Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10101/2025 15.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT QQSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı “kredit borcunun cavabdehlərdən tutulması, cavabdehin mənzil üzərində hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh4 Mənzil Tikinti Kooperativi, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2n və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada 18 mart 2015- ci il tarixli nömrəli kredit müqaviləsi üzrə 130642,19 (bir yüz otuz min altı yüz qırx iki manat on doqquz qəpik) manat əsas borc, 48359,40 manat faiz borcu olmaqla, cəmi 179.001,59 ( bir yüz yetmiş doqquz min bir manat əlli doqquz qəpik) manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən sahəsi 109 kv.m olan 1189 saylı 3 otaqlı mənzil üzərində Cavabdeh3 hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzil üzərində olan hüquqlarının İddiaçı QSC-yə keçirilməsi və iddianın verilməsi üçün ödənilmiş 469 ( dörd yüz altmış doqquz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4 Mənzil Tikinti Kooperativinin nümayəndəsi, eləcə də digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd). Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin qərarın 25-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Yuxarıda qeyd edilənlərdən belə müəyyən edilir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Hazırki işdən isə müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemliaktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh3 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S-DİPK-340 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında 18 mart 2015ci il tarixli, 2-18- 03-2015-QA MTK CA nömrəli kredit müqaviləsi bağlanaraq, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən sahəsi 109,0 kv.m olan 1189 saylı mənzilin alınması üçün 120 ay müddətinə illik 12 faizlə 133.349,0 (bir yüz otuz üç min üç yüz qırx doqquz) manat kredit verilmiş və kredit borcunun təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 MMC və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 2-xx-xx-2015-QA MTK CA nömrəli zaminlik müqavilələri bağlanmış və borc, borcalan Cavabdeh3 tərəfindən ödənilmədiyi təqdirdə Cavabdeh1 MMC və Cavabdeh2 həmin borcun ödənilməsinə zəmanət vermişlər. Göründüyü kimi iş üzrə əsas Cavabdeh3 ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 məhz mənzil alması üçün kredit verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki tərəflər arasında yaranmış mübahisə cavabdeh Cəfərova X1 fəaliyyətindən irəli gəlmir. Ona görə də hazırki mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, tərəflər arasında yaranmış mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Digər cavabdehlərə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh4 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh3 borcunun təminatı üçün zamin kimi çıxış etdiklərindən, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamaları əsas deyildir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə, yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd edir ki, hazırki iddia tələbi (müqavilə öhdəliklərindən irəli gələn) mülki xarakterili olduğundan, aidiyyət qaydalarına uyğun olaraq Cavabdeh3 qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 rəsmi qeydə alındığı ünvan ünvan 3rilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı “kredit borcunun cavabdehlərdən tutulması, cavabdehin mənzil üzərində hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qəraraaldı: İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı “kredit borcunun cavabdehlərdən tutulması, cavabdehin mənzil üzərində hüquqlarına xitam verilməsi və həmin hüquqların iddiaçıya keçirilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflər rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(113)-10101/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10101/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver