 AZN və dövlət tərəfindən verilən 1 kq məhsul üçün 0.19 AZN subsidiya ödənişini nəzərə alsaq ümumi olaraq 1 kiloqram pambıq məhsulunun dəyəri 0.99 AZN təşkil edir. 16000 kiloqram pambıq məhsulu 0.99 AZN-dən 15840 manat təşkil edir. Cavabdeh “MKT-Ağcabədi” filialı tərəfindən isə iddiaçıya 3801.43 manatlıq mal verilib və aqrotexniki işlər görülüb, yəni iddiaçının borcu yaranıb. İş materiallarına əlavə olunmuş pambıq qəbulu qəbzlərindən də görünür ki, iddiaçı cavabdehə 1022.77 manat dəyərində məhsul vermiş və məhsulu verdikdən sonra iddiaçının cavabdehə 2778.66 manat borcu qalıb.
7. İş materiallarından da göründüyü kimi iddiaçının 4 ha sahəsi sığortalanması nəticəsində iddiaçı 4 hektar ərazidən 40 sentnerlə 16000 kq məhsul, yəni 15840 manat əldə etməli idi ki, bununda 2778.66 manatını cavabdehə olan borcunu bağlamalı idi və 13061.34 manat pul əldə etməli idi. Ancaq, cavabdehlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində bu zərər iddiaçıya ödənilməyib. Dəymiş zərərin ödənilməsi ilə bağlı iddiaçının dəfələrlə şifahi müraciətlərinə və rəhbərliyinin qəbulunda olmasına baxmayaraq hələ də ödənməyib.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh “MKT- Ağcabədi” filialının əsl Cavabdeh1 MMC ilə əvəz edilməsini xahiş etmiş, cavabdeh “MKT-Ağcabədi” filialı Cavabdeh1 MMC tərəfindən iddiaçıya hesablanmış 2778 manat 66 qəpik borcun silinməsi, iddiaçıya dəymiş maddi ziyanın – 13061 manat 34 qəpik pulun və ödədiyi 130 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-nin hesabından tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)- 791/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı iddia tələbinə dair e-2-2(121)-791/2025 nömrəli iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" ASC-yə qarşı iddia tələbinə dair e-2-2(113)- 1008/2025 nömrəli işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı Kommersiya Məhkəməsinə verilməsi qərara alınmışdır.
5. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 2778 manat 66 qəpik, hesablanmış cəriməyə görə 1124 manat 93 qəpik və ödənilmiş dövlət rüsumuna görə 59,03 manat olmaqla,cəmi 3 962 manat 62 qəpik pulun alınaraq Cavabdeh1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6. II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, özü tərəfindən verilmiş iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 MMC-nin ona qarşı iddiasının rədd edilməsini xahiş etdi.
8. Cavabdeh1 MMC-nin nümayəndəsi tərəflərindən verilən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İddiaçı tərəfindən Cavabdeh1 MMC-nə qarşı iddiasının rədd edilməsini xahiş etdi. III. Məhkəmə baxışının hədləri:
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
11. İddiaçı (bundan sonra iddiaçı adlandırılacaq) cavabdeh "xxxx" MMC-nin adından REF/2765/2022 saylı, xx.xx.2022 tarixli etibarnamə əsasında çıxış edən “MKT- Ağcabədi” filialı (bundan sonra cavabdeh adlandırılacaq) ilə 21 fevral 2023-cü il tarixdə 23285375 saylı “2023-cü il mövsümü üzrə xam pambığım alqı-satqısına dair” Pambığın alqı-satqı müqaviləsi bağlamışdır.. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 2023-cü il mövsümü üzrə xampambığın istehsalı və alqı-satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə hüquq və vəzifələrinin tənzimlənməsindən ibarətdir. - 2.1.2-ci bəndinə əsasən cavabdeh 1.00 ha sahədə pambıq əkib və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və Tədarükü üzrə təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərə alıcının mülkiyyətinə təhvil verilməsini öhdəsinə götürmüşdür. - 2.2.2-ci bəndinə əsasən tədarükçü aqrotexniki normaların tələblərinə uyğun alıcı tərəfindən təsərrüfata avans olaraq nağd pul da verə bilər. - 3.1-ci bəndinə əsasən alıcı satıcının təhvil verdiyi xam pambığın dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təçkil edən “Qiymətlərin razılaşdırma protokoluna” müəyyən olunmuş satınalma qiymətlərinəuyğun olaraq alış tarixidən 15 ban günü ərzində satıcıya ödəməlidir. - 4.1-ci bəndinə əsasən alıcı bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.01% miqdarında, lakin ödənilməyən məbləğin 0,5 faizindən artıq olmamaq şərtilə, təsərrüfata cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.
12. "xxxx" MMC-nin 06 may 2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC arasında pambığı sahələrinin sığortalanması müqaviləsi xx.xx.2023-cü il tarixindən sonra imzalanmışdır.
13. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli X3 əsasən tərəflər arasında aqrotexniki işlərin,ölçü vahidi və qiyməti razılaşdırılmışdır.
14. 19. Azərbaycan Respublikası Ekologiya ve Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Hidrometeroiogiya proqnozlar bürosunun direktoru və Hidrometeroloji tədbirlər mərkəzinin direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu ərazisi üçün hava şəraiti haqqında arayışda göstərilmişdir ki, 18 iyun tarixində günün ikinci yarısından başlayaraq hava qeyri-sabit keçmiş, şimşək çaxmış, arabir leysan xarakterli yağış yağmış, yağıtının miqdarı 18 mm olmuşdur. Qərb küləyinin maksimal sürəti bəzi qərb rayonlarında arabir 20-24 m/s-dək güclənmişdir. Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli, Sarıcalı kəndlərinə diametri 30-35 mm olan dolu düşmüşdür. Qeyd: Müşahidə olunmuş ildırım-dolu prosesinin intensivliyini nəzərə alaraq qeyd etmişlər ki, Ağcabədi rayonunda dolu düşməsi, yağıntıların daha güclü olması istisna olunmur. Radar. Ağstafa İnzibati rayonu ərazisində yerləşən atmosferdə 250 km-lik hava müşahidəsi apara bilən meteoroloji MRL-5 radiolokatorundan alınmış məlumata görə xx.xx.2022-ci il tarixində saat 15:10 faciələrindən etibarən 15:40 radəiərinədək Ağcabədi rayonu və yaxın ətraf ərazilərdə (Boyat, Hacılar, Qaraxanlı, Şərəfxanlı, imamqulubəyll, Hindarx kəndləri əraziləri) mütəmadi olaraq qeyri-sabit hava şəraiti müşahidə olunmuş, leysan xarakterli yağış yağmışdır. Yağıntıların arabir intensivləşərək şimşəklə müşayiət olunması qeydə alınmışdır. xx.xx.2023-cü il tarixində Ağcabədi rayonunun qeyd olunan ərazilərində dolu qeydə alınmışdır. xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu və ona qonşu olan rayonlar üçün verilmiş xəbərdarlıq iyunun 18-i gündüzdən 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, qərb küləyinin bəzi-yerlərdə arabir 20- 25 m/s-dək güclənəcəyi, çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi haqqında NMİ xəbərdarlıq verilmişdir.
15. 20. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, akt tərtibatında iştirak edən komisiyya üzvləri: X2 DAİM-in bitkiçilik sektorunun müdiri, X5 rayon BMFM-nin baş aqronomu, X7 MKT Ağcabədi filialının direktoru, X12 MKT İK MMC-nin region üzrə aqronomu, X13 MKT İK MMC-nin region üzrə aqronomu, X21 "xxxx" MMC-ni zona aqronomu, X8 "xxxx" MMC-nin zona aqronomu, X9 “MKT Ağcabədi filialının” PİNŞ-nin rəisi, X18 MKT Ağcabədi filialının tələbə aqronomun iştirakları ilə həmin aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən 18 iyun 2023-cü il tarixdə saat 15:00 radələrində Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazisinə güclü dolu yağışı yağması nəticəsində MKT İK MMC-nin Ağcabədi filialı ilə müqavilə əsasında pambıq əkmiş fermerlərin əkin sahələrinə ziyan dəyməsi ilə əlaqədar olaraq həmin sahələrə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, yuxarıda adları qeyd olunan kəndlər üzrə 51 sayda geozonada 74.44 ha sahədə 26 fermer pambıq əkmişdir. Sahələrdə İ kompleks becərmə aparmış İ vegetasiya suvarmasına hazırlıq aparılmışdır. Baxış zamam müəyyən edildi ki, yuxanda qeyd olunan 74.44 ha pambıq əkin sahəsindən 42 ha pambıq bitkisi tamamilə məhv olmuş yəni bütün bar orqanları tökülmüş yalnız torpaq səthindən 5-6 sm gövdə çubuğu qalmışdır. 20.76 ha ciddi ziyan dəymiş yəni gerıerativ orqan tökülmüş özünü bərpa etmək ehtimalı var. Qalan 11.68 ha isə sahənin müəyyən hissəsində bitkilərin yarpaqları, bar orqanlarının düşməsi, boy nöqtəsinin qırılması müşahidə olunmuşdur ki, buda qismən ziyanlıqdır. Burada aqrotexniki tədbirlər ardıcıl davam edərsə pambıq kolları özünü gecikmə İlə bərpa edəcəkdir. Yuxanda qeyd olunanlara baxış zamanı akta əlavə olunması üçün sahələrin foto şəkilləri çəkildi. Eyni zamanda sahələrinə ziyan dəymiş fermerlərin adlı siyahısı akta əlavə olunur. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.
16. Məhkəmə iclasında şahid X22 verdiyi ifadəsində bildirdi ki, İddiaçı sığorta ilə bağlı müraciətinin iyunun 19-da olduğunu, bu tarixin dolu vurmadan bir gün sonra baş verdiyini bildirmişdir. Təxminən 20-dən çox fermer həmin gündə müraciət etmişdir. O, qeyd etmişdir ki, əvvəlcə sahə X17 Sistemində qeydiyyata alınmalıdır. Müqavilə bağlandıqdan sonra elektron sistemdən məlumatlar alınır və bununla bağlı e-mailin gəlmə tarixi telefonunda qeyd olunmuşdur. Sığorta ərizəsinin təqdim edilməsi müqavilə bağlanması demək deyil. Fermerlərin birbaşa müraciət etmədiyi, yalnız sistemdə ərazini qeydiyyata alan şəxslərin sifarişlə müraciət edə bildiyini vurğulamışdır. Sığorta ərizəsinin iki nüsxədə olduğu, birinin fermerdə, digərinin şirkətdə qaldığı bildirilmişdir. Ərizələrin qeydiyyatının onlar tərəfindən aparılmadığı, müraciət edən şəxsin siyahıda adının olmaması qeyd olunmuşdur. Müqavilə bəyan edildikdə sığortalamamanın mümkün olmadığı və ərizəyə tarixin onlar tərəfindən qeyd edildiyi bildirilmişdir.
17. Məhkəmə iclasında şahid X14 verdiyi ifadəsində bildirdi ki, hadisədən əvvəl də fermerlər ərazilərini sığortalatmaq üçün müraciət etməlidirlər. May ayının 15-də artıq sığorta aktivləşdirilmişdir. Fermerlər əvvəlcə şifahi müraciət edir, sonra siyahıda adı varsa, sifariş ərizəsi çap edilərək imzaladılır. Sığortalanma prosesi 10-15 gün davam edir. İddiaçı dolu hadisəsindən sonar, yəni iyunun 19-da müraciət etmişdir. Müraciətin olduğu gün ifadə verən şəxs işdə olub. Ərizənin üzərindəki tarixi onlar qeyd edib, imzanı isə iddiaçı özü atıb.
V. Tətbiq edilən hüquq:
18. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
19. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X19rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
22. İşin faktiki hallarından göründüyü kimi, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam-pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın İsə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı göstərilən xidmətlərin, verilən malmaterialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə Cavabdeh1 MMC-yə satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında İddiaçı istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin aiqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir.
23. Odur ki, tərəflər arasında müqavilə bağlandığı və borcun 2778 manat 66 qəpik manat məbləği təşkil etməsi işin mübahisəsiz hallarıdır.
24. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı 2778,66 manat borc məbləğinin silinməsini və cavabdeh tərəfindən əkin sahəsi vaxtında sığorta edilmədiyinə görə ona dəymiş zərər olaraq 13061 manat 34 qəpik pulun Cavabdeh1 MMC tərəfindən ödənilməsini xahiş edir, digər iddiaçı Cavabdeh1 MMC isə İddiaçı təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 2778,66 manat borrcun ödənilməsini xahiş edir.
25. Cavabdeh1 iddia tələbi cavabdehdən əsas borca görə 2778,66 manat məbləğində pulun tutulmasından ibarətdir.
26. Məhkəmə, öhdəlik hüququnun yuxarıda sadalanan normalarının tələblərinin ümumi təfsirini apararaq qeyd edir ki, mülki hüquqda öhdəlik hüquq münasibətləri üzrə borclunun mülki məsuliyyətinin yaranması üçün ilk növbədə onun təqsirliliyinin müəyyənedilməsi zəruri şərtdir. Borclunun risk dairəsinə daxil olan öhdəliklərin dairəsini müəyyən edərkən nəzərə alınmalıdır ki, həmin risklər borclunun sərbəst iradəsi və aydın şüuru ilə əhatə oluna və idarə oluna bilən hallarla əlaqəli olmalıdır. Təxmin edilə bilən, nəticəsi ciddi ehtimallara əsasən proqnozlaşdırıla bilən və ya ümumən şəxsin subyektiv qiymətləndirməsinə tabe ola bilən hallar heç bir halda borclunun cavabdeh olmadığı hallar kimi şərh edilə bilməz. Məhkəmə qeyd edir ki, hava şəraitinin kəskin pizləşməsi nəticəsində güclü yağış yağması və ya dolunun düşməsi fövqəladə təbiət hadisəsi kimi qiymətləndirilməlidir. Bu xüsusiyyətlərinə görə həmin hadisələr hüquqi mənada qarşısıalınmaz qüvvə kimi xarakterizə edilir. Belə hadisənin baş verməsi isə borclunun öz öhdəliyini icra etməsini mümkünsüz edir. Bu hal, yəni icranın mümkünsüzlüyü isə mülki qanunvericilikdə öhdəliyin xitamının əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə, baxılan işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlir ki, iş üzrə cavabdehin alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımi şəkildə icra etməməsi onun cavabdeh olmadığı hallardan irəli gəlmişdir. Belə ki, Mülki Məcəllənin 448.4-cü maddəsinin tələbinə əsasən hazırki halda İddiaçı öhdəliyin pozulmasına görə ona görə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməsi və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmaması işin halları iıə təsdiqlənir. Buna görə də, borcludan öhdəliyinin icrasını tələb etməkdə iddiaçı haqlı hesab edilə bilməz.
27. Məhkəmə, işin hallarına əsasən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsini müəyyən etməklə yanaşı, onun öhdəliklərin lazımi şəkildə icra edilməməsində təqsirinin olmaması qənaətinə gəlir.
28. Yuxarıda qeyd edilənlərə əsasən məhəmə hesab edir ki, Cavabdeh1 MMC-nin iddiası göstərilən hissədə təmin edilməməlidir.
29. Cavabdeh1 iddia tələbinin digər hissəsini hesablanmış cəriməyə görə 1124,93 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
30. Məhkəmə Cavabdeh1 MMC-nin iddia tələbinin göstərilən hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas borcla bağlı hissədə təmin edilmədiyindən, göstərilən hissədə də təmin edilə bilməz.
31. Eləcə də, Cavabdeh1 MMC 59.03 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
32. İddiaçı Cavabdeh1 iddiası təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
33. . İddiaçı iddia tələbinin bir hissəsi Cavabdeh1 MMC tərəfindən iddiaçıya hesablanmış2778,66 manat borcun silinməsi təşkil edir.
34. Məhkəmə İddiaçı iddiasına münasibətdə hesab edir ki, hər iki iddiaçının iddia tələbi bir-birinin əksi olduğundan, Cavabdeh1 MMC-nin iddia tələbinin təmin edilməməsi, yəni 2778,66 manat borc məbləğinin İddiaçı tutulmalı olmaması, həmin borc məbləğinin silinməsini dəlalət edir.
35. 43. Ona görə də, məhkəmə İddiaçı iddia tələbinin göstərilən hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və Cavabdeh1 tərəfindən İddiaçı hesablanmış 2778,66 manat məbləğində borc silinməlidir.
36. 44. İddiaçı iddia tələbinin digər hissəsini iddiaçıya dəymiş maddi ziyanın 13061 manat 34 qəpik manat pulun Cavabdeh1 MMC-dən tutulması təşkil edir.
37. Məhkəmə İddiaçı iddia tələbinin göstərilən hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı dəymiş maddi ziyanın nədən ibarət olması, maddi ziyan dəymişsə dəyən ziyanın Cavabdeh1 MMC tərəfindən olması ilə əlaqədar hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Həmçinin iş materialları və şahid ifadələri ilə təsdiq olunur ki, caabdeh tərəfindən əkin sahəsinin sığorta edilməsi ilə bağlı İddiaçı tərəfindən müraciət yalnız dolu düşən tarixdən sonra 19 iyun tarixindən sonra olmuşdur və İddiaçı tərəfi8ndən dolu düşən tarixdən əvvəl sığrta olunma ilə bağlı hər hansı müracətin olmasın adair sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, İddiaçı MKT İstehsalat Kommersiya” MMC-nə qarşı 13061,34 manat ziyan tələbinə dair hissədə iddia təmin edilməməlidir.
38. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.
39. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
40. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 125 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
41. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 47.79 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh1 MMC-yə qarşı “borcun silinməsi və pul” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı və Cavabdeh1 MMC arasındakı xx.xx.2023-cü il tarixli 23285375 saylı müqavilə üzrə hesablanmış 2778.66 (iki min yeddi yüz yetmiş səkkiz manat altmış altı qəpik) manat borc məbləği silinsin. İddia tələbinin təmin olunan hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumu kimi 47.79 (qırx yeddi manat yetmiş doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMCyə aid edilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh1 MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim Günay Həşimova