Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1010/2022 03.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, Cavabdeh “Bakı Tikinti Konstruksiyaları” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Bakı Tikinti Konstruksiyaları” qapalı səhmdar cəmiyyətinə qarşı cavabdehdən 182 nömrəli icarə müqaviləsi üzrə 119500 manat və mediasiya ilə bağlı ödənilmiş 400 manat, cəmi 119900 manat məbləğində vəsait iddiaçının xeyrinə tutularaq iddiaçının Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 182 nömrəli icarə müqaviləsi üzrə 119500 manat və mediasiya ilə bağlı ödənilmiş 400 manat, cəmi 119900 manat məbləğində vəsait iddiaçının xeyrinə tutularaq iddiaçının Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 12.02.2021-ci il tarixli, 182 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən dövlət mülkiyyətində olan 27047,3 kv.m torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən halhazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 119500 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 02.07.2021-ci il tarixli, **********37 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Həmçinin, mediasiya ilə əlaqədar 400 manat məbləğində vəsait iddiaçı tərəfindən mediatorun bank hesabına ödənilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda iddia tələbində göstərilən məbləğ ödənilsə belə, cavabdehin ümumi borcu 151000 manatdır və hazırda 31000 manat borc qalmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, hazırda iddia tələbində göstərilən məbləğ tam ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 12.02.2021-ci il tarixli 182 nömrəli icarə müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən 27047,3 kv.metr torpaq sahəsini cavabdehə 12.02.2023-cü il tarixədək icarəyə verməyi, cavabdeh isə bunun müqabilində aylıq 13500 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin iddiaçıya olan borcu 17.02.2022ci il tarixə 151700 manat təşkil edir. 23.02.2022-ci il tarixli 681926/00477 saylı Ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən 12.02.2021-ci il tarixli 182 nömrəli icarə müqaviləsinə əsasən icarə haqqına görə 120.000 manat iddiaçının hesabına ödəniş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 12.02.2021-ci il tarixli 182 nömrəli icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən 27047,3 kv.metr torpaq sahəsini cavabdehə 12.02.2023cü il tarixədək icarəyə verməyi, cavabdeh isə bunun müqabilində aylıq 13500 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfəindən hazırki iddia ilə tələb olunan 119900 manat məbləğində vəsait cavabdeh tərəfindən 23.02.2022-ci il tarixdə tam ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələb etdiyi 119900 manat məbləğində vəsait tam ödənildiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Bakı Tikinti Konstruksiyaları” qapalı səhmdar cəmiyyətinə qarşı cavabdehdən 182 nömrəli icarə müqaviləsi üzrə 119500 manat və mediasiya ilə bağlı ödənilmiş 400 manat, cəmi 119900 manat məbləğində vəsait iddiaçının xeyrinə tutularaq iddiaçının Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1010/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1010/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver