Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1009/2025 20.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və xxxx4na qarşı borcun silinməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, borcun silinməsi, ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə1, xxxx4nun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və xxxx4na qarşı borcun silinməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “MKT-Ağcabədi” filialı tərəfindən iddiaçıya hesablanmış 8427,68 manat borcun silinməsi, iddiaçıya dəymiş maddi ziyanın – 14540,32 manat pulun və ödədiyi 135 manat dövlət rüsumunun cavabdehlər "xxxx"xxxx"xxxx" ASC-nin hesabından tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC-nin adından REF/2765/2022 saylı, xx.xx.2022 tarixli etibarnamə əsasında çıxış edən “MKT- Ağcabədi” Filialı 07 dekabr 2022-ci il tarixdə 23285134 saylı “2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin (yəni, aqranom məsləhətləri, kənd təsərüffatı texnikası ilə satıcının sahəsində aparılan aqrotexniki işlər, toxum, gübrə, pestisidlərin və avans ödənişlərin verilməsi) alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin müqavilə bağlanan zaman əkiləcək pambıq məhsulunun sığortalanması üçün iddiaçı tərəfindən sığorta üçün “Sifariş ərizəsi” cavabdehə verilmişdir. Qarşılıqlı razılaşmaya əsasən fermerlər tərəfindən sığorta üçün sifariş ərizəsi alıcıya verilir, alıcı isə çiyid torpağa səpilən vaxtdan etibarən məhsulun sığortalanması prosesini həyata keçirməli idi. İş materiallarına əlavə edilmiş xərclər cədvəlindən də görünür ki, iddiaçının sahəsində xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində çiyid səpininin aparılmasına baxmayaraq, cavabdeh şirkət səhlənkarlıq etmiş və iddiaçının məhsulunun sığortalanmasını ləngitmiş, bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Qaraxanlı kəndinə güclü dolu yağmış, nəticədə 26 nəfər fermerin pambıq məhsulu, eləcə də iddiaçının pambıq məhsulu tamamilə məhv olmuşdur. Bununla bağlı Ağcabədi DAİM-in və cavabdeh şirkətin əməkdaşları sahəyə baxış keçirmiş və akt tərtib olunmuşdur (aktın surəti əlavə olunub). Zərər çəkmiş şəxslərin siyahısı cədvəlindən də görünür ki, iddiaçının sahəsi məhv olmuşdur. Dolu yağma hadisəsindən sonra cavabdeh şirkətin filialına müraciət edən zaman məlum olub ki, iddiaçının sahəsi hələ də sığortalanmamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus 5.80 hektar sahənin sığortalanması ilə bağlı digər cavabdeh “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC-nin iddiaçının dolu vurararaq məhv olmuş pambıq məhsulunun elektron qaydada sığortalanmasını və iddiaçının üzərinə əlavə sığorta xərclərinin yazılmasını öyrəndi. Əgər iddiaçı sığorta üçün müraciət etməmişdirsə, niyə iddiaçının sahəsinin sığortalanması üçün sığorta şirkətinə ödəniş olunmuş və 25 iyun tarixində sığortalanmış və ya əgər iddiaçı gec müraciət etmişdirsə niyə olmayan məhsul (dolu vuraraq məhv olmuş məhsul) sığortalanmışdır, halbuki xx.xx.2023-cü il tarixdə dolu vurmuş sahələrlə bağlı tərtib olunmuş aktda cavabdeh şirkətin əməkdaşları iştirak etmiş və iddiaçının sahəsinin dolu vuraraq məhsulun məhv olmasını təsdiqləmişlər. İddiaçının əkmiş olduğu pambıq məhsulunun vaxtında sığortalanması üçün ərizə verməyinə baxmayaraq, cavabdeh “MKT Ağcabədi” filialının səhlənkarlığı ucbatından vaxtında sığortaya verilməməsi nəticəsində sığortalanmaması, digər cavabdeh “Aqrar Sığortaçı”nın isə məhv olmuş məhsulu (olmayan məhsulu) sığortalaması hər iki cavabdeh şirkətin məsuliyyətsizliyini bir daha göstərmiş olur. "xxxx" ASC ilə elektron qaydada, yəni xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən sığorta şəhadətnaməsi (BS-**********-AS) bağlanmışdır. xx.xx.2023-cü il tarixdə qeyd olunan pambıq sahəsinə dolu yağmış və nəticədə bütün məhsul zədələnib korlanmışdır. Pambıq sahəsinin sığortalanmasına baxmayaraq, ora dəymiş zərər maddi olaraq iddiaçının adına xərc olaraq yazılmışdır. Sığorta edənin məsuliyyətsizliyi nəticəsində pambıq sahəsinə dəyən maddi ziyan ödənilməmişdir. Həmçinin sığorta edənin məsuliyyətsizliyinə görə sığorta şəhadətnaməsinın bağlanma müddəti gecikmişdir. Yuxarıda yazılanlardan da görünür ki, iddiaçı müqavilənin şərtlərinə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdehlərin məsuliyyətsizliyi nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh “MKT-Ağcabədi” ilə iddiaçı arasında 5.80 hektar ərazidə pambığın alqı-satqı müqaviləsi bağlanmışdır. “Aqrar Sığortaçı”nın sənədlərindən də görünür ki, iddiaçının 5.80 hektar sahəsi bir hektar üzrə məhsuldarlıq 40 sentner olmaqla sığortalanmışdır. 5.80 hektar pambıq sahəsindən 40 sentnerlə 23200 kq məhsul verməli idi. Dəyəri isə şirkətin alış qiyməti 1 kq üçün 0.80 manat və dövlət tərəfindən verilən 1 kq məhsul üçün 0.19 manat subsidiya ödənişi nəzərə alınsa, ümumi olaraq 1 kiloqram pambıq məhsulunun dəyəri 0.99 manat, 23200 kiloqram pambıq məhsulu isə 0.99 manatdan 22968 manat təşkil edir. Cavabdeh “MKT-Ağcabədi” filialı tərəfindən isə iddiaçıya 9352,36 manatlıq mal verilmiş və aqrotexniki işlər görülmüş, yəni iddiaçının borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş pambıq qəbulu qəbzindən də görünür ki, iddiaçı cavabdehə 924,68 manat dəyərində məhsul vermiş və məhsulu verdikdən sonra iddiaçının cavabdehə 8427,68 manat borcu qalmışdır. İş materiallarından da göründüyü kimi, iddiaçının 5.80 ha sahəsi sığortalanması nəticəsində iddiaçı 5.80 hektar ərazidən 40 sentnerlə 23200 kq məhsul, yəni 22968 manat əldə etməli idi ki, bunun da 8427,68 manatla cavabdehə olan borcunu bağlamalı və 14540,32 manat pul əldə etməli idi. Ancaq cavabdehlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində bu zərər iddiaçıya ödənilməmişdir. Dəymiş zərərin ödənilməsi ilə bağlı dəfələrlə şifahi müraciətlərə və rəhbərliyinin qəbulunda olmağına baxmayaraq, hələ də ödənilməyibdir. Bu isə müqavilənin şərtlərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qanunvericiliyə uyğun olaraq hesab edilir ki, qeyd olunan müqaviləyə əsasən əgər cavabdehlər öz üzərinə düşən öhdəlikləri icra etsəydilər, iddiaçı bu qədər maddi ziyana düşməzdi. İddiaçı tərəfindən “MKT-Ağcabədi” filialına, həmçinin "xxxx" ASC-yə pretenziya məktubu, eləcə də, Azərbaycan Resbublikası Kənd Təsərrüfatı Nazirliyinə, Ağcabədi RİH-nə rəsmi olaraq məktublar göndərilmiş, lakin cavabdehlərdən müsbət cavab alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Ağcabədi rayon İcra Başçısına müraciət olunmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 389.1, 390.1, 425.1, 427.3, 442-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh "xxxx" MMC şirkəti tərəfindən iddiaçıya hesablanmış 8427,68 manat borcun silinməsi, iddiaçıya dəymiş maddi ziyana görə 14540,32 manat pulun və ödədiyi 135 manat dövlət rüsümunun cavabdeh "xxxx" MMC tərəfindən indiki “praym cotton” hesabından ödənilməsi; cavabdeh "xxxx" ASC-nin hesabından bəyannamədə göstərilən kimi; ******* №-li 2023-06-29,12:14:49 ilə 1 ha üçün 3200 manat, ******* №-li 2023-06- 29,12:15:37 ilə 1,3 ha üçün 4160 manat, ******* №-li 2023-06-29,12:13:39 ilə 3,5 ha üçün 11200 manat (beləliklə, cəmi 18560 manat) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Eyni zamanda Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 7505,41 manat, hesablanmış cəriməyə görə 3009,67 manat və ödənilmiş dövlət rüsumuna görə 121,55 manat olmaqla, cəmi 10636,63 manat pulun alınaraq Cavabdeh1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 MMC-nin “MKT- Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış 23 285 134 saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 5,80 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 8430,10 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 7505,41 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 %-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 3009,67 manat təşkil edir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1-ci maddələrinə istinad olunmuşdur.
8. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-806/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair iş İddiaçı Cavabdeh1nə qarşı borcun silinməsi tələbinə dair e-2(113)-1009/2025 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" ASCnin əsl cavabdeh xxxx4 ilə əvəz edilməsini xahiş etmiş və iddiaçının razılığı ilə iş üzrə cavabdeh "xxxx" ASC əsl cavabdeh xxxx4 ilə əvəz edilmişdir.
10. xxxx4 tərəfindən İddiaçı iddiasına qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ölkəmizdə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və xxxx4nun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust tarixli 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə xxxxx təsis edilmişdir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin xxxxx vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli 505 nömrəli qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Bildirilir ki, sığortalı İddiaçı ilə xxxxxun adından onun idarəedici qurumu olan "xxxx" ASC (bundan sonra – Cəmiyyət) arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair pambıq bitkisi üzrə BS-**********-AS, BS-**********-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış əkin sahələrinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müqavilələrin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərin baş verməsi nəticəsində sığortalanmış məhsula dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, İddiaçı ilə bağlanmış sığorta müqavilələri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, sığorta təminatı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.6.9-cu yarımbəndinə və bağlanmış müqaviləyə uyğun olaraq sığorta haqqı ödənildikdən 7 gün sonra, yəni xx.xx.2023-cü il tarixində başlanmışdır. xx.xx.2023-cü il tarixdə sığortalı şəxsdən ona məxsus pambıq sahəsinə xx.xx.2023-cü il tarixdə dolu nəticəsində zərər dəyməsi ilə bağlı məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı və təminat müddəti ərzində baş verməsi ehtimalının araşdırılması məqsədilə Qaydaların 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəyə əsasən dolu nəticəsində sahədə zərər müəyyən edilmişdir. Sığortalı ilə bağlanmış BS-**********-AS, BS-**********-AS, BS- **********-AS nömrəli sığorta müqavilələri əsasında sığortalanmış sahədə hadisənin baş vermə tarixi xx.xx.2023-cü il olduğundan, sığorta müqavilələri xx.xx.2023-cü il tarixdə qüvvəyə mindiyindən, qaydalara və müqavilə şərtlərinə görə sığorta təminatı sığorta haqqının ödənilməsindən 7 gün sonra-xx.xx.2023-cü il tarixində başlandığından iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Belə ki, sığortalanmış sahədə hadisənin baş vermə tarixi xx.xx.2023-cü il olduğu üçün hadisə sığorta müqaviləsi üzrə sığorta təminatının qüvvədə olma müddətilə əhatə olunmamışdır. Qaydaların 1.2.1-ci yarımbəndinin 11-ci abzasına əsasən şərtsiz gözləmə müddəti sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən müddət ərzində yaranan itkilərə şamil edilmədiyi müddətdir. Eyni zamanda Qaydaların 1.10.8-ci yarımbəndinə əsasən sığorta təminatının müddəti sığorta müqaviləsi ilə müəyyən olunur. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə xxxxx tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə xxxxx sığorta ödənişinin verilməsindən imtina edə bilər. Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. Qeyd olunanlardan da göründüyü kimi, hadisənin sığorta təminatının başladığı tarixdən, yəni xx.xx.2023-cü il tarixindən əvvəl baş verməsi səbəbindən (hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir) 2024-cü il 4 iyun tarixli 12-9/2-B-42-503/2024 nömrəli məktubla vətəndaşa dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Tədqiq olunan sübutlar:
11. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin, Cavabdeh1 MMC-nin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Cavabdeh1 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, Cavabdeh1 MMC-nin iddia tələbinin təmin, İddiaçı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
13. xxxx4nun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizələrində göstərilənlərə uyğun izahat verərək, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
14. Məhkəmə iclasında şahid X19 verdiyi ifadəsində bildirdi ki, "xxxx" MMC-nin Ağcabədi filialında fermerlər üzrə operator vəzifəsində çalışır. Hər bir məhsulun sığorta olunması üçün həmin sahə bəyənildikdən, çiyid əkildikdən sonra elektron sistemə bu barədə məlumat daxil edilib, sığorta olunur. Çiyid torpağa düşdükdən sonra və adı bəlli olduqdan sonra elektron sistemə bu barədə məlumat daxil edilib, sığorta olunur. Fermer filiala yaxınlaşır və həmin fermerin adı siyahıda varsa, sistem üzərindən sifariş ərizəsi çap olunur və tərəf imzaladıqdan sonra sistemə daxil olunur. Sifariş ərizəsi sığorta müqaviləsi demək deyildir. Ərizə elektron kənd təsərrüfatı sisteminə yüklənilir və uyğunluq varsa, sığortalama prosesi olur. Sahibkarın elektron kabinetinə sms göndərilir və sığorta müqaviləsi imzalanır. Birinci növbədə əkinin olması, əkilməsi barədə müştəri bəyan etməlidir. 11 may 2023-cü il tarixdə fermer öz əkinini bəyan edir və bəyandan sonra həmin müddətə bizə yaxınlaşsa idi, biz onun əkinini sığortla edərdik. İddiaçı tərəf hadisədən 2 gün sonra 20 iyun 2023-cü ildə yaxınlaşmışdır. Sənədlərdə tarixin olmaması da onunla bağlıdır ki, ola bilər ki, qarşı tərəfə kömək göstərilməsi üçün edilibdir. İddiaçı 20 iyun 2023cü il tarixdə sifariş ərizəsi veribdir. 15 may 2023-cü il tarixdə bizə siyahı gələndən sonra fermer özü yaxınlaşmalı idi və biz də siyahıya baxmalı idik. Fermer özü könüllü yaxınlaşmalı idi və biz də siyahıya baxandan sonra ərizəni çap etməli idik və fermer imzalamalı idi.
15. Məhkəmə iclasında şahid X10 verdiyi ifadəsində bildirdi ki, "xxxx" MMC-də fermerlər üzrə operator vəzifəsində çalışır. 18 iyunda dolu hadisəsi baş verib, 19-da iddiaçı müraciət edibdir. Fermer bəyan etdikdən, çiyid əkildikdən sonra dövlət orqanından bizə məlumat verilir. Sonradan fermer yaxınlaşır və müqavilə bağlanılır. Müraciətdən sonra şirkətə məlumat veririk. Sifariş ərizəsi zamanı müqavilə bağlanılması mümkün deyildir. İddiaçı tərəf 15 mayda bəyan edibdir, sonradan siyahı gəlibdir. Bəyan edildikdən sonra fermer özü yaxınlaşmalıdır. Bəyan olmayana kimi sistem aktiv olmur.
16. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı qismində Cavabdeh1 ilə satıcı qismində İddiaçı arasında xx.xx.2022-ci il tarixli, 23 285 134 nörməli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 2023-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işiər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsindən ibarətdir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən “Satıcı” 5.80 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqia istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair təlimatın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd edilən qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023cü il tarixindən gec olmayaraq təhvil verilir. Müqavilənin 2.1.4-cü bəndinə əsasən satıcının alıcıdan aldığı avans məbləğ (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması nəticəsində satıcının alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur. Müqavilənin 2.1.5-ci bəndinə əsasən satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə alıcıya cərimə ödəyir. Əsas borc dedikdə bu müqavilə ilə bağlı satıcı tərəfindən alıcı qarşısında bu müqavilə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur. Müqavilənin 5.2-ci bəndinə əsasən fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Müqavilənin 6.5-ci bəndinə əsasən pambıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyət satıcının üzərində qalır.
17. “MKT İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin “MKT- Ağcabədi" filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 23 285 134 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır.
18. Maliyyə arayışından görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli 23 285 134 nömrəli müqaviləyə əsasən cavabdeh İddiaçı 7505,41 manat məbləğində əsas, 3009,67 manat məbləğində cərimə hesablanmışdır.
19. Azərbaycan Respublikası Ekologiya ve Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Hidrometeroiogiya proqnozlar bürosunun direktoru və Hidrometeroloji tədbirlər mərkəzinin direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu ərazisi üçün hava şəraiti haqqında arayışda göstərilmişdir ki, 18 iyun tarixində günün ikinci yarısından başlayaraq hava qeyri-sabit keçmiş, şimşək çaxmış, arabir leysan xarakterli yağış yağmış, yağıtının miqdarı 18 mm olmuşdur. Qərb küləyinin maksimal sürəti bəzi qərb rayonlarında arabir 20-24 m/s-dək güclənmişdir. Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli, Sarıcalı kəndlərinə diametri 30-35 mm olan dolu düşmüşdür. Qeyd: Müşahidə olunmuş ildırım-dolu prosesinin intensivliyini nəzərə alaraq qeyd etmişlər ki, Ağcabədi rayonunda dolu düşməsi, yağıntıların daha güclü olması istisna olunmur. Radar. Ağstafa İnzibati rayonu ərazisində yerləşən atmosferdə 250 km-lik hava müşahidəsi apara bilən meteoroloji MRL-5 radiolokatorundan alınmış məlumata görə xx.xx.2023-cü il tarixində saat 15:10 faciələrindən etibarən 15:40 radəiərinədək Ağcabədi rayonu və yaxın ətraf ərazilərdə (Boyat, Hacılar, Qaraxanlı, Şərəfxanlı, imamqulubəyll, Hindarx kəndləri əraziləri) mütəmadi olaraq qeyri-sabit hava şəraiti müşahidə olunmuş, leysan xarakterli yağış yağmışdır. Yağıntıların arabir intensivləşərək şimşəklə müşayiət olunması qeydə alınmışdır. xx.xx.2023-cü il tarixində Ağcabədi rayonunun qeyd olunan ərazilərində dolu qeydə alınmışdır. xx.xx.2023-cü il tarixində Ağcabədi rayonu və ona qonşu olan rayonlar üçün verilmiş xəbərdarlıq iyunun 18-i gündüzdən 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, qərb küləyinin bəzi-yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi haqqında NMİ xəbərdarlıq verilmişdir.
20. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, akt tərtibatında iştirak edən komisiyya üzvləri: X2 DAİM-in bitkiçilik sektorunun müdiri, X3 rayon BMFM-nin baş aqronomu, X5 MKT Ağcabədi filialının direktoru, X11 MKT İK MMC-nin region üzrə aqronomu, X12 MKT İK MMC-nin region üzrə aqronomu, X21 "xxxx" MMC-ni zona aqronomu, X6 "xxxx" MMC-nin zona aqronomu, X7 “MKT Ağcabədi filialının” PİNŞ-nin rəisi, X17 MKT Ağcabədi filialının tələbə aqronomun iştirakları ilə həmin aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən 18 iyun 2023-cü il tarixdə saat 15:00 radələrində Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazisinə güclü dolu yağışı yağması nəticəsində MKT İK MMC-nin Ağcabədi filialı ilə müqavilə əsasında pambıq əkmiş fermerlərin əkin sahələrinə ziyan dəyməsi ilə əlaqədar olaraq həmin sahələrə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, yuxarıda adları qeyd olunan kəndlər üzrə 51 sayda geozonada 74.44 ha sahədə 26 fermer pambıq əkmişdir. Sahələrdə İ kompleks becərmə, İ vegetasiya suvarmasına hazırlıq aparılmışdır. Baxış zamam müəyyən edildi ki, yuxarıda qeyd olunan 74.44 ha pambıq əkin sahəsindən 42 ha pambıq bitkisi tamamilə məhv olmuş, yəni bütün bar orqanları tökülmüş, yalnız torpaq səthindən 5-6 sm gövdə çubuğu qalmışdır. 20.76 ha ciddi ziyan dəymiş, yəni generativ orqan tökülmüş özünü bərpa etmək ehtimalı var. Qalan 11.68 ha isə sahənin müəyyən hissəsində bitkilərin yarpaqları, bar orqanlarının düşməsi, boy nöqtəsinin qırılması müşahidə olunmuşdur ki, bu da qismən ziyanlıqdır. Burada aqrotexniki tədbirlər ardıcıl davam edərsə, pambıq kolları özünü gecikmə İlə bərpa edəcəkdir. Yuxarıda qeyd olunanlara baxış zamanı akta əlavə olunması üçün sahələrin foto şəkilləri çəkildi. Eyni zamanda sahələrinə ziyan dəymiş fermerlərin adlı siyahısı akta əlavə olunur. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.
21. 70 000 346 nömrəli xidmət haqqında qeyd edilmişdir ki, direktor Ş.C.Məhərrəmov (imza qrafası boş), baş mühasib X18 (imza qrafası boş), ərazi aqronomu X26 (aktı imzalayıb), ərazi nümayəndəsi X8 (aktı imzalayıb), İddiaçı (imza qrafası boş) aktı tərtib etdilər ondan ötrü ki, 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair "xxxx" MMC-nin “MKT-Ağcabədi filialı” ilə İddiaçı arasında bağlanmış 23 285 134 nörməli müqavilənin şərtlərinə əsasən Ripper işi (miqdarı - 3,62, ölçü vahidi - ha, qiyməti – 37 manat) 133,94 manat məbləğində xidmətlər avans şərti əsasında göstərilmişdir.
22. İddiaçı tərəfindən "xxxx" MMC-nin Ağcabədi filialına ünvanlanmış Sifariş ərizəsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022 tarixli, 23 285 134 saylı xam pambığın alqı-satqısına və aqrotexniki xidmətlərin göstərilməsinə dair qarışıq müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda göstərdən aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin "xxxx" MMC tərəfindən göstərilməsini sizdən xahiş edir. Tərəfinizdən görüləcək aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin dəyərinin gələcəkdə ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimata riayət edilməsini öhdəsinə götürür. Sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan kənd təsərrüfatı məhsullarının (xam-pambıq) risklərdən qorunması məqsədi ilə aqrar sığorta müqaviləsinin bağlanmasını xahiş edir. Aqrar sığorta müqaviləsi üzrə tərəfinizdən ödənilmiş 119,2 manat məbləğində sığorta haqqını gələcəkdə xam-pambığın alqı-satqısı üzrə təhvil verəcəyi məhsulun dəyəri hesabına əvəzləşdirilməsini öhdəsinə götürür. Aqrar sığortanın tənzimlənməsi ilə bağlı xxxx4nun İdarə Heyətinin 30 dekabr 2021-ci il tarixli 26/21 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri” ilə tanış oldu, şərtləri ilə razıdır və riayət edilməsini öhdəsinə götürür.
23. İddiaçı tərəfindən "xxxx" MMC-nin Ağcabədi filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətdə qeyd edilmişdir ki, yazaraq bildirilir ki, İddiaçı ilə “MKT-Ağcabədi filialı arasında xx.xx.2022-ci il tarixdə 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanılmış, eyni zamanda pambıq məhsulunun sığortalanması üçün İddiaçı tərəfindən “sığorta sifarişi” ərizəsi də verilmişdir. Müqaviləyə uyğun olaraq aqrotexniki işlər görülmüş, ancaq pambıq məhsulunun sığortalanmasını ləngitmisiniz. xx.xx.2023-cü il tarixdə dolu yağması nəticəsində pambıq sahəm məhv olaraq batmış, bu barədə sizin də iştirakınızla akt da tərtib olunmuşdur. Ancaq İddiaçı sahəsini doludan sonra xx.xx.2023-cü il tarixdə sığortalamısınız. Məhv olmuş pambığı sığortalamısınız. Sizin pambıq məhsulunun sığortlanmasını ləngitməyiniz nəticəsində İddiaçı xeyli miqdarda maddi və mənəvi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı zavoda olan borcunun silinməsini və İddiaçı dəymiş zərərin – 14540,33 manat sığorta ödənişinin İddiaçı ödənilməsi üçün köməklik etməyinizi Sizdən xahiş edir.
24. xxxx4 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 12-9/2-B-42- 503/2024 saylı məktubda (sığorta ödənişinin verilməsindən imtina edilmsəi haqqında) qeyd edilmişdir ki, "xxxx" ASC ilə sizin aranızda kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə xx.xx.2023-ci: il tarixindən xx.xx.2023-cü il tarixinədək qüvvədə olan BS-2023C37065-AS, BS-**********-AS, BS **********-AS saylı sığorta şəhadətnamələri əsasında sığorta müqavilələri bağlanmışdır. Tərəfinizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra Qaydalar) 1.18.1-ci yarımbəndinə uyğun olaraq bağlanmış sığorta müqaviləsi üzrə hadisənin baş verməsi barədə məlumat verilmiş və müstəqiİ ekspert tərəfindən zərərin qiymətləndirilməsi həyata keçirilmişdir. Sığorta hadisəsi barədə xx.xx.2023-cü il tarixli müraciətinizdə xx.xx.2023-cü ıl tarixində hadisənin baş verdiyi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. Məlumunuzdur ki, yuxarıda qeyd edilən sığorta müqavilələrinin sığorta təminat müddəti xx.xx.2023-xx.xx.2023-cü il tarixləridir. Sözugedən sığorta şəhadətnamələri əsasında sığortalanmış sahədə hadisəsinin baş vermə tarixi xx.xx.2023cü il olduğu üçün hadisə sığorta müqaviləsi üzrə sığorta təminatının qüvvədə olma müddətilə əhatə olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişlərin verilməsindən imtina üçün əsasdır. Həmçinin Qaydaların 1.22.-1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə xxxxx tərəfindən sığorta ödənişindən imtina edilir. Yuxarıda qeyd olunanlara əsasən sizinlə bağlanmış BS- **********-AS, BS-**********-AS, BS-**********-AS saylı sığorta müqavilələri üzrə sığorta hacisəsı baş vermədiyindən sığorta ödənişinin verilməsindən imtina olunur.
25. “MKT-Ağcabədi” Filialı tərəfindənCavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “MKT İstehsalat Kommersiya MMC”-nin Ağcabədi filialı ilə 2023-cü il pambıq mövsümündə Boyat və Qaraxanlı kəndlərindən ümumilikdə 26 fermer ilə xam pambığın alqı satqısına dair müqavilə bağlanmışdır. Həmin fermərlərdə 6 fermer Boyat kəndindən, 20 fermer isə Qaraxanlı kəndindən olmuşdur. Ümumilikdə 26 fermerdən 4 fermer xx.xx.2023-cü il tarixdən öncə (dolu vurma hadisəsindən əvvəl) pambıq sahələrinin sığortalanması üçün müraciət etmiş və onlarla sığorta müqaviləsi bağlamışdır... Digər 22 fermer tərəfindən isə pambıq sahələrinin sığortalanması üçün müraciət xx.xx.2023-cü il və ondan sonrakı tarixlərdə edilmiş və onların pambıq sahələri sığortalanmışdır. Sığorta müqaviləsini dolu vurma hadisəsindən sonra bağlamış fermerlər aşağıda adları qeyd edilənlərdir. 1. X13 - Boyat kəndi; ... 5. İddiaçı - Qaraxanlı kəndi; ...
22. X14 - Qaraxanlı kəndi.
26. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borcun silinməsi və dəymiş ziyanın 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
29. İşin faktiki hallarından göründüyü kimi, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam-pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqısatqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə Cavabdeh1 MMC-yə satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında İddiaçı istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir.
30. Qeyd olunmalıdır ki, tərəflər arasında müqavilənin bağlanması və Cavabdeh1 MMC-yə yaranan borcun qalıq məbləğin 7505,41 manat təşkil etməsi, 18 iyun 2023-cü il tarixdə leysan xarakterli yağışların yağması, dolunun düşməsi, bunun nəticəsində fermerlərə, eləcə də, İddiaçı ciddi dərəcədə ziyanın dəyməsi işin mübahisəsiz hallarıdır.
31. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı 8427,68 manat borc məbləğinin silinməsini xahiş edir, digər iddiaçı Cavabdeh1 MMC isə İddiaçı təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 7505,41 manat borcun ödənilməsini xahiş edir. Həmçinin məhkəmə icraatının gedişində İddiaçı silinməsini tələb etdiyi borcun 7505,41 manat təşkil etdiyini qəbul etmişdir.
32. Cavabdeh1 iddia tələbi cavabdehdən əsas borca görə 7505,41 manat məbləğində pulun tutulmasından ibarətdir.
33. Əvvəla, qeyd olunmalıdır ki, müqavilə şərtlərinə əsasən avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması nəticəsində satıcının alıcı qarşısında yaranan borc öhdəliyi kimi nəzərdə tutulur. Məhkəmə, öhdəlik hüququnun yuxarıda sadalanan normalarının tələblərinin ümumi təfsirini apararaq qeyd edir ki, mülki hüquqda öhdəlik hüquq münasibətləri üzrə borclunun mülki məsuliyyətinin yaranması üçün ilk növbədə onun təqsirliliyinin müəyyən edilməsi zəruri şərtdir. Borclunun risk dairəsinə daxil olan öhdəliklərin dairəsini müəyyən edərkən nəzərə alınmalıdır ki, həmin risklər borclunun sərbəst iradəsi və aydın şüuru ilə əhatə oluna və idarə oluna bilən hallarla əlaqəli olmalıdır. Təxmin edilə bilən, nəticəsi ciddi ehtimallara əsasən proqnozlaşdırıla bilən və ya ümumən şəxsin subyektiv qiymətləndirməsinə tabe ola bilən hallar heç bir halda borclunun cavabdeh olmadığı hallar kimi şərh edilə bilməz. Məhkəmə qeyd edir ki, hava şəraitinin kəskin pizləşməsi nəticəsində güclü yağış yağması və ya dolunun düşməsi fövqəladə təbiət hadisəsi kimi qiymətləndirilməlidir. Bu xüsusiyyətlərinə görə həmin hadisələr hüquqi mənada qarşısıalınmaz qüvvə kimi xarakterizə edilir. Belə hadisənin baş verməsi isə borclunun öz öhdəliyini icra etməsini mümkünsüz edir. Bu hal, yəni icranın mümkünsüzlüyü isə mülki qanunvericilikdə öhdəliyin xitamının əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə, baxılan işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlir ki, iş üzrə cavabdehin alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımi şəkildə icra etməməsi onun cavabdeh olmadığı hallardan irəli gəlmişdir. Buna görə də, borcludan öhdəliyinin icrasını tələb etməkdə iddiaçı haqlı hesab edilə bilməz.
34. Məhkəmə, işin hallarına əsasən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsini müəyyən etməklə yanaşı, onun öhdəliklərin lazımi şəkildə icra edilməməsində təqsirinin olmaması qənaətinə gəlir.
35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin iddiası göstərilən hissədə təmin edilməməlidir.
36. Cavabdeh1 iddia tələbinin digər hissəsini hesablanmış cəriməyə görə 3009,67 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
37. Məhkəmə Cavabdeh1 MMC-nin iddia tələbinin göstərilən hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas borcla bağlı hissədə təmin edilmədiyindən göstərilən hissədə də təmin edilə bilməz.
38. Eləcə də, Cavabdeh1 MMC 121,55 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
39. İddiaçı Cavabdeh1 iddiası təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
40. İddiaçı iddia tələbinin bir hissəsi Cavabdeh1 MMC tərəfindən iddiaçıya hesablanmış 8427,68 manat borcun silinməsi təşkil edir.
41. Məhkəmə İddiaçı iddiasına münasibətdə hesab edir ki, hər iki iddiaçının iddia tələbi qarşılıqlı əlaqəli olduğundan, Cavabdeh1 MMC-nin iddia tələbinin təmin edilməməsi, yəni 7505,41 manat borc məbləğinin İddiaçı tutulmalı olmaması, həmin borc məbləğinin silinməsini özündə ehtiva edir.
42. Ona görə də məhkəmə İddiaçı iddia tələbinin göstərilən hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh1 tərəfindən İddiaçı hesablanmış 7505,41 manat (yeddi min beş yüz beş manat qırx bir qəpik) məbləğində borc silinməli, qalan hissədə isə təmin edilməməlidir.
43. İddiaçı iddia tələbinin digər hissəsini iddiaçıya dəymiş maddi ziyana görə 14540,32 manat pulun Cavabdeh1 MMC-dən tutulması təşkil edir.
44. Məhkəmə İddiaçı iddia tələbinin göstərilən hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı dəymiş maddi ziyanın Cavabdeh1 MMC tərəfindən vurulması, dəymiş ziyanın MMC ilə əlaqəsinin olmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.
45. İddiaçı iddia tələbinin digər hissəsini isə cavabdeh xxxx4ndan bəyannamədə göstərilən kimi; ******* №-li 2023-06-29,12:14:49 ilə 1 ha üçün 3200 manat, ******* №-li 2023-06-29,12:15:37 ilə 1,3 ha üçün 4160 manat, ******* №-li 2023-06-29,12:13:39 ilə 3,5 ha üçün 11200 manat (beləliklə, cəmi 18560 manat) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
46. İddiaçı iddia tələbinin göstərilən hissəsi ilə bağlı müəyyən edilmişdir ki, sığortalı İddiaçı ilə xxxxxun adından onun idarəedici qurumu olan "xxxx" ASC arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair pambıq bitkisi üzrə BS- **********-AS, BS-**********-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış əkin sahələrinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müqavilələrin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərin baş verməsi nəticəsində sığortalanmış məhsula dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə bağlanmış sığorta müqavilələri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Sığortalı ilə bağlanmış BS-**********-AS, BS-**********-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri əsasında sığortalanmış sahədə hadisənin baş vermə tarixi xx.xx.2023-cü il olduğundan, sığorta müqavilələri xx.xx.2023-cü il tarixdə qüvvəyə mindiyindən, qaydalara və müqavilə şərtlərinə görə sığorta təminatı sığorta haqqının ödənilməsindən 7 gün sonraxx.xx.2023-cü il tarixində başlandığından iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Belə ki, sığortalanmış sahədə hadisənin baş vermə tarixi xx.xx.2023-cü il olduğu üçün hadisə sığorta müqaviləsi üzrə sığorta təminatının qüvvədə olma müddətilə əhatə olunmamışdır. Hadisənin sığorta təminatının başladığı tarixdən əvvəl baş verməsi səbəbindən İddiaçı dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
47. Məhkəmə İddiaçı iddia tələbinin göstərilən hissəsinə münasibətdə cavabdeh xxxx4nu etirazını əsaslı sayaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə ki, həmin qənaətə gələrkən nəzərə almışdır ki, xxxx4nun hazırkı halda hər hansı bir cavabdehlik daşıması müəyyən edilmir və yuxarıda qeyd olunanlar nəzərə alınaraq, cavabdeh sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmuşdur.
48. Eləcə də, İddiaçı 121,55 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən onun xeyrinə tutulmasını xahiş etmişdir.
49. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib oilaraq ödənilmiş dövlət rüsumuna görə 44,12 manat (qırx dörd manat on iki qəpik) pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı xeyrinə tutulmalıdır.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1nə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 tərəfindən İddiaçı hesablanmış 7505,41 manat (yeddi min beş yüz beş manat qırx bir qəpik) məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumuna görə 44,12 manat (qırx dörd manat on iki qəpik) pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. İddiaçı iddiası qalan hissədə və xxxx4na münasibətdə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh1 iddiası üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova