Məhkəmə qərarları › İş №e-2-2(113)-1009/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1009/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1009/2023 13.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 ASC) qarşı “pul və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi,sonrakı girov, iddia müddəti) iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankının nümayəndəsi Nümayəndə1, Cavabdeh3 QSC-nin nümayəndəsi/vəkili Nümayəndə4 iştirakı ilə, Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 ASC-nin nümayəndəsinin iştirakı olmadan, İddiaçı QSC “Bank Standart” Kommersiya Bankının (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 ASC) qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kommersiya mübahisəsinin mahiyyəti

1. QSC “Bank Standart” Kommersiya Bankının (ləğv prosesindədir) iddia ərizəsi və daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 MMC ilə Bank arasında bağlanmış 1xx/xx/3212/14 saylı 26 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2450451,61 manat məbləğində əsas, 563767,66 manat məbləğində faiz, 260912,28 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 537737.20 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 3.812.868,75 manat borcun, ödənilmiş 2697.07 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin müştərək qaydada Cavabdeh2 MMCdən və Cavabdeh3 MMC-dən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, Cavabdeh2 MMC-dən tutulmalı olan məbləğin Cavabdeh3 MMC-nin mülkiyyətində olan nominal dəyəri 24.00 manat olan Cavabdeh1 ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə yönəldilməsinə və yönəldikdən sonda girov predmetinin açıq hərracdan satılmasına, girov predmetləri satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında 26 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/3212/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank Cavabdehə illik 8 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə ******* manat məbləğində kredit xətti açmışdır. Kredit Müqaviləsinə olan 12 may 2015-ci il tarixli 01 saylı əlavə sazişin 1-ci bəndində kredit müqaviləsinin 2.3-cü bəndinə edilən dəyişiklikliyə əsasən “kreditor” “borc alan”a kredit məbləğini 60 ay müddətinə verməklə kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cu il tarixinə qeyd edilmişdir. Cavabdeh2 MMC-nə kredit verilərkən Cavabdeh3 MMC ilə Bank arasında 1xx/xx/3212/14.1 nömrəli 26 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən "xxxx"Y MMC kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 MMC-nin mülkiyyətində olan nominal dəyəri 24.00 manat olan Cavabdeh1 ASC-nin 843113 ədəd sənədsiz adlı səhmi 1xx/xx/3212/14.2 saylı sonrakı girov müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit Müqaviləsinin 5.4.5-ci bəndində əsasən: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlıvaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək”. Kredit Müqaviləsinin 5.4.9-cu bəndində əsasən: müqavilə şərtlərini tam və vaxtında icra etmək. Kredit Müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə “Kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda, Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. MM-in 445.2-cimaddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Bu iş üzrə Cavabdeh öz öhdəliyini vaxtında icra etməmiş, xəbərdarlıqdan sonra da icra yekunlaşmamışdır. MM-in 445.1-ci maddəsinə əsasən: “İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır”. MM-in 445.7-ci maddəsinə əsasən: “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən: “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7- cimaddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. Bundan başqa, Bank ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır.

3. Cavabdeh3 QSC-nin nümayəndəsi/vəkili xx.xx.2023-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən həm kredit müqaviləsi, həm girov müqaviləsi üzrə, həm də zaminlik müqaviləsi üzrə iddia müddətləri ötürüldüyündən Cavabdeh3 QSC-yə və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, İş materiallarında olan, 1xx/xx/3212/14 saylı, 26 may 2014-cü il tarixli kredit müqaviləsinin (12 may 2015-ci il tarixli 01 saylı əlavə sazişi əsasında edilmiş düzəlişlə) 2.3-cü bəndindən göründüyü kimi kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cü il göstərilmişdir. İş materiallarında olan, 1xx/xx/3212/14.2 saylı, 26 yanvar 2015-ci il tarixli sonrakı girov müqaviləsinin 1.2-ci bəndinin 2-ci abzasından göründüyü kimi, təminat 1xx/xx/3212/14 saylı, 26 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin son ödənilmə tarixi 22 may 2019-cü ildir. İş materiallarında olan, məhkəmənin e-2-2(113)-1009/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ekspert qarşısında “QSC “Bank Standart” KB “Korporativ” filialı və Cavabdeh2 MMC olmaqla imzalanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən sonuncu ödənişin tarixi hansı tarixdir?” sualı qoymuş və 12 iyun 2023-cü il tarixli 9/2716 saylı Ekspert Rəyində “Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi QSC “Bank Standart” KB ilə Cavabdeh2 MMC arasında rəsmiləşdirilmiş 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən sonuncu ödənişin 30 dekabr 2016-cı il tarixində aparıldığı müəyyən edildi.” cavabı verilmişdir. Göründüyü kimi iddiaçının kreditin tələb edilməsi və girova yönəltmə üzrə iddia müddəti 5 aydan çox (iddia müddətinin son tarixi 22 may 2022-ci ildir) müddət keçdikdən sonra cavabdehlərə 02 noyabr 2022-ci il tarixində mediasiya təklifi göndərmiş (İddiaçının məhkəməyə təqdim etdiyi MŞB/8-00317 saylı, xx.xx.2023-cü il tarixli Arayışdan və hazırkı ərizəyə əlavə olunan mediasiya təklifindən də göründüyü kimi mediasiya təklifinin tarixi xx.xx.2022, “X9” QSC-yə daxil olma tarixi xx.xx.2022-ci ildir), 8 aydan artıq müddətdən sonra, yəni 24 yanvar 2023-cü il tarixində isə məhkəməyə iddia ərizəsi verilmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, 1xx/xx/3212/14.2 saylı, 26 yanvar 2015-ci il tarixli sonrakı girov müqaviləsi imzalandıqdan sonra Bank həmin müqavilə üzrə hüquqlarını AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 06/2-3325 qeydiyyat nömrəsi ilə 17 fevral 2015-ci il tarixində dövlət qeydiyyatına aldırmışdır (reyestrdən çıxarış əlavə olunur). Təqdim olunan reyestrdən çıxarışdan da göründüyü kimi Cavabdeh1 ASC-də olan “X9” QSC-yə məxsus səhmlər üzərində yüklülüyün müddəti 26 may 2019-cu il tarixinədək qüvvədə olmuşdur. Beləliklə, göründüyü kimi iddiaçının kreditin tələb edilməsi və girova yönəltmə üzrə iddia müddəti keçmiş və ərizələrinə əsasən bu iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. İddiaçının zaminliklə bağlı tələbinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə və Ali Məhkəmənin məhkəmə qərarlarına əsasən formalaşmış məhkəmə təcrübəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə sonuncu tələb etmə müddəti 22 may 2019-cu il tarixi müəyyən edilsə də, Bank zaminlik müqaviləsi üzrə Zamindən tələb etmə ilə bağlı iddia müddətini ötürmüş və yalnız 02 noyabr 2022-ci il tarixində mediasiya təklifi göndərmiş, 24 yanvar 2023-cü il tarixində isə məhkəməyə iddia ərizəsi vermişdir, yəni iddia müddəti 2 il 8 aydan çox (iddia müddətinin son tarixi 22 may 2020-ci ildir) müddət keçdikdən sonra verilmişdir və ərizələrinə əsasən bu iddia tələbinə də iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən - əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Beləliklə, iddiaçı cavabdeh – Cavabdeh3 QSC-yə qarşı həm kredit müqaviləsi, həm girov müqaviləsi üzrə, həm də zaminlik müqaviləsi üzrə iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və MM-nin 375.2-ci maddəsini rəhbər tutaraq, iddia ərizəsindəki iddia tələblərinə iddia müddətlərini tətbiq etməklə Cavabdeh3 QSC-yə münasibətdə iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir.

4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (əvvəl iş üzrə cavabdeh qismində çıxış edən) Cavabdeh1 ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, İddia ərizəsində göstərilən həm kredit müqaviləsi, həm də girov müqaviləsi üzrə iddia müddətləri ötürüldüyündən Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, İş materiallarında olan, 1xx/xx/3212/14 saylı, 26 may 2014-cü il tarixli kredit müqaviləsinin 2.3-cü bəndindən göründüyü kimi kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cü il göstərilmişdir. İş materiallarında olan, 1xx/xx/3212/14.2 saylı, 26 yanvar 2015-ci il tarixli sonrakı girov müqaviləsinin 1.2-ci bəndinin 2-ci abzasından göründüyü kimi, təminat 1xx/xx/3212/14 saylı, 26 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin 22 may 2019-cü il tarixinədək ödənilməsinə verilmişdir. İş materiallarında olan, məhkəmənin e-2-2(113)-1009/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ekspert qarşısında “QSC “Bank Standart” KB “Korporativ” filialı və Cavabdeh2 MMC olmaqla imzalanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən sonuncu ödənişin tarixi hansı tarixdir?” sualı qoymuş və 12 iyun 2023-cü il tarixli 9/2716 saylı Ekspert Rəyində “Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi QSC “Bank Standart” KB ilə Cavabdeh2 MMC arasında rəsmiləşdirilmiş 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən sonuncu ödənişin 30 dekabr 2016-cı il tarixində aparıldığı müəyyən edildi.” cavabı verilmişdir. Göründüyü kimi iddiaçının kreditin tələb edilməsi və girova yönəltmə üzrə iddia müddəti 5 aydan çox (iddia müddətinin son tarixi 22 may 2022-ci ildir) müddət keçdikdən sonra cavabdehlərə 02 noyabr 2022-ci il tarixində mediasiya təklifi göndərmiş (İddiaçının məhkəməyə təqdim etdiyi MŞB/8-00317 saylı, xx.xx.2023-cü il tarixli Arayışdan göründüyü kimi mediasiya təklifinin tarixi xx.xx.2022-ci ildir, təklif Cavabdeh1 ASC-yə ümumiyyətlə daxil olmayıb), 8 aydan artıq müddətdən sonra, yəni 24 yanvar 2023-cü il tarixində isə məhkəməyə iddia ərizəsi verilmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, 1xx/xx/3212/14.2 saylı, 26 yanvar 2015-ci il tarixli sonrakı girov müqaviləsi imzalandıqdan sonra Bank həmin müqavilə üzrə hüquqlarını AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 06/2-3325 qeydiyyat nömrəsi ilə 17 fevral 2015-ci il tarixində dövlət qeydiyyatına aldırmışdır (reyestrdən çıxarış əlavə olunur). Təqdim olunan reyestrdən çıxarışdan da göründüyü kimi Cavabdeh1 ASC-də olan “X9” QSC-yə məxsus səhmlər üzərində yüklülüyün müddəti 26 may 2019-cu il tarixindək qüvvədə olmuşdur. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən - əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Beləliklə, iddiaçı cavabdeh – Cavabdeh1 ASC-yə qarşı həm kredit müqaviləsi, həm də girov müqaviləsi üzrə iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və MM-nin 375.2-ci maddəsini rəhbər tutaraq, iddia ərizəsindəki iddia tələblərinə iddia müddətlərini tətbiq etməklə Cavabdeh1 ASC-yə münasibətdə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia ərizəsinin tam təmin edilməsini məhkəmədən xahiş edi. Əlavə olaraq cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə dair etiraz ərizəsinin məzmununa uyğun da izahat verərək bildirdi ki, Bank ilə Cavabdeh2 MMC arasında 26 may 2014-cü il tarixində 60 ay müddətinə kredit xətti müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 MMC-nin mülkiyyətində olan nominal dəyəri 24.00 (iyirmi dörd) manat olan Cavabdeh1 ASC-nin 843 113 ədəd sənədsiz adlı səhmi 1xx/xx/3212/14.2 saylı sonrakı girov müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin Bank ilə Cavabdeh3 MMC arasında 22 may 2014-cü il tarixində 60 (altmış) ay müddətinə kredit xətti müqaviləsi imzalanmışdır. Bildirir ki, Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 MMC ilə bağlanmış 22 may 2014-cü il tarixli və Cavabdeh2 MMC ilə bağlanmış 26 may 2014-cü il tarixli kredit müqavilələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən ilk əvvəl mediasiya prosesindən keçmişdir. Fond tərəfindən cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixli “mediasiya prosesinin tətbiqi barədə təklif” xx.xx.2022-ci il tarixində poçt vasitəsilə göndərilmişdir. Daha sonra Fond tərəfindən hər iki cavabdehin kredit müqaviləsi üzrə Bakı 5 saylı Mediasiya Təşkilatına mediasiya üçün müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixində cavabdehlər iki dəfə ardıcıl mediasiya prosesində iştirak etmədiklərinə görə mediator Günel İsmayılbəyli tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və xx.xx.2022-ci il tarixində Fonda təqdim olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəmiz baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadında Cavabdeh3 QSC-nin nümayəndəsinin elektron məhkəmə sistemi vasitəsilə göndərdiyi ərizəyə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir və cavabdehlərin hər birinə qarşı bir-biri ilə əlaqədar olmayan iki ayrı-ayrı kredit müqaviləsindən irəli gələn tələblər yönəlmişdir. Həmin qərardaddan tərəflərindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixdə tərəfimizdən verilmiş şikayəti təmin etməmişdir. Elə həmin tarixdən bank tərəfindən cavabdehlərə “mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “ilkin mediasiya sessiyası üçün ərizə” ilə Bakı 12 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Bakı 12 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə mediasiya prosesində iştirak edilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən mediatora edilmiş etiraza əsasən xx.xx.2022-ci il tarixdə “mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. Eyni gün Bank tərəfindən “ilkin mediasiya sessiyasına dair ərizə” ilə Mediasiya Şurasına müraciət olunmuşdur. Mediasiya Şurası həmin ərizəni Bakı 8 saylı Mediasiya təşkilatına göndərmiş və həmin təşkilat tərəfindən ərizə icraata götürülmüşdür. Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə bildiriş göndərilmiş, lakin cavabdehlər mediasiya prosesində iştirak etmədiklərinə görə xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və Fonda təqdim olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən, iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə dayandırılır. Eyni zamanda “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Qanunvericiliyin tələblərini nəzərə alaraq xx.xx.2022-ci il tarixindən sonuncu iddia tələbi ilə məhkəməyə müraciət edənədək tərəflərindən aparılmış prosessual hərəkətlər arasında hər hansı fasilə verilməmiş, dolayısı ilə iddia müddətinin axımı davam etməmişdir. Buna görə də, cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır və məhkəmə tərəfindən nəzərə alınmamalıdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi/vəkili Nümayəndə4 iddia tələbinə etiraz etdiyini və məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsinə uyğun olaraq izahat verərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zamanda mübahisənin mediasiya vasitəsilə həlli qaydasına qanunvericiliyin tələblərinə uyğun olaraq riayət etmədiyindən iddia ərizəsinin baxılmamış saxlanıldığını, daha sonra isə iki dəfə mediasiya prosesinin keçirildiyini, yalnız 2023-cü il tarixində mediasiya arayışını aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edilənədək iddiaçı bir neçə mediasiya prosesi keçirildiyindən, iddia müddətinin axımı davam etmiş, müddətin axımı kəsilməmişdir. Bu səbəbdən iddia müddəti yalnız kredit müqaviləsinə münasibətdə deyil, eyni zamanda zaminlik müqaviləsinə münasibətdə də ötürülmüşdür. İşin məhkəmədə baxılmamış saxlanılması isə iddia müddətinin axımını kəsmir.

7. Cavabdeh2 MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər.

8. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR Maliyyə Bazarlarına Nəzarət Palatasının QSC "xxxx" KB-nin müflis elan edilməsi barədə ərizəsi təmin edilmiş, QSC "xxxx" KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu QSC "xxxx" KB-nin ləğvedicisi təyin edilmişdir.

11. QSC "xxxx" X7 Səhmdar Cəmiyyətinin “Korporativ” filialı (kredit verən) ilə Cavabdeh2 MMC (borc alan) arasında bağlanmış arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi bağlanmışdır.

12. Həmin müqavilənin:

13. 2.1-ci bəndinə əsasən kreditor borc alana 4.200.000 Azərbaycan manatı məbləğində kredit vermişdir.

14. 2.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə hesablanan faizləri ödəyir.

15. 2.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarix 26 may 2019-cu ildir. Tərəflərin kreditin ödənilməsi müddətinin uzadılması razılığına gəldikdə, bu müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan hesablanır.

16. 3.1-ci bəndinə əsasən kredit bu müqavilə qüvvəyə mindikdən sonra müqavilənin şərtləri nəzərə alınmaqla borc alanın yazılı müraciəti daxil olduğu tarixdən 3 (üç) gündən gec olmayaraq, Kreditor tərəfindən borc alanın hesabına köçürülür.

17. 3.5-ci bəndinə əsasən borc alana bu müqaviləyə əsasən almış olduğu kreditə görə illik 8 % məbləğində faiz ödəyir.

18. 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərinin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

19. 6.2-ci bəndinə borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişlərin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 16 %-i miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.

20. Kreditin verilməsi haqqında xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı müqaviləyə 01 saylı xx.xx.2015-ci il tarixli Əlavə sazişə əsasən Kreditin 60 ay müddətinə verilməsi; Kreditin ödənilməli olduğu son tarix 22 may 2019-cu il müəyyən edilmişdir. Əlavə saziş Kreditor və Borc alan tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

21. Həmin müqaviləyə 1 saylı ödəniş cədvəlinə əsasən kreditin son ödəniş tarixi 26 may 2019-ci il müəyyən edilmişdir.

22. QSC "xxxx" Kommersiya Bankının “Korporativ” filialı (girov saxlayan) ilə Cavabdeh2 MMC (Borc alan) və Cavabdeh3 MMC (girov qoyan) arasında 2015-ci il tarixli 1xx/xx/3212/14.2 saylı sonrakı girov müqaviləsi bağlanılmışdır.

23. Həmin müqavilənin:

24. 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı ilə girov saxlayan arasında bağlanmış 22 may 2014-cü il tarixli KBU-14-1592 saylı kredit müqaviləsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı (əvvəlki girov saxlayan) girov saxlayana 5 il müddətinə 17.000.000 manat, girov saxlayan və Cavabdeh3 MMC arasında bağlanmış 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsinə və həmin müqaviləyə xx.xx.2014-cü il tarixli əlavə sazişə əsasən girov saxlayan girov qoyan və borc alana 22 may 2019-cu il tarixinədək dövriyyə vəsaitlərinin artırılması məqsədilə kreditdən istifadəyə görə illik 8 faiz ödəməsi şərtilə 12.800.000 Azərbaycan manatı və 25 sentyabr 2014-cü il tarixli KBO14-1618 saylı kredit müqaviləsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı (əvvəlki girov saxlayan) girov saxlayana 3 il müddətinə 08 sentyabr 2017-ci il tarixinədək 11.000.000 manat məbləğində kreditlər verilmişdir.

25. 1.2-ci bəndinə əsasən qeyd olunan kredit müqavilələri üzrə girov saxlayanın Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında və girov qoyan və borc alanın girov saxlayan qarşısında öhdəliklərinin bütövlükdə və vaxtı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə 22 may 2014-cü il tarixli GBU14-1592 saylı, 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı və 25 sentyabr 2014-cü il tarixli GBO14-1618 saylı sonrakı girov müqavilələrinə müvafiq olaraq girov qoyan və borc alana məxsus olan Bakelektroqaynaq ASC-nin nominal dəyəri 24 manat olan 843.113 əsas sənədsiz adlı adi səhmlərini Azərbaycan Respublikası Mərkəzi Bankı və QSC "xxxx" Kommersiya Bankı qarşısında yüklü edilmiş və bu hal Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş X5 Girovun Rəsmi Reyestrindən çıxarışa əsasən müvafiq olaraq xx.xx.2014-cü il tarixli 06/2-3302 nömrəli, xx.xx.2014-cü il tarixli 06/2-3313 nömrəli və xx.xx.2014-cü il tarixli 06/2-3315 nömrəli qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır. Eyni zamanda girov saxlayanla girov qoyan və borc alan arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinə əsasən girov saxlayan girov qoyan və borc alana 26 may 2019-cu il tarixinədək dövriyyə vəsaitlərinin artırılması və maliyyə qoyuluşu məqsədi ilə kreditdən istifadəyə görə illik 8 faiz ödəməsi şərtilə 4.200.000 Azərbaycan manatı məbləğində kredit açır. Həmin, 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə girov qoyan və borc alanın girov saxlayan qarşısında öhdəliklərinin bütövlükdə və vaxtı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə girov qoyan və borc alana məxsus olan Cavabdeh1 ASC-nin nominal dəyəri 24 manat olan 843113 ədəd sənədsiz adlı səhmlərini girov saxlayan qarşısında hazırki müqavilə ilə sonrakı girovla yüklü edir.

26. 1.6-cı bəndinə əsasən girov qoyan girov ilə yüklü edilmiş əmlakın bu müqavilənin müddəti bitənədək müqavilə bağlanan ana olan vəziyyətində saxlanılmasını təmin etməlidir.

27. 1.7-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra, müqavilənin qüvvəyə minməsi gününə Cavabdeh1 ASC-nin səhmlərinin 6.000.000 manat hissəsi girov qoyan tərəfindən girov ilə yüklü edilmiş hesab edilir və girov predmetinə daxil edilir.

28. 2.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən ipoteka predmetinin dəyəri 6.000.000 manat məbləğində müəyyən edilir.

29. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə girov predmeti olan əmlak girov saxlayanın tələblərini faktiki ödəmə anına kredit üzrə əsas borc məbləği kreditdən istifadəyə görə hesablanmış faizlər, kredit vaxtında qaytarılmamasına görə hesablanmış faizlər, borc alanın və girov qoyanın, eyni zamanda girov saxlayan qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və lazımınca yerinə yetirməməsi üzündən girov saxlayana dəymiş zərər və girov predmetinə ödəniş yönəldilməsi ilə bağlı girov saxlayanın çəkdiyi xərclər də daxil olmaqla –malik olduqları tam həcmdə təmin edilir.

30. 5.1-ci bəndinə əsasən “Borc alan” kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca etmədikdə girov saxlayan girov predmetinə tutma yönəldilə bilər. Girov predmetinə tutma məhkəmə və ya məhkəmədən kənar qaydada yönəldilir.

31. 5.2-ci bəndinə əsasən bu müqavilə ilə yaradılan təminata aşağıdakı hallarda tutma yönəldilir.

32. Borc alan tərəfindən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələrin icra edilməməsi və ya lazımınca icra etmədikdə;

33. Birov qoyan tərəfindən bu müqavilə üzrə üzərinə götürdüyü vəzifələrin icra edilməməsi və ya lazımınca icra edilməməsi;

34. Girov ilə yüklü edilmiş əmlakın dəyərinin bu müqavilə əsasında müəyyən edilən həddən aşağı düşməsi;

35. Borc alan və ya girov qoyan barəsində məcburi və ya könüllü müflisləşmə, iflas və ya ləğv olunması üçün hərəkətlər başlanması;

36. “Borc alan”ın fəaliyyətinin dayandırılması, əmlakının hamısının və ya əhəmiyyətli hissəsinin özgəninkiləşdirilməsi;

37. Girov predmetinə həbs qoyulması və ya girov saxlayanın razılığı olmadan üçüncü şəxsə keçməsi və ya keçmə ehtimalının yaranması;

38. Girov qoyan, hər hansı üçüncü şəxs və ya dövlət orqanı və onların müvafiq vəzifəli şəxsləri və nümayəndələri tərəfindən məhkəməyə və ya dövlət orqanına bu müqavilənin və ya onun hər hansı hissəsinin etibarsız hesab edilməsi, dəyişdirilməsi və ya ləğv olunması üçün müraciət edildikdə;

39. Girov predmetinə gələcəkdə tutmanın yönəldilməsi üçün təhlükə yarandıqda;

40. Qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər hallarda.

41. 7.2-ci bəndinə əsasən bu müqavilə borc alanın əsas öhdəlik üzrə üzərinə düşən bütün vəzifələri tam icra etməsi anınadək qüvvədədir.

42. QSC "xxxx" X7 Səhmdar Cəmiyyətinin “Korporativ” filialı (Kreditor) ilə Cavabdeh2 MMC (borc alan) və Cavabdeh3 MMC (zamin) arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14.1 saylı zaminlik müqaviləsi bağlanmışdır, həmin müqavilənin:

43. 1.1-ci bəndinə əsasən Kreditorla Borc alan arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinə əsasən 4.200.000 manat məbləğində kredit və ona hesablanmış faizlərin və kredit müqaviləsinə olmuş əlavələrdən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Zamin Borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.

44. 1.2-ci bəndinə əsasən Borc alan kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə Zamin Borc alan ilə birlikdə Kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunu8n və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.

45. 2.1-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəliyin həcmi Borc alanın kredit müqaviləsi üzrə bank qarşısında yaranmış öhdəliyi həcmindədir.

46. 8.1-ci bəndinə görə bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələrin tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və borc alan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirilənədək qüvvədədir.

47. QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə əsas borcu 2450451,61 manat, faiz borcu 563767,66 manat, cərimə 260912,28 manat, MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faiz məbləği 537737,20 manat, ümumi borc 3812868,75 manat təşkil edir.

48. 27.01.2021-ci il tarixdə QSC "xxxx" Kommersiya Bankı tərəfindən Cavabdeh3 MMC, Cavabdeh2 MMC və Cavabdeh1 ASC-yə ipoteka predmetinə tutma yönəldilməsi barədə göndərilmiş bildirişdən görünür ki, MMC-dən 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi və ya ipotekaya tutma yönəldilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

49. xx.xx.2021-ci il tarixdə QSC "xxxx" Kommersiya Bankı tərəfindən Milli Depozit Mərkəzi QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin qeydə alınması barədə ərizədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X8 MMC-nin sahibliyində olan nominal dəyəri 24.00 manat olan Cavabdeh1 ASC-nin 843113 ədəd sənədsiz adlı səhmindən 250000 ədəd sənədsiz adlı səhmi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borc alan tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin İpoteka haqqında AR Qanunun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınmasını xahiş edilmişdir.

50. Məhkəmənin 29 mart 2023-cü il tarixli, e-2-2(113)-1009/2023 saylı qərardadı ilə QSC “Bank Standart” KB “Korporativ” filialı və Cavabdeh2 MMC olmaqla imzalanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixə Cavabdeh2 MMC-nin əsas və faiz borcu nə qədər olması, sonuncu ödəniş tarixinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbayca Respublikası ƏN MEM-in xx.xx.2023-cü il tarixli 9/2716 saylı ekspert rəyinə əsasən Cavabdeh2 MMC-nin 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə "xxxx" KB-na olan əsas borcu 2.450.451,61 manat və faiz borcu 520.315,86 manat müəyyən edilmiş, o cümlədən bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından kredit müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən sonuncu ödənişin 30 dekabr 2016-cı ildə aparıldığı qeyd olunmuşdur.

51. Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 MMC, Cavabdeh3 MMC və "xxxx" ASC-yə göndərilən 06 aprel 2022-ci il tarixli **********959 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklif”də QSC “Bank Standart” KB ilə Cavabdeh2 MMC arasında bağlanmış 26 may 2014cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinin bağlandığı, həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 QSC-nin sahibliyində olan Cavabdeh1 ASC-dəki səhmlərinin ipoteka ilə yüklü edildiyini və həmin kredit müqaviləsi üzrə ümumilikdə 3.470.146,37 manat borcunun olduğu bildirilmiş və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi təklif edilmişdir.

52. xx.xx.2022-ci il tarixli Mediasiya üçün müraciətdən görünür ki, Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatına müraciət edərək Bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur.

53. Bakı 5 saylı Mediasiya Təşkilatının 16 iyun 2022-ci il tarixli MŞH/5-01841 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ilə, Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş X1 (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00119) tərəfindən LPO QSC "Bank Standart" KB-nin ləğvedidsi Əmanətlərin Sığortalanması Fonduna "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verildiyi, arayış "X8" MMC-nin, "xxxx" ASC-nin və "xxxx" MMC-nin LPO QSC "Bank Standart" KB-nin ləğvedidsi Əmanətlərin Sığortalanması Fonduna tərəfindən təsvir edildiyi kimi kommersiya mübahisəsi üzrə "kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi"nə dair mübahisə üzrə xx/xx/2022-d il tarixində, 11:00- 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiklərini təsdiq etmək üçün verilmişdir. "X8" MMC, "xxxx" ASC və "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məktubla məlumatlandırılmışdır.

54. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadlı ilə, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh3 QSC və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir.

55. Bakı Kommersiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadlı ilə, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh3 QSC və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh3 QSC arasında 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi, Cavabdeh2 MMC arasında isə xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi bağlandığına görə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC hər iki müqavilə üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışı məhkəməyə təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əlavə etmişdir.

56. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

57. Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 MMC, Cavabdeh3 MMC və "xxxx" ASC-yə göndərilən 02 noyabr 2022-ci il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif”də QSC “Bank Standart” KB ilə Cavabdeh2 MMC arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit, həmçinin zaminlik və girov müqavilələrinin bağlandığı, həmin kredit müqaviləsi üzrə ümumilikdə 3.470.146,37 manat borcunun olduğu bildirilmiş və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini təklif edilmişdir.

58. Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 QSC-yə, Cavabdeh2 MMC, Cavabdeh1 ASC-yə və X2 22 noyabr 2022-ci il tarixli **********619 saylı ilkin mediasiya sessiyası üçün ərizə göndərilmişdir.

59. 20 dekabr 2022-ci il tarixli MŞB/12-00146 saylı mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mediasiya prosesinə xitam verilməsinin əsası LPO QSC Bank Standart KB-nın ləğv edicisi ƏSF-nun mediasiya prosesindən imtina etməsi olmuşdur.

60. Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 QSC-yə, Cavabdeh2 MMC, Cavabdeh1 ASC-yə 20 dekabr 2022-ci il tarixli **********038 saylı ilkin mediasiya sessiyası üçün ərizə göndərilmişdir.

61. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/8-00317 nömrəli xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

62. Hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur.

63. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

64. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən Cavabdeh2 MMC-yə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 4.200.000 manat məbləğində kredit verilmişdir. QSC "xxxx" Kommersiya Bankının “Korporativ” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 05 yanvar 2015-ci il tarixli 1xx/xx/3212/14.2 saylı sonrakı girov müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ASC-nin nominal dəyəri 24 manat olan 843113 ədəd sənədsiz adlı səhmlərini girov saxlayan qarşısında sonrakı girovla yüklü edilmişdir. Kreditorla Borc alan arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinə əsasən 4.200.000 manat məbləğində kredit və ona hesablanmış faizlərin və kredit müqaviləsinə olmuş əlavələrdən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi QSC "xxxx" X7 Səhmdar Cəmiyyətinin “Korporativ” filialı (Kreditor) ilə Cavabdeh2 MMC (borc alan) və Cavabdeh3 MMC (zamin) arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14.1 saylı zaminlik müqaviləsi bağlanmışdır.

65. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

66. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

68. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

69. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.

70. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

71. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir.

72. Belə ki, bu hüquq münasibəti çərçivəsində İddiaçının Cavabdehlərdən götürülən kredit üzrə əsas, faiz və cərimə borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Cavabdeh3 MMC-nin nümayəndəsi xx.xx.2019-cu il tarixində müqavilə müddətinin bitdiyinə, iddia müddətinin keçməsinə əsaslanmaqla iddianın rəddini xahiş edir. MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

73. İş materiallarında olan sənədlər və ekspert rəyi ilə Cavabdeh2 MMC-nin Banka ödənilməmiş borcun mövcudluğu müəyyən olunur.

74. Beləliklə, cavabdeh müqavilə üzrə kreditin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini (əsas borc, müqavilə üzrə nəzərdə tutulmuş faiz, cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) irəli sürmək hüququ vermişdir.

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

76. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

77. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

78. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

79. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

80. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

81. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi 22 may 2019-cu il olaraq müəyyən edilmişdir. Ekspert rəyinə əsasən 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən sonuncu ödənişin xx.xx.2016-cı tarixdə aparıldığı müəyyən edilmişdir. İlkin olaraq iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən 06 aprel 2022-ci il tarixində **********959 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklifi”ə əsasən bir kredit müqaviləsi üzrə, yəni QSC “Bank Standart” KB ilə Cavabdeh2 MMC arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinin bağlandığı, həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 QSC-nin sahibliyində olan Cavabdeh1 ASC-dəki səhmlərinin ipoteka ilə yüklü edildiyini və həmin kredit müqaviləsi üzrə ümumilikdə 3.470.146,37 manat borcun olduğu göstərir.

82. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

83. Həmin təklifdə Cavabdeh3 QSC ilə QSC “Bank Standart” KB arasında hər-hansı kredit müqaviləsinin bağlanması və ya kredit borcunun olması qeyd olunmamışdır. İddiaçının bu təklifi əsasında həmin kredit müqaviləsi üzrə mediasiya prosesi başlanmış və mediator Günel İsmayılbəyli 09 iyun 2022-ci il tarixində “Mediasiyaya dəvət məktubu” göndərərək ilkin mediasiya sessiyasını xx.xx.2022-ci il tarixinə təyin etmişdir. Yəni iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yarandığı gündən üç il müddətin tamamlanmasına (xx.xx.2022) 46 gün qalmış xx.xx.2022 tarixində mediasiya prosesinin tətbiqi barədə qarşı tərəfə təklif göndərmişdir. Müddətin axımı 06 aprel 2022-ci il tarixindən Bakı 5 saylı Mediasiya Təşkilatının 16 iyun 2022-ci il tarixli MŞH/5-01841 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tarixinə kimi iddia müddətinin axımı dayanmışdır. İddiaçı isə birinci dəfə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. xx.xx.2022-ci (arayış tarixi) il tarixdən xx.xx.2022-ci (məhkəməyə iddianın daxil olduğu tarix) il tarixinə kimi 53 gün keçmiş. Beləliklə, iddia müddəti hətta ilk dəfə məhkəməyə müraciət edilən zaman 7 gün hesabı ilə (53 gün – 46 gün=7) artıq ötürülmüşdür.

84. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadına əsasən, iddiaçı tərəfindən 2 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı və xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqavilələri üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışları ayrı-ayrılıqda təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etməsi əsası ilə xx.xx.2022-ci il trixində məhkəməyə verilən iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən məhkəmənin qərardadından şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4555/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

85. Azərbaycan Respublikası Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

86. Daha sonra isə iddiaçı tərəfindən 02 noyabr 2022-ci il tarixli **********339 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklifi” göndərilmiş, xx.xx.2022-ci il tarixdə isə “ilkin mediasiya sessiyası üçün ərizə” ilə Bakı 12 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Bakı 12 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən LPO QSC Bank Standart KB-nın ləğvedicisi ƏSF-unun mediasiya prosesindən imtina etməsi səbəbindən xx.xx.2022-ci il tarixdə “mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. 20 dekabr 2022-ci il tarixində Bank tərəfindən “ilkin mediasiya sessiyasına dair ərizə” ilə Mediasiya Şurasına müraciət olunmuşdur. Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş. İddiaçı arayışı aldıqdıqdan sonra xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni sonuncu “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” aldıqdan 11 gün sonra (müddəti 11 gün də ötürməklə) hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, ilk dəfə iddia ərizəsi verilərkən 7 gün və sonuncu iddia ərizəsi verilərkən 11 gün müddət ötürməklə məhkəməyə müraciət olunmuşdur.

87. MM-in 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

88. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

89. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

90. MM-in 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

91. Həmçinin məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun Cavabdeh2 MMCdən tutulması tələbinin iddia müddəti tətbiq edilməklə rədd edildiyindən, iddia üzrə əlavə tələb qismində çıxış edən “kredit müqaviləsi üzrə borcun cavabdeh (zamin) Cavabdeh3 QSC-dən tutulması” tələbi üzrə də iddia müddəti keçmişdir. Eyni zamanda hazırki iddiaya iddia müddəti tətbiq edilmədiyi təqdirdə də, zamin Cavabdeh3 QSC-yə qarşı iddia tələbi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından rədd edilməlidir. Belə ki, həmin maddəyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu baxımdan xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2020-ci il tarixədək (kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir) iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Bu müddət hətta iddiaçı ilk dəfə 08 avqust 2022-ci il tarixdə iddia qaldırılan vaxt artıq bitmişdir. Bununla belə, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.

92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında da vurğulanmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçmiş hesab edilir.

93. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı QSC “Bank Standart” Kommersiya Bankının (ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 ASC) qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair müqavilə tələbləri üçün qanunda nəzərdə tutular iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələbi rədd edilməlidir.

94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

95. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

96. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddiaçı Ləğv prosesinda olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı Cavabdeh2 MMC ilə Bank arasında bağlanmış 1xx/xx/3212/14 saylı 26 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2.450.451,61 (iki milyon dörd yüz əlli min dörd yüz əlli bir manat,altmış bir qəpik) manat məbləğində əsas, 563.767,66 (beş yüz altmış üç min yeddi yüz altmış yeddi manat,altmış altı qəpik) manat məbləğində faiz, 260.912,28 (iki yüz altmış min doqquz yüz on iki manat, iyirmi səkkiz qəpik) manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 537.737.20 (beş yüz otuz yeddi min yeddi yüz otuz yeddi manat, iyirmi qəpik) manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 3.812.868,75 (üç milyon səkkiz yüz on iki min səkkiz yüz altmış səkkiz manat, yetmiş beş qəpik) manat borcun, ödənilmiş 2697.07 (iki min altı yüz doxsan yeddi manat, yeddi qəpik) manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin müştərək qaydada Cavabdeh2 MMC-dən və Cavabdeh3 MMC-dən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, сavabdeh Cavabdeh2 MMC-dən tutulmalı olan məbləğin Cavabdeh3 MMC-nin mülkiyyətində olan nominal dəyəri 24.00 (iyirmi dörd) manat olan Cavabdeh1 ASC-nin 843.113 (səkkiz yüz qırx üç min bir yüz on üç) ədəd sənədsiz adlı səhminə yönəldilməsinə və yönəldikdən sonda girov predmetinin açıq hərracdan satılmasına; Girov predmetləri satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmasına dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankına aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaiti iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar