Məhkəmə qərarları › İş №e-2-2(113)-101/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-101/2024

01.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-101/2024 01.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və.s” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələblərinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, CA seriyalı, 112356 nömrəli sığorta şəhadətnaməsi blankı ilə təsdiq edilmiş sığorta müqaviləsinin etibarsız sayılması, 04 iyul 2020-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, 7-ci mkr 3126 məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus "xxxx" boya fabrikində baş vermiş yanğın hadisəsinin səbəblərini və MMC-nin mülki məsuliyyətinin yaranması faktını araşdırmaq üçün Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" ASC-yə şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi ilə sığortalıya istifadə hüququ verən “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” Şəhadətnaməsinə əsasən, 04 iyul 2020-ci il tarixində sonuncuya məxsus boya fabrikində baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən xitam edilmiş cinayət işi üzrə istintaqda zərərçəkmiş şəxslərin əmlakına dəymiş zərər üçün ödənilmiş 45381,00 (qırx beş min üç yüz səksən bir manat) sığorta ödənişi və 27047,08 (iyirmi yeddi min qırx yeddi manat, səkkiz qəpik) dəbbə pulu olmaqla, ümumilikdə 72428,08 manat (yetmiş iki min dörd yüz iyirmi səkkiz manat, səkkiz qəpik) məbləğin "xxxx" ASC-dən tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişlər, lakin Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. "xxxx" ASC isə məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq tərəflərin qarşılıqlı razılığı əsasında iddia tələbindən imtina etdiklərini bildirmişdir. Daha sonra, "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq aralarında razılıq əldə olunduğu üçün iddia tələbindən imtina etdiklərini bildirmişdir. Məhkəmə ərizələri nəzərdən keçirib hesab edir ki, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, həm "xxxx" ASC-nin, həm də Cavabdeh MMC-nin iddia tələblərindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də "xxxx" ASC və Cavabdeh MMC-nin öz iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və.s” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" ASCyə qarşı “sığorta ödənişinin verilməsi” tələblərinə dair iddiaları üzrə tərəflərin iddia tələblərindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar